Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  işləri  yerinə  yetirilən  zaman,  sifarişçilər  üçün  faktiki  məsrəf,  podratçı  təşkilata



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə152/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   148   149   150   151   152   153   154   155   ...   323

324 

işləri  yerinə  yetirilən  zaman,  sifarişçilər  üçün  faktiki  məsrəf,  podratçı  təşkilata 

ödənilən bu işlərin smeta dəyərindən ibarətdir. 

Kapital  qoyuluşları  üzrə  əməliyyatlar  16  saylı  jurnal-orderdə  uçota  alınır, 

əməliyyatlar  113  saylı  “Torpaq,  ikili  və  avadanlıqlarla  bağlı  məsrəflərin 

kapitallaşdırılması”  hesabının  krediti  üzrə  aparılır.  Bu  zaman  əgər  əsaslı  tikinti 

şöbələri  və  tikilməkdə  olan  təşkilatların  müdiriyyəti  işləri  ancaq  podrat  üsulu  ilə 

həyata keçirilərsə, 16 saylı jurnal-orderdə, 113 saylı hesabın krediti üzrə aparılır, 

əgər işlər təsərrüfat üsulu ilə aparılarsa, onların istehsalına çəkilən xərclər 10-M/d 

saylı  jurnal-orderdə  uçota  alınır,  buna  görə  də  113  saylı  hesabın  krediti  üzrə 

əməliyyatlar 16 saylı jurnal-orderdə əks olunmur. 

İşlərin  podrat  üsulu  ilə  yerinə  yetirildiyi  vaxt  kapital  qoyuluşlannın  uçotu 

zamanı  sifarişçilər  (bina  tikənlər)  tikinti  işlərini  yerinə  yetirmək  üçün  özünə 

təşkilatlar  (podratçılar)  tapır  və  tikintinin  bütün  dövrü  üçün  onlarla  podrat 

müqaviləsi bağlayırlar. 

Tikintinin aparılmasının podrat üsulu zamanı tikinti istehsalına məsrəflərin 

uçotu  podratçı  tərəfindən  yerinə  yetirilir.  Sifarişçi  (tikilməkdə  olan  təşkilatın 

müdiriyyəti  və  ya  işləyən  təşkilatlarda  əsaslı  tikinti  şöbəsi)  tikintinin  keyfiyyətinə 

nəzarəti həyata keçirir və tikintisi başa çatmış obyektləri istismara qəbul edir. 

Müəyyən edilmiş qaydada yerinə yetirilmiş və rəsmiləşdirilmiş tikinti işləri və 

avadanlıqların  quraşdırılması  üzrə  işlər  sifarişçidə  podratçı  təşkilatın  ödəməyə 

təqdim  etdiyi  və  bank  tərəfindən  qəbul  edilən  hesaba  əsasən  smeta  dəyəri  və  ya 

müqavilə qiyməti ilə əks olunur. 

Podrat üsulu ilə tikinti zamanı sifarişçidə xərclərin uçotunu xərc elementləri 

üzrə (materiallar, əmək haqqı və i.a.) aparmaq lazım gəlmir. Tikinti və quraşdırma 

işləri üzrə xərclər bütövlükdə obyekt üzrə və ya işlərin mərhələləri üzrə podratçı 

təşkilatın  verdiyi  hesablara  əsasən  smeta  dəyəri  ilə  müəyyən  edilir.  Xərclərin 

elementi üzrə uçot, belə halda ancaq öz əksini podratçıda tapır. 

Mühasibat  uçotunda  xərclər  onların  növü  üzrə  (tikinti-quraşdırma  işləri, 

layihə-axtarış işləri və i.a.) qruplaşdınlır və tikintinin əvvəlindən obyektin istismara 

verildiyi vaxta qədər artan yekunla gələcəkdə tikili və avadanlıq olası hər bir obyekt 

üzrə bölüşdürülür. 

Hər bir obyektə uçot şifri verilir və bu şifflər üzrə bölüşdürülən xərclər uçota 

alınır. Şifr balans hesabının, subhesabınm nömrəsini, xərclərin növünü və obyektə 

verilmiş nömrəni əhatə etməlidir. 

İşləyən  təşkilatların  texniki  yenidən  silahlanması,  konstruksiyanın 

yeniləşdirilməsi və genişləndirilməsi prosesində işlər təşkilatın öz 


325 

kollektivinin  gücü  ib  yerinə  yetirib  bilər.  Belə  hallarda  sifarişçi  tikinti  işlərini 

aparmaqla, tikinti istehsalının tənzimlənməsi, tikinti-quraşdırma işlərinin uçotu və 

maya dəyəri kalkulyasiyasının qüvvədə olan Osasna- məyə müvafiq olaraq həyata 

keçirilir. 

Təsərrüfat üsulu ib tikinti işləri aparılan zaman podrat müqavilələri tətbiq 

olunmur, onlar təşkilatın rəhbərləri tərəfindən müvafiq icraçılara verilir. 

İşlərin  bu  üsulla  yerinə  yetirilməsi  zamanı  tikinti-quraşdırma  işləri 

istehsalına məsrəflərin uçotu, təxminən podrat təşkilatlarında olduğu kimi aparılır. 

Bununla  yanaşı,  bəzi  xüsusiyyətlər  vardır.  Yuxarıda  qeyd  edildiyi  kimi  çəkilmiş 

məsrəflərin uçotunu sifarişçi 202 saylı “İstehsalat məsrəfləri” hesabında deyil, 113 

saylı  “Torpaq,  tikili  və  avadanlıqlarla  bağlı  məsrəflərin  kapitallaşdırılması” 

hesabında faktiki maya dəyəri ib obyektlər, işlərin növləri üzrə aparır. Əsaslı tikinti 

şöbəsi və sifarişçi təşkilat arasında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə görə 

hesablaşmalar smeta dəyəri ib deyil, faktiki maya dəyəri ib aparılır. 113 saylı hesab 

kalkulyasiya xarakterinə malikdir. Bu hesabın debetində tikinti başlanandan sonra 

onun  tam  başa  çatmasına  və  istismarına  təhvil  verilməsinə  qədər  artan  yekunla 

tikinti obyektlərinə çəkilən faktiki məsrəflər, müvafiq hesabların (201, 202, 721, 533 

və b.) kreditlərindən əks etdirilir. Mühasibat uçotunda təsərrüfat əməliyyatlarının 

qeydiyyatı üçün, podratçı təşkilatlann uçotunda olan həmin ilkin sənədlər və uçot 

registr- bri tətbiq edilir. 

Kapital qoyuluşlarını öz ehtiyacları üçün yerinə yetirən podratçı təşkilatlar 

tikinti-quraşdırma işləri üzrə məsrəfləri (onlar planda olan zaman) əvvəlcə 202 saylı 

“İstehsalat məsrəfləri” hesabında uçota alır və işlərin təhvili həyata keçirildikcə 601 

saylı “Satış” hesabına keçirirlər. 113 saylı hesabda bu işlər smeta maya dəyəri ib əks 

olunur. 

Məsrəflər  iqtisadi  məzmununa  görə  aşağıdakı  elementlər  üzrə 

qruplaşdırılır: 

a)

 

material məsrəfləri (geri qaytarılan tullantıların dəyərini çıxmaqla); 

b)

 

əməyin ödənilməsinə xərclər

c)

 

sosial ehtiyaclara ayırmalar; 

d)

 

torpaq, tikili və avadanlıqların amortizasiyası; 

e)

 

sair məsrəflər 

Məhsulların  (işlərin,  xidmətlərin)  istehsalı  və  satışı  ib  əlaqədar  olan 

məsrəflər, məhsulların (işlərin, xidmətlərin) maya dəyərinin tənzimlən- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə