|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
Hazırda kənd təsərrüfatının əsas vəzifəsi respublikanuzın əhalisinin ərzaq
307
Hazırda kənd təsərrüfatının əsas vəzifəsi respublikanuzın əhalisinin ərzaq
məhsullanna, sənayenin isə xammala olan tələbatını təmin etmək məqsədi ilə
bitkiçilik və heyvandarlıq məhsulları istehsalının gələeəkdə orta illik həcmini
artırmaqdan ibarətdir. Kənd təsərrüfatı istehsalı az keyfiyyətinə görə sənaye
istehsalından fərqlənmir və bir sıra xüsusiyyətlərinə görə başqa cür xarakterizə
olunur.
Kənd təsərrüfatı istehsalının mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir
ki, kənd təsərrüfatı məhsullanm əldə etmək demək olar ki, təsərrüfatın
maddi-texniki təchizatından və canlı əməyin tətbiq edilməsindən tamamilə asılı
olmayan bir sıra şərtlərin mövcud olmasından asılıdır. Belə şərtlərə işıq, isti,
rütubət və qida maddələri aiddir.
Kənd təsərrüfatının fərqləndirici xüsusiyyətlərindən biri' də ondan ibarətdir
ki, kənd təsərrüfatı bitkilərindən və heyvandarlıqdan əldə edilən məhsullann
istehsalı üçün dəyişilməz şərtlərdən birini də torpaq təşkil edir.
Kənd təsərrüfatı istehsalının əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir
ki, yeni məhsulun əldə edilməsi prosesi (istehsal prosesi), kənd təsərrüfatı
istehsalının yeni məhsulu uzun müddət insan təsiri olmadan bioloji qanunların
təsiri ilə formalaşdığına görə canlı əməyin, əmək vasitələrinin və əmək əşyalarının
istehsal istehlakı prosesi ilə bir vaxta düşmür. İnsan ilin müəyyən dövrlərində
torpağı hazırlayır, səpini həyata keçirir, sonra işin növbəti komplekslərinin həyata
keçirilməsi müddətlərini gözləyir
Kənd təsərrüfatı istehsalı maddi istehsalın digər sahələrindən onunla
fərqlənir ki, istehsal edilən məhsulun bir hissəsi həmin təşkilatda əmək əşyası kimi
istehsalın sonrakı mərhələlərində iştirak edir və ya əmək vasitəsinə çevrilir.
Məsələn, təsərrüfatda istehsal olunan taxıl, həmin təsərrüfatda toxum və ya yem
kimi istehlak edilir, təsərrüfatda alınmış və yetişdirilmiş mal-qaradan alman bala
isə həmin təsərrüfatda əsas sürünün təşkili üçün istifadə edilir.
Kənd təsərrüfatı istehsalının göstərilən xüsusiyyətləri kənd təsərrüfatında
uçotun təşkilinə də təsir göstərir.
Uçot məhsul istehsalı və satışı tapşınqlannın yerinə yetirilməsi haqqında
alıcılarla hesablaşmalar haqqında düzgün məlumat verir. Düzgün təşkil edilmiş
uçot kənd təsərrüfatı istehsalının intensivliyinə şərait yaradır, çünki o texnikadan
istifadə edilməsinə, onun işinin iqtisadi faydalı- lığının müəyyən edilməsinə qabaqcıl
aqrotexnikanın, gübrənin, suvanlan əkinçiliyin və b. tətbiq edilməsi nəticələrini
aşkar etməyə iman verir.
308
“Kənd təsərrüfatı üzrə” Kommersiya təşkilatlannda mühasibat uço-
tunun qarşısında aşağıdakı vəzifələr durur:
1) məhsul istehsalı və satışı üzrə maya dəyəri və yığım üzrə
proqnozların yerinə yetirilməsinə nəzarəti təmin etməkdən;
kənd təsərrüfatı təşkilatını idarə etmək üçün lazım olan dəqiq və
düzgün məlumatları öz vaxtında əldə etməkdən;
daxil olan məlumatları lazım olan kimi ümumiləşdirmək və cari
və perspektiv proqnozlaşdırma üçün əsas olan müəyyən edilmiş
hesablaşmaları öz vaxtında təqdim etməkdən;
istehsalat bölmələrində müəyyən edilmiş təsərrüfat hesablı
tapşırıqların yerinə yetirilməsinə nəzarət etməkdən;
məhsul vahidi, iş və xidmətlərin maya dəyərini öz vaxtında və
düzgün hesablamaqdan;
təşkilatın mülkiyyətinin qorunmasına nəzarəti təmin etməkdən;
inventarlaşmanı öz vaxtında və tam aparmaqdan;
maliyyə və hesablaşma qaydalarına ciddi əməl etməkdən.
2
)
3)
4)
5)
6
)
7)
8
)
b)
Bioloji aktivlərin uçotu
Bioloji aktivlər üzrə hesablar planının 13-cü maddəsində 131 saylı “Bioloji
aktivlər - Dəyər”, köhnəlməsi üçün 132 saylı “Bioloji aktivlər - Amortizasiya”
hesablarından istifadə edilir. Burada 131.1-də bitkiləri və 131.2-də Heyvanlan uçota
almaq məqsədəuyğundur.
Bioloji aktiv canlı heyvan və ya bitkidir. Bioloji transformasiyaya bioloji
aktivlərdə keyfiyyət və kəmiyyət dəyişikliklərinə səbəb olan yetişmə, cinsin
korlanması, istehsal və törəmə prosesləri daxildir. Bioloji aktivlər qrupu canlı
heyvan və bitkilərin cəmidir.
Bioloji transformasiya aşağıdakı nəticələrə gətirib çıxarır:
a)
(1) artım vasitəsi ilə aktivlərin artımına, (II) nəslin korlanmasına və ya
(III) nəsil artımına; və ya
b)
Çay yarpağı, yun və süd kimi kənd təsərrüfatı məhsullannın istehsalı.
Mühasibat balansının “Bioloji aktivlər” adlı 13-cü maddəsində “Kənd
təsərrüfatı üzrə” Kommersiya təşkilatları üçün 28 saylı Milli Mühasibat Uçotu
Standartlarına, 41 saylı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (İAS)
əsasən, təşkilatın saxlamaqda və ya böyütməkdə olduğu bitki və heyvanlar
haqqında ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bitki və heyvanlar
mühasibat balansında müvafiq sub- hesablarda qeydə alınmaqla, faydalı istifadə
müddəti ərzində amortizasiya olunmalıdır.
Dostları ilə paylaş: |
|
|