Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Təşkilatların çoxunda titul siyahıları tikintilərin əhəmiyyətindən asılı olaraq



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə149/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   145   146   147   148   149   150   151   152   ...   323

317 

Təşkilatların çoxunda titul siyahıları tikintilərin əhəmiyyətindən asılı olaraq 

respublikanın Nazirlər Kabineti, respublikanın nazirlikləri və baş idarələri, yaxud 

onların müvafiq idarələri tərəfindən təsdiq edilir. 

Kapital qoyuluşları ancaq layihə və smeta olarsa həyata keçirilir. 

Layihə  dedikdə  texniki  əsasları  özündə  əks  etdirən  kompleks  texniki 

sənədləri,  cizgiləri,  aydınlaşdırıcı  qeydləri  və  digər  materialları  başa  düşmək 

lazımdır. Bütün bunlar nəzərdə tutulmuş təşkilatların, bina və qurğuların tikintisini 

və ya yenidən qurulmasını həyata keçirmək üçün lazımdır. 

Layihənin  ayrılmaz  hissəsi  olan  smeta  obyektlərin  tikilməsi  və  yenidən 

qurulmasının dəyərini müəyyən edir. 

Təşkilatda bina və qurğuların layihələşdirilməsi iki mərhələdə həyata keçirilə 

bilər, yəni texniki layihə və işçi cizgilərindən və yaxud da bir mərhələdə, yəni texniki 

işçi cizgisindən (işçi cizgilərinin texniki layihə ilə birləşməsindən) ibarət ola bilər. 

Tikintiyə  tərtib  olunmuş  texniki  layihələr  müəyyən  edilmiş  qaydada  təsdiq 

olunur. Tikintinin smetası bütün tikinti dövrü üçün əsas və dəyişilməz sənəd hesab 

olunur.  Smetanın  əsasında  kapital  qoyuluşlarının  tən-  zimləndirilməsi,  tikintinin 

maliyyələşdirilməsi  və  yerinə  yetirilmiş  əsaslı  işlər  üzrə  hesablaşmalar  həyata 

keçirilir. 

Layihə  və  smetaları  bağlanmış  müqavilə  əsasında  xüsusi  layihə  təşkilatları 

tərtib edilir. Yerinə yetirilmiş layihə işlərinə görə ödəməni layihə təşkilatlarında ya 

onlar  hazırlandıqca  və  yaxud  da  layihə  qurtardıqdan  sonra  bütövlükdə  ödənilir. 

Layihənin  hazırlanması  dərəcəsi  hər  ay  tərtib  edilmiş  4  saylı  forma  üzrə  aktla 

rəsmiləşdirilir. 

Yuxarıda  layihə-smeta  sənədlərinin  məzmunu  öz  əksini  tapdı.  Onun 

tərkibinə mütləq smeta-maliyyə haqq-hesabı (smeta) daxil olur ki, onun vasitəsi ilə 

smeta dəyəri adlanan tikintinin və ya yenidən qurmanın dəyəri müəyyən edilir. 

Tikinti obyektlərinə və işlərin növlərinə tətbiq edilən smeta dəyəri, smeta və 

ya  müqavilə  qiymətləri  ilə  yerinə  yetirilən  inşaat-quraşdırma  işlərinin  həcmini 

müəyyən  etmək  üçün  əsas  kimi  özünü  göstərir.  Bu  zaman  ayrı-ayrı  obyektlərin 

smeta  dəyəri  preyskurantlar,  nümunəvi  və  tikintinin  yerli  şəraiti  ilə  bağlı  olan, 

təkrar tətbiq edilən qənaətli fərdi layihələrə aid smetalar əsasında, onlar olmayan 

zaman  isə  -  işçi  cizgiləri  əsasında  tərtib  edilən  smetalar  əsasında  müəyyən  edilir. 

Həmçinin  qeyd  edək  ki,  tikintinin  dəyəri  texniki-iqtisadi  əsaslandırmaların  və 

texniki iqtisadi hesablamaların tərkibində müəyyən edilir. 


318 

Kapital  qoyuluşlarının  yerinə  yetirilmiş  həeminin  qiymətləndirilməsi, 

müqavilə  qiymətlərinin  tərkibində  əks  etdirilən  əlavə  məsrəfləri  nəzərə  almaqla 

smeta  dəyəri  ilə  həyata  keçirilir.  Torpaq,  tikili  və  avadanlıqların  başa  çatmış 

obyektlərinin  kommersiya  təşkilatlarının  əsas  fəaliyyətinə  verilməsi  zamanı, 

hesablanan  inventar  dəyərini  müəyyən  edən  vaxt  da  smeta  dəyəri  əsas  kimi 

götürülür. 

Tikintini təsərrüfat üsulu ilə aparan zaman yerinə yetirilən işləri sifarişçilər 

(bina  tikənlər)  üçün  faktiki  maya  dəyəri  ilə  qiymətləndirirlər.  Bundan  başqa 

sifarişçilər  onları  plan  maya  dəyəri  ilə  qiymətləndirir,  bu  da  adətən  smeta 

dəyərindən plan üzrə yığım məbləğlərini və bu işlərin sifarişçiyə müəyyən edilmiş 

maya  dəyərinin  aşağı  salınması  üzrə  tapşırığın  məbləğlərini  çıxmaq  yolu  ilə 

müəyyən edilir. 

Kapital qoyuluşunu bina tikən (sifarişçi) uçota alır, yəni, elə bir təşkilat uçota 

alır ki, ona təsdiq olunmuş plana müvafiq olaraq kapital qoyuluşuna vəsait ayrılmış 

olsun.  Yeni  təşkilat  tikilən  zaman  belə  təşkilat  tikinti  idarəsindən  ibarətdir,  yəni 

tikilməkdə olan təşkilat hesab olunur, əgər kapital qoyuluşlarının həcmi əhəmiyyətli 

dərəcədədirsə, kapital qoyuluşu şöbəsi yaradılır. 

Kapital qoyuluşlarının mühasibat uçotu aşağıdakıları təmin etməlidir: 

a)

 

tikintinin  smeta  dəyərinə  riayət  edilməsinə,  işlər  təsərrüfat  üsulu  ilə 

yerinə  yetirildikdə  isə  həmçinin  işlərin  plan  maya  dəyərinə  riayət 

edilməsinə dövrü olaraq nəzarət etməyi; 

b)

 

əsaslı  işlər  üzrə  tapşırıqların  və  obyektlərin  işə  salınması  (istismara 

verilməsi) üzrə tapşmqlann yerinə yetirilməsinə nəzarət etməyi; 

c)

 

kapital  qoyuluşları  xərclərinin  maliyyələşdirilməsi  planının  yerinə 

yetirilməsi,  ayrılmış  ehtiyatlann  planda  nəzərdə  tutulan  təyinatına 

müvafiq olaraq istifadə edilməsinə və tikintidəki daxili ehtiyatlann cəlb 

edilməsi nəzərdə tutulan işlərin yerinə yetirilməsinə nəzarət və nəhayət 

kapital  qoyuluşlannm  maliyyələşdirilməsinə  xüsusi  vəsaitlərin 

qoyulması planının yerinə yetirilməsinə nəzarət etməyi; 

d)

 

işə  salınmış  tikinti  obyektlərinin  (bina,  qurğu,  qurulmuş  avadanlıq) 

tam  inventar  dəyərinin,  əldə  edilmiş  avadanlıqların,  alətlərin, 

inventarların və digər vəsaitlərin faktiki maya dəyərinin öz vaxtında və 

düzgün aşkar edilməsi; 

e)

 

tərtib edilmiş sənədlər əsasında təsərrüfat əməliyyatlarının düzgün və 

öz vaxtında qeyddən keçirilməsini; 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə