Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə157/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   153   154   155   156   157   158   159   160   ...   323

334 

7

 

Təşkilatın nizamnamə kapitalına təsisçilərin

 

 

 



 

qoyuluşları hesabına təsisçilər tərəfindən keçirilən



 

 

 



 

avadanlıqlar mədaxil edilib



 

113.2


 

302


 

6.6.

 

Maliyyə investisiyaları haqqında anlayış və 

uzunmüddətli maliyyə investisiyalarının uçotu 

Maliyyə investisiyalarına - qiymətli kağız əldə edilməsinə təşkilatın çəkdiyi 

məsrəflər,  daha  doğrusu,  birgə,  törəmə  təşkilatlara,  səhmdar  cəmiyyətlərinə, 

yoldaşlıq cəmiyyətinə torpaq, tikili və avadanlıqların və sair aktivlərin qoyulması, 

habelə başqa təşkilatlara verilmiş borclar şəklində debitor borcları daxildir. 

Həyata  keçirilən  kapital  qo

5

aıluşları  müddətindən  asılı  olaraq  qısa- 

müddətliyə (bir ilə qədər olan müddətə qoyuluş) və uzunmüddətliyə (bir ildən çox 

olan müddətə qoyuluş) bölünür. Bundan başqa maliyyə investisiyalarının bu və ya 

digər kateqoriyaya aid edilməsi, qiymətli kağızların əldə edilməsi məqsədlərindən 

asılıdır.  Məsələn,  ödənmə  müddəti  bir  ildən  çox  olan  səhmlər  və  ya  istiqraz 

vərəqələri, onların il ərzində alınıb satılmasından gəlir əldə etmək məqsədi ilə əldə 

edilibsə, onda onlar qısamüddətli investisiyalara aid edilir. 

Müstəqil respublikamızda qiymətli kağızlarla əlaqədar olan əməliyyatlar 14 

iyun  1992-ci  il  tarixdə  qəbul  edilmiş  və  523-İQ  saylı  “Qiymətli  kağızlar  və  fond 

birjası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 

Başa  çatmış  kapital  qoyuluşlarını  təsdiq  edən  sənədlər  alınmış  səhmlər, 

müxtəlif  sertifikatlar,  istiqraz  vərəqələri,  edilmiş  qoyuluşların  məbləği  üçün 

şəhadətnamə, verilmiş borclara aid müqavilələr hesab olunur. Edilmiş qoyuluşların 

məbləğinə  təşkilatın  hüququnu  təsdiq  edən,  hələ  əldə  edilməyən  sənədlər  üzrə 

maliyyə  qoyuluşu  vəsaitləri  aynca  uçota  alınır.  Qiymətli  kağızların  satılmasını 

təsdiq edən sənədlər - alqı- satqı aktları, istiqraz vərəqələrinin ödənilməsini təsdiq 

edən  və  verilmiş  borcların  geri  qaytarılmasını  təsdiq  edən  aktlar  -  ödəmə 

tapşırıqlarıdır. 

Maliyyə investisiyalarının 234 saylı “Digər qısamüddətli investisiyalar” 183 

saylı “Digər uzunmüddətli investisiyalar” hesablarında həyata keçirilir. 

Uzunmüddətli maliyyə əməliyyatlarının və investisiyalarının uçotu üçün 183 

saylı “Digər uzunmüddətli investisiyalar” hesabından istifadə 


335 

edirlər.  183  saylı  “Digər  uzunmüddətli  investisiyalar”  hesabı  -  aktivdir  -  pul 

hesabıdır,  debet  qalığı  ayın  əvvəlinə  edilmiş  maliyyə  investisiyalarının  məbləğini 

göstərir. Bu hesabın debetində qiymətli kağızların əldə edilməsi üzrə əməliyyatlar, 

başqa  təşkilatlara  investisiyalar,  verilmiş  borcların  məbləğinə  aid  əməliyyatlar, 

krediti üzrə isə  - qiymətli kağızların ödənilməsi, satın alınması üzrə əməliyyatlar, 

geri qaytarılmış borcların məbləğləri əks olunur. 

Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” 24 mart 1995-ci il 

tarixli 998 saylı Qanununun 28-ci maddəsinin 3-cü bəndinə əsasən investorlar üçün 

maliyyə investisiyaları faktiki xərc məbləğlərində uçota alınır. 

183  saylı  “Digər  uzunmüddətli  investisiyalar”  hesabının  aşağıdakı 

subhesablarını açmaq olar. 

183.1

 

“Paylar və səhmlər” - bu subhesabı səhmdar cəmiyyətinin səhmlərinə 

və başqa təşkilatların nizamnamə kapitalına investisiyaların uçotu üçün ayrılıb; 

183.2

 

- İstiqraz vərəqələri” - səhmdar cəmiyyətlərinin və başqa təşkilatların 

dövlət borclarının faizli istiqraz vərəqələrinə investisiyalann uçotu üçün ayrılıb; 

183.3

 

“Verilmiş  borclar”  -  verilmiş  borclann  hərəkətinin  uçotu  üçün 

ayrılmışdır.  Bu  subhesablarm  debetləri,  qiymətli  kağızların,  başqa  təşkilatlara 

investisiyaların,  verilən  borcların  ödənilməsinin  hansı  vəsait  hesabına  baş 

verməsindən asılı olaraq 223 saylı “Bank hesablaşma hesabları”, 111 saylı “Torpaq, 

tikili və avadanlıqlar - Dəyər”, 101 saylı “Qeyri-maddi aktivlər - Dəyər”, 113 saylı 

“Torpaq,  tikili  və  avadanlıqlarla  bağlı  məsrəflərin  kapitallaşdırılması”,  201  saylı 

“Material ehtiyatları” və b. hesabların kreditləri ilə müxabirləşir. 

183  saylı  hesabın  I  “Paylar  və  səhmlər”,  2-ci  “İstiqraz  vərəqələri”,  3-cü 

“Verilmiş borclar” subhesablarının kreditləri, 731 saylı “Sair əməliyyat xərcləri”, 

223.1 saylı “Bank hesablaşma hesabları”, 223.2 saylı hesabın 2-ci ”Valyuta hesabı” 

hesabları ilə müxabirləşir. 

Bütün subhesablar üzrə analitik uçot qoyuluşların növləri, qiymətli kağızlar, 

borclu olan - təşkilatlar və s. üzrə ilkin sənədlər əsasında apanlır. 

Qiymətli  kağızların  bazarının  mövcud  olması,  fond  birjalarında  qiymətli 

kağızların  alqı-satqısı  üzrə  əməliyyatların  baş  verməsi,  səhmlərin  və  istiqraz 

vərəqələrinin  nominal  dəyərindən  yuxan  və  ya  aşağı  qiymətlərlə  əldə  edilməsini 

əvvəlcədən müəyyən etməyə imkan verir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə