309
Təşkilatda əldə edilən bitki məhsulu maliyyə hesabatlarında satış üzrə
xərclər çıxılmaqla, bazar dəyəri ilə qeyd edilməlidir. Heyvanlar isə 7 saylı Milli
Mühasibat Uçotu Standartına uyğun olaraq ilkin dəyərlə və ya yenidən
qiymətləndirmə dəyəri ilə qiymətləndirilməlidir. Belə aktivlərin uçotu hesablar
planının 131-ci hesabında aparılır. Yəni:
13. Bioloji aktivlər 131. Bioloji
aktivlər - Dəyər
131.1.
Bitkilər - Dəyər
131.2.
Heyvanlar - Dəyər
Bitki və heyvanlar mühasibat balansında müvafiq subhesablarda qeydə
alınmaqla, faydalı istifadə müddəti ərzində amortizasiya olunmalıdır. Biloji
aktivlərin amortizasiyasının uçotu hesablar planının 132-ci hesabında uçota alınır.
Yəni:
132. Bioloji aktivlər - Amortizasiya
132.1
Bitkilər - Amortizasiya
132.2
Heyvanlar - Amortizasiya
Təşkilat satın aldığı ana qoyunları bioloji aktiv kimi uçota alır. Sonradan
doğulan quzular da bioloji aktivlər kimi uçota qəbul olunur. Qoyunlardan alınan
süd və yun isə artıq bioloji aktiv kimi yox, ehtiyatlar kimi uçota alınacaq. O da həm
süd və yunun hansı təyinat üzrə istifadə edilməsindən asılıdır. Əgər başqa bir
məhsulun istehsalı üçün xammal kimi istifadə olunacaqsa, onda xammal və
materiallar kimi, satış üçün nəzərdə tutulacaqsa, mallar kimi uçota alınacaq. Bütün
hallarda yun və süd ehtiyatlar kimi qəbul olunur. Müəyyən vaxtdan sonra artıq
quzular böyüyür. Böyümüş qoyun və qoçlann bala almaq üçün saxlanılanlan bioloji
aktiv kimi uçota alınır, satılması haqqında qərar qəbul edildikdə isə bioloji
aktivlərdən çıxarılıb ehtiyatlarda uçota alınır.
Təşkilat ona məxsus olan torpaq sahəsində taxıl əkir. Bu zaman ona məxsus
olan torpaq sahəsi torpaq, tikili və avadanlıqlar kimi 111-ci hesabda uçota alınır.
Taxıl əkmək üçün və taxıl əldə etməkdən ötrü toxumluq buğda alınmalıdır. Alman
buğda uçota ehtiyatlar kimi qəbul olunur. Buğda sahəyə səpilən vaxt bioloji
aktivlərə silinir. Yəni,
131 saylı “Bioloji aktivlər - Dəyər” adlı hesabın debeti,
201 saylı “Material ehtiyatlan” hesabının krediti olur.
Taxıl yığılana qədər müəyyən məsrəflər çəkilir. Taxıl yığılana və anbara
mədaxil olunana kimi buğda (arpa) bioloji aktiv kimi qalır, sonradan isə yenidən
ehtiyatlar kimi uçota alınır.
310
Bağçıhqla məşğul olan təsərrüfatın meyvə bağlan olur və orada çoxlu meyvə
ağaclan əkilir. Meyvə ağaclan əkiləndən quruyana kimi bioloji aktiv kimi uçota
alınır, əldə edilən meyvələr isə ehtiyatlar kimi qeydə alınır.
Bioloji aktivlərə bitki və heyvanlar (qoyun, mal-qara, bitkilər, meyvə
ağacları və s.) aiddir. Bitki məhsullan maliyyə hesabatlannda satış üzrə xərclər
çıxılmaqla, bazar dəyəri ilə qeyd edilirlər. Heyvanlar isə ilkin dəyərlə və ya yenidən
qiymətləndirmə dəyəri ilə qiymətləndirilməlidir. Bitki və heyvanlar faydalı istismar
müddəti ərzində amortizasiya olunur və 132 saylı “Bioloji aktivlər - Amortizasiya”
hesabında qeydə alınır.
Təsərrüfatda heyvanlann mədaxil olunması və çıxdaş edilməsi müvafiq
formada tərtib olunan aktla rəsmiyyətə salınır. Heyvanlar təşkilata təsərrüfatın özü
tərəfindən yetişdirilməklə və ya digər təşkilatlardan, ayrı-ayrı şəxslərdən satın alma
yolu ilə, yaxud əvəzi ödənilmədən daxil ola bilər. Kənardan alınmış heyvanlar satın
alınma dəyərinin üzərinə bununla bağlı digər xərclər əlavə edilməklə mədaxil
olunur.
Digər təşkilat və şəxslərdən satın alınmış heyvanlar mədaxil edildikdə
aşağıdakı kimi mühasibat yazılışı tərtib edilir:
131 saylı “Bioloji aktivlər - Dəyər” hesabının debeti
531 saylı “Malgöndərən və podratçılara qısamüddətli kreditor borc- lan”
hesabının krediti
538 saylı “Digər qısamüddətli kreditor borcları” hesabının krediti.
Təşkilatın özü tərəfindən yetişdirməklə balavermədən (artımdan) əldə
olunan heyvanlar (quzular, buzovlar və b.) mədaxil edildikdə:
131 saylı “Bioloji aktivlər-Dəyər” hesabının debeti
202 saylı “İstehsalat məsrəfləri” hesabının krediti olur.
Cavan və kökəldilməkdə olan heyvanlar satıldıqda:
701 saylı “Satışın maya dəyəri” hesabının debeti;
131 saylı “Bioloji aktivlər - Dəyər” hesabının krediti olur.
Satılan heyvanlann hesab-ödəmə sənədləri malalanlara təqdim edildikdə:
211 saylı “Malalanlar və sifarişçilərin qısamüddətli debitor bordan”
hesabının debeti,
601 saylı “Satış” hesabının krediti olur
İnventarlaşma həyata keçirilən zaman əskik gələn heyvanlann dəyəri
hesablarda bu cür əks etdirilir:
213 saylı “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları” hesabının
debeti,
131 saylı “Bioloji aktivlər - Dəyər” hesabının krediti
Dostları ilə paylaş: |