Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  hesablan”  (və  ya  223.2)  hesabının  debeti  və  601  saylı  “Satış”  və  ya  211  saylı



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə151/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   147   148   149   150   151   152   153   154   ...   323

321 

hesablan”  (və  ya  223.2)  hesabının  debeti  və  601  saylı  “Satış”  və  ya  211  saylı 

“Malalanlar  və  sifarişçilərin  qısamüddətli  debitor  borcları”  hesablarının 

kreditində, habelə alınmış avanslara görə 543 saylı “Alınmış qısamüddətli avanslar” 

hesabının krediti üzrə qeyd edildikdən sonra öz əksini tapır. Beləliklə, mənbə kimi 

amortizasiya mühasibat uçotunda uçota alınmır. 

Xalis  mənfəət  və  ya  xüsusi  fondlar  hissəsində  əsaslı  tikintinin  xüsusi 

maliyyələşmə  mənbələri  do,  həmçinin  pul  vəsaitlərinin  uçotu  hesablarında  uçota 

alınır. Lakin amortizasiya ayırmalanndan fərqli olaraq həmin vəsaitlər mühasibat 

uçotunda mənbələr kimi əks olunur, daha doğrusu, fondlar yaranan halda 801 saylı 

“Ümumi  mənfəət  (zərər)”  və  ya  343  saylı  “Keçmiş  illər  üzrə  bölüşdürülməmiş 

mənfəət (örtülməmiş zərər)” hesablarının krediti üzrə göstərilir. 

Əmlakın  sığorta  edilməsi  üzrə  müqaviləyə  əsasən  itkilərin  və  zərərlərin 

örtülməsi  üçün  sığorta  təşkilatlarından  kommersiya  təşkilatları  tərəfindən  alman 

sığorta  ödəmələri  pul  vəsaitlərinin  uçotu  hesablarının  debeti  üzrə  və  515  saylı 

“Digər  qısamüddətli  qiymətləndirilmiş  öhdəliklər”  hesabının  krediti  üzrə  əks 

olunur. 

Əsaslı tikintinin maliyyələşdirilməsi üçün kommersiya təşkilatları tərəfindən 

götürülən  borc  vəsaitləri,  onlann  götürülməsi  müddətlərindən  asılı  olaraq  pul 

vəsaitlərinin uçotu hesablarının debeti üzrə və 504 saylı “Qısamüddətli borclar” və 

ya 404 saylı “Uzunmüddətli borclar” hesablarının krediti üzrə əks olunur. 

Əsaslı  tikintinin  maliyyələşdirilməsinə  təşkilatlar  tərəfindən  götürülmüş 

bank kreditləri pul vəsaitlərinin uçotu hesablannm debeti 501 saylı “Qısamüddətli 

bank  kreditləri”  və  ya  401  saylı  “Uzunmüddətli  bank  kreditləri”  hesablannm 

krediti üzrə uçota alınır. 

Pay  iştirakı  qaydasında  tikinti  iştirakçılanndan  istehsalat  və  ya  qey- 

ri-istehsalat təyinatlı obyektlərin tikintisinə baş sifarişçiyə daxil olan pul vəsaitləri, 

pul vəsaitlərinin uçotu hesablarının debeti üzrə 444 saylı “Uzun müddətli məqsədli 

maliyyələşmələr və daxil olmalar” hesabının krediti üzrə uçota alınır. 

Məlum olduğu kimi, ixtisaslı tikintinin xüsusi maliyyələşmə mənbələri kifayət 

etməyən zaman təşkilatlar bank kreditlərini cəlb edirlər. 

Əsaslı  tikintinin  dövlətin  mərkəzləşdirilmiş  maliyyələşdirilinəsi,  həmçinin 

dövlət investisiya krediti hesabına həyata keçirilə bilər (geri qaytarılmaq əsasında 

verilən məqsədli pul vəsaitləri). 

Geri 

qaytarılmaq 

əsasında, 

əsaslı 

tikinti 

mərkəzləşmiş 

dövlət 

maliyyələşdirilməsi üçün verilən məqsədli pul vəsaitləri (dövlət investisiya 


322 

 



323 

6.3.

 

Kapital qoyuluşlarına məsrəflərin və işlərin yerinə 

yetirilməsi üsulundan asılı olaraq kapital qoyuluşlarının 

uçotu 

Kapital qoyuluşlarına və onunla  əlaqədar olan bütün məsrəfləri bina tikən 

(sifarişçi) daha doğrusu, özü üçün tikinti işi aparan və onun maliyyələşdirilməsini 

həyata keçirən təşkilat uçota alır. Yeni istehsal güclərinin (təşkilatlarının) tikintisi 

zamanı belə təşkilat tikilməkdə olan təşkilatın müdiriyyəti hesab olunur. Bu zaman 

kapital  qoyuluşlarının  həcmi  böyük  olduqda  həmin  təşkilatın  tərkibində  kapital 

qoyuluşu şöbəsi yaradılır. 

Kapital qoyuluşlarının uçotu həm tikinti üzrə bütövlükdə və həm də ayrı-ayrı 

obyektlər  üzrə  (binalar,  qurğular,  ötürücü  qurğular  və  i.a.)  obyektləri  işə  salana 

qədər  və  ya  müvafiq  işlərin  və  məsrəflərin  silinməsini  tamamilə  yerinə  yetirənə 

qədər  ilin  və  tikintinin  əvvəlindən  artan  yekunla  faktiki  məsrəflər  üzrə  aparılır. 

Bununla  yanaşı,  sifarişçi  tikintinin  həyata  keçirilməsi  üsulundan  asılı  olmayaraq 

həyata  keçirilən  kapital  qoyuluşlarının  uçotu  smeta  dəyəri  ilə  də  aparılır. 

Sifarişçinin  mühasibatında  bütün  maliyyələşmə  mənbələrində  həyata  keçirilən 

kapital  qoyuluşlarının  uçotu  113  saylı  “Torpaq,  tikili  və  avadanlıqlarla  bağlı 

məsrəflərin  kapital-  laşdırılması”  hesabında  aparılır.  Bu  hesabın  debetində 

müəyyən  edilmiş  qaydada  torpaq,  tikili  və  avadanlıqların  obyektlərinin  ilkin 

dəyərinə daxil edilən sifarişçinin faktiki məsrəfləri, həmçinin tikili və avadanlıqların 

obyektlərinin ilkin dəyərinə daxil edilməyən, tikili və avadanlıqların tikintisi və əldə 

edilməsi ilə əlaqədar olan məsrəflər də əks olunur. 

Kapital qoyuluşları uçotunun mürəkkəbliyini nəzərə alaraq, onların analitik 

uçotunu  düzgün  təşkil  etmək  çox  vacibdir,  əsaslı  tikinti  üzrə  məsrəflərin  analitik 

uçotu  18  saylı  “Kapital  qoyuluşları  üzrə  məsrəflər”  cədvəlində  aparılır.  O,  rüb, 

yarım  il  üçün,  əməliyyatlar  az  miqdarda  olduqda  isə  bütöv  il  üçün  aparılır.  Bu 

cədvəlin məlumatları əsasında mühasibat və statistika hesabatlarını tərtib etməyin 

mümkünlüyünü təmin etmək  üçün,  onda  hər  bir subhesabdan ötəri  yer  ayırmaq, 

istehsalat və qeyri-istehsalat obyektləri üzrə məsrəfləri ayrıca göstərmək lazımdır, 

onun  daxilində  isə  yeni  tikintini,  genişləndirməni,  rekonstruksiyanı  və  texniki 

yenidən silahlanmanı da həmçinin ayırmaq məqsədəuyğundur. 

Bina  tikənin  (sifarişçinin)  mühasibat  uçotunda  kapital  qoyuluşları  faktiki 

xərclər üzrə əks olunur. Podrat üsulu ilə tikinti və quraşdırma 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə