|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
Əskik gələn heyvanlann dəyəri günahkar şəxsin hesabına yazıldıqda
311
Əskik gələn heyvanlann dəyəri günahkar şəxsin hesabına yazıldıqda:
533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor
borcları” hesabının debeti,
213 saylı “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları” hesabının
krediti olur.
Təbii fəlakət, xəstəlik və sair səbəblərdən mal-qara tələf olduqda aşağıdakı
kimi mühasibat köçürməsi tərtib olunur:
731 saylı “Sair əməliyyat xərcləri” hesabının debeti
131 saylı “Bioloji aktivlər - Dəyər” hesabının krediti
Təşkilatda aparılan inventarlaşma nəticəsində heyvanlar artıq gəldikdə:
131 saylı “Bioloji aktivlər - Dəyər” hesabının debetində,
611 saylı “Sair əməliyyat gəlirləri” hesa.bmm kreditində əks etdirilir.
Cavan iribuynuzlu mal-qaranın, kökəldilməkdə olan heyvanlann boy
artımının dəyəri böyüdülmə məsrəflərini uçota alan hesablardan (202) 131 saylı
“Bioloji aktivlər - Dəyər” hesabının debetinə silinir.
c)
Kənd təsərrüfatı məhsullannm uçotu
Kənd təsərrüfatı təşkilatlannda hazır məhsul dedikdə, bitkiçilik,
heyvandarlıq, habelə müqavilə üzrə vətəndaşlardan satın alman məhsulu və
satılmaq üçün əhalidən qəbul edilən məhsulu başa düşürlər.
Təşkilatın vəsaitlərinin dövriyyəsi məhsulların satışı ilə, vəsaitlərin əmtəə
formasından pula çevrilməsi ilə başa çatır.
Təsərrüfatın özünün istehsal etdiyi məhsullar, özlərinin tərkiblərinə və
təyinatlarına görə ümumi və əmtəəçilik olmaqla iki yerə bölünürlər.
İl ərzində faktiki istehsal edilmiş bütün bitkiçilik, heyvandarlıq və köməkçi
istehsalın məhsullan kənd təsərrüfatının ümumi məhsulunu təşkil edir.
Ümumi məhsulun bir hissəsi təsərrüfat daxilində istehsalın və təsərrüfatın
ehtiyaclarına sərf edilir. Ümumi məhsulun kənd təsərrüfatı təşkilatları tərəfindən
kənara satılan hissəsinə əmtəəlik məhsul deyilir.
Hazır məhsullann və malların anbarlarda və digər saxlama yerlərində uçotu
əsasən istehsalat ehtiyatlanam uçotu qaydasına oxşardır.
Hazır kənd təsərrüfatı məhsullannm və mallann daxil olması, buraxılması və
sərf edilməsini müvafiq ilkin sənədlərlə rəsmiləşdirirlər.
Hazır məhsulların və mallann hərəkəti əməliyyatlannm müvafiq ilkin
sənədlərlə dəqiq və öz vaxtında rəsmiləşdirilməsi, onlann qorunmasını, ciddi qənaət
rejiminin həyata keçirilməsini və maddi məsrəflərin
312
aşağı salınmasının daxili ehtiyatlarının aşkar edilməsini təmin etmək üçün mühüm
əhəmiyyətə malikdir.
Kombaynla yığılma zamanı əldə edilən dənli bitkilərin məhsullarının mədaxil
edilməsini, sahədən dənin və digər məhsulların göndərilməsi reyestri ilə və ya
sahədən məhsullann daşınmasına yazılan yol vərəqəsi ilə rəsmiləşdirirlər. Bu
sənədləri üç nüsxədə yazırlar, nüsxələrdən biri kombaynçıya, biri sürücüyə və biri
xırman müdirinə verilir.
Məhsuldan xırmana daxil olan dəni, dənin və digər məhsullann qəbulu
reyestrində uçota alırlar, bu eyni zamanda on iki kombaynçıdan gün ərzində daxil
olan dəni uçota almağa imkan verir, bu da ilkin sənədlərin sayını əhəmiyyətli olaraq
ixtisara salır.
Kombaynçılardan xırmana daxil olan dən, bir qayda olaraq, sortlaş- dırıhr
və qurudulur, onun hər bir dəst üzrə nəticələrini bitkiçilik məhsul- lannın
sortlaşdırılması və qurudulması aktında əks etdirirlər, həmin aktı onun tərtibində
iştirak edən xırman müdiri və aqronom tərəfindən imzalayırlar.
Xırmanda taxılın daxil olması və sərf olunmasını dənin və digər məhsulların
hərəkəti cədvəlində uçota alırlar, həmin cədvəl hər gün xırman müdiri tərəfindən iş
günü qurtardıqdan sonra tərtib edilir.
Tərəvəz, bostan, meyvə-giləmeyvə, subtropik və sitrus bitkiləri, habelə üzüm
məhsullarını kənd təsərrüfatı məhsullarının daxil olması gündəliyi əsasında mədaxil
edirlər.
İxtisaslaşdırılmış təsərrüfatlarda bağçılıq və üzümçülük məhsullarını,
bağçılıq məhsullannm daxil olması gündəliyi üzrə, örtülü torpaq tərəvəzçiliyinin
məhsulunu isə - bağlı torpaq məhsullannm daxil olması gündəliyi üzrə - mədaxil
edirlər.
Xam pambığı işçilər tərəfindən gün ərzində əl ilə yığdıqda, pambığın
yığılması haqqında gündəlik məlumat üzrə mədaxil edirlər.
Pambıq yığan maşınla yığılmış pambığı, pambıq yığımı haqqında gündəlik
məlumat üzrə mədaxil edirlər.
Qəbul məntəqələrinə bitkiçilik məhsullannm göndərilməsini göndərmə -
qəbula aid mal-nəqliyyat qaimələrinin ixtisaslaşdınimış formaları ilə
rəsmiləşdirirlər. İxtisaslaşdınimış mal-nəqliyyat qaimələri, avtonəqliyyatla,
traktorla, dəmir yolu, su və at-araba nəqliyyatı ilə tədarük və digər təşkilatlara
bitkiçilik məhsullannm daşınması rəsmiləşdirilən vahid sənəd hesab olunurlar.
Baramanın, qanşıq yemin, tərəvəzin, meyvə və digər konservlərin, yarmanın
və digər məhsulların daşınmasını rəsmiləşdirmək üçün idarə-
Dostları ilə paylaş: |
|
|