Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  5.12. Bioloji aktivlərin və kənd təsərrüfatı



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə143/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   139   140   141   142   143   144   145   146   ...   323

305 

5.12. Bioloji aktivlərin və kənd təsərrüfatı 

məhsullarının uçotu 

a)

 

Bazar  iqtisadiyyatı  şəraitində  kənd  təsərrüfatında  maliyyə  uçotunun 

təyinatı və onun təşkili 

Bizim ölkəmizin bazar iqtisadiyyatına keçməsi mühasibat uçotunun rolunu 

əhəmiyyətli  dərəcədə  artırır.  Bu  investisiya  və  digər  təsərrüfat  qərarlarım  qəbul 

edən  subyektlərin  əhatəsinin  genişlənməsi  və  bu  zaman mühasibat  məlumatlarına 

söykənməsi ilə əlaqədardır. 

Ogər  inzibati-planlı  iqtisadiyyat  çərçivəsində  bu  və  ya  digər  təsərrüfat 

dairəsinə vəsaitlərin qoyuluşu, təsərrüfat əlaqələrinin həcmi haqqında qərarı vahid 

subyekt  tərəfindən  -  dövlət  tərəfindən  qəbul  edilirdisə,  indi  bazar  şəraitində  belə 

qərarlar çoxlu sayda təsərrüfat subyektləri tərəfindən qəbul edilirlər. 

Dövlət  mülkiyyətində  olan  təşkilatlardan  başqa,  bazar  iqtisadiyyatında 

səhmdar  cəmiyyətlərinin  fəaliyyətində,  kommersiya  təşkilatlarında  dövlətin  rolu 

nəzərə  çarpacaq  dərəcədə  azalır  və  vergilərin  toplanması  və  normativ-hüquqi 

aktlara riayət olunmasına nəzarətlə məhdudlaşır. 

Bununla  yanaşı,  maraqlı  şəxslərin,  hər  şeydən  əvvəl  investorların  və 

kreditorların rolu nəzərə çarpacaq dərəcədə artır, onlar ümumi iqtisadi maraqlar 

əsasında  üfüqi  olaraq  təşkilat  ilə  birlikdə  qarşılıqlı  fəaliyyətdə  olurlar.  Müvafiq 

olaraq əgər əvvəllər uçot və hesabat sistemi dövlət planlarının və qərarlarının yerinə 

yetirilməsi nəticələrini əks etdirməyə yönəldilirdisə, indi onun əsas vəzifəsi təşkilatın 

fəaliyyətində maraqlı olan şəxsləri doğru informasiya ilə təmin etməkdən ibarətdir. 

Mühasibat məlumatlarının formaları və həcmi elə olmalıdır ki, bu şəxslər (fiziki və 

hüquqi) həmin təşkilatın haqqında təsərrüfat qərarlarını qəbul edə bilsin. 

Maraqlı şəxslər, hətta onlar bu və ya digər formada onun birgə sahibkarları 

və  ya  təşkilatın  səhmdarları  hesab  olunurlarsa mühasibat  uçotu  təcrübəsində  ona 

olan münasibətdə xarici kimi baxılır. Bu onunla əlaqədardır ki, uçot məqsədləri ilə 

təşkilatın əmlakı və onun sahibkarlan, təşkilatın sahibkarları onun fəaliyyətinə görə 

qanun üzrə əmlak məsuliyyəti daşıdığı hallarda belə hədd qoyulur. 

Maliyyə  uçotu  əsasən  artıq  baş  vermiş  faktları  (keçmiş  haqqında 

informasiya) qeydiyyata alır. Onun obyekti təşkilatın maliyyə-təsərrüfat fəaliyyəti: 

onun  əmlakı,  öhdəliyi,  təsərrüfat  əməliyyatları,  maliyyə  nəticələri  hesab  olunur. 

Maliyyə uçotunun aparılması məcburidir, o ciddi 


306 

olaraq  normativ  sənədlərlə  -  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə, 

standartlarla (əsasnamə ilə), metodik göstərişlərlə və b. ilə nizama salınır. Ona görə 

məsuliyyəti təşkilatın rəhbəri daşıyır. “Mühasibat uçotu” haqqında AR Qanununda 

göstərilib  ki,  AR  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  uçotun 

apanimasından kənarlaşdığı halda, hesabatı təhrif etdikdə, onun təqdim edilməsi və 

dərc  edilməsi  müddətlərinə  riayət  etmədikdə  inzibati  və  ya  cinayət  məsuliyyətinə 

cəlb olunurlar. 

Maliyyə  uçotunda  məsrəflər  iqtisadi  elementlər  (bircinsli  qruplarla)  üzrə 

qruplaşdınlırlar.  Təşkilatın  mülkiyyət  formasından  asılı  olmayaraq  təşkilatın 

xərcləri  haqqında  əsasnamə  ilə  iqtisadi  elementlərin  vahid  siyahısı:  material 

məsrəfləri,  əməyin  ödənilməsinə  məsrəflər,  sosial  ehtiyaclara  ayırmalar,  sair 

məsrəflər müəyyən edilib. 

Maliyyə  uçotunun  məlumatlan  müəyyən  edilmiş  qaydada  maliyyə 

hesabatında  icmallaşdınlır,  bu  da  xarici  istifadəçilərə  təqdim  edilir  (təşkilatın 

mülkiyyətçilərinə,  vergi  orqanlarına,  statistika  orqanlarına  və  i.a.)  onlar 

əhəmiyyətli  dərəcədə  kommersiya  sirrini  təqdim  etmirlər,  çünki  təşkilatın 

fəaliyyətinin ümumiləşdirilmiş göstəricilərini xarakterizə edirlər. 

Maliyyə  uçotu  metodunuq  əsas  elementləri  -  sənədləşmə,  pulla 

qiymətləndirmə,  hesablar,  ikili  yazılış,  inventarlaşma  və  balans,  daha  doğrusu, 

aktivlərin 

onların 

əmələgəlmə 

mənbələrinə 

bərabər 

olmasıdır. 

(aktivlər=kapital+öhdəlik). 

Milli Standartlarda yeni anlayışlardan biri də “Bioloji aktivlər” anlayışıdır. 

Bioloji aktivlər dedikdə, biz bitki və hejrvanları başa düşürük. 

“Kənd  təsərrüfatı  üzrə”  Kommersiya  təşkilatlan  üçün  28  saylı  Milli 

Mühasibat Uçotu Standartı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası 

Qanununa uyğun olaraq hazırlanmış və “Kənd təsərrüfatı” adlı 41 saylı Mühasibat 

Uçotunun  Beynəlxalq  Standartına  əsaslanımşdır.  Bu  standartın  məqsədi  kənd 

təsərrüfatı  fəaliyyəti  ilə  bağlı  uçot  qayda-  lannm  və  açıqlanmaların  müəyyən 

edilməsidir. 

Bu Standart Uçot Qaydalan nəzərə alınmaqla Azərbaycan Respublikasının 

Mühasibat  Uçotu  haqqında  Qanununun  10-cu  maddəsinə  əsasən  maliyyə 

hesabatlannı hazırlayan kommersiya təşkilatlan tərəfindən tətbiq edilir. 

Bu Standart kənd təsərrüfatı fəaliyyəti ilə əlaqəli olarsa, aşağıdakılara tətbiq 

olunacaqdır: 

a)

 

bioloji aktivlər; 

b)

 

məhsul yığımı anında kənd təsərrüfatı məhsulları; və 

c)

 

34 - 35-ci maddələrdə göstərilənlərlə əhatələnmiş hökumət subsidiyaları. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə