Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  İstismara təhvil verilmiş obyektlər üzrə məsrəfləri silmək və onları torpaq



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə156/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   152   153   154   155   156   157   158   159   ...   323

332 

İstismara təhvil verilmiş obyektlər üzrə məsrəfləri silmək və onları torpaq, 

tikili və avadanlıqların tərkibinə daxil etmək üçün istismara verilən hər bir obyekt 

üzrə (bina, qurğu, avadanlıq) inventar dəyərini müəyyən etmək lazımdır. Tikintisi 

başa çatmış və ya əldə edilmiş obyektlərin inventar dəyəri dedikdə - işə salınan və 

torpaq,  tikili  və  avadanlıqların  tərkibinə  daxil  edilən  obyektlərin  ilkin  dəyərini 

təşkil edən, onlann tikilməsinə və ya əldə edilməsinə çəkilən məsrəflərin məcmusu 

başa düşülür. 

İstismara  verilən  binaların  və  qurğuların  inventar  dəyərinə  daxildir: 

inşaat-quraşdırma  işlərinə  məsrəflər;  bina  və  qurğunun  aynlmaz  hissəsi  hesab 

olunan  quraşdırılmış  avadanlığın  dəyəri;  layihə-axtarış  işlərinə  məsrəflər;  sair 

əsaslı işlər və məsrəflər; obyektlərin inventar dəyərinə daxil edilən zərərlər. 

İnşaat-quraşdırma  işlərinə  məsrəflər  obyektlərin  dəyərinə  müstəqim  yolla 

daxil  edilir.  Layihə  təşkilatlarının  müəllif  nəzarətini  daxil  etməklə  layihə-axtarış 

işlərinə  məsrəflər,  tikintinin  konkret  obyektinə  göstərilən  işlərə  görə  müvafiq 

təşkilatlara  ödənilən  məbləğlər  də  aid  edilir.  Qeyd  olunan  məsrəflər  tikintinin 

(rekonstruksiyanın)  bir  neçə  obyektinə  aid  edilən  hallarda,  onlar  işə  salınan 

obyektlərin  smeta  dəyərinə  mütənasib  olaraq  bölüşdürür.  Sair  əsaslı  işlər  və 

məsrəflər  tikintinin  və  ya  rekonstruksiyanın  ayrı-ayrı  obyektləri  arasında  işə 

salınan  və ya  rekonstruksiya edilən  obyektlərin  smeta  dəyərinə  mütənasib  olaraq 

bölüşdürülür. 

Əgər obyektlərin işə salınması hissələrlə həyata keçirilərsə, onda sair əsaslı 

işlər və məsrəflər inventar dəyərinə tikintiyə smeta üzrə bu məqsəd üçün təxsisatın 

və işə salınan obyektlərin ümumi smeta dəyərinin nisbətindən asılı olaraq normativ 

üzrə daxil edilir. Belə halda tikinti başa çatdıqdan və sair işlər və məsrəflərin faktiki 

məbləğləri  müəyyən  edildikdən  sonra  işə  salınan  obyektlərin  inventar  dəyərinə 

yenidən  hesablama  aparılır.  İnventar  dəyərinə  daxil  edilən  zərərlər  tikintinin 

ayrı-ayn  obyektləri  arasında  müstəqim  əlamətinə  görə  bölüşdürülür.  Zərərlər 

tikintinin  bir  neçə  obyektinə  aid  edilən  halda  onlar  il  başa  çatdıqdan  sonra  həm 

başa  çatmamış  tikintidə  olan  və  həm  də  hesabat  ilində  işə  salınan  obyektlərin 

dəyərinə mütənasib olaraq bölüşdürülür. Müvəqqəti (titulsuz) binalar və qurğulann 

dəyərinə belə zərərlər daxil edilmir. 

Fəaliyyətə  başlayan  quraşdırma  tələb  edən  avadanlığın  inventar  dəyəri 

malgöndərənlərin  qiyməti  ilə  avadanlığın  dəyərindən,  nəqliyyat  və  tədarük-anbar 

xərclərindən,  həmçinin  müstəqim  təyinatı  üzrə  istismara  verilən  avadanlığın 

dəyərinə aid edilən tikinti və quraşdırma işlərinə xərc- 


333 

lərdən, sair işlər və məsrəflərdən ibarətdir. Əgər tikinti-quraşdırma işlərinə xərclər, 

sair  işlər  və  məsrəflər  bir  neçə  növ  avadanlığa  aid  edilirsə,  onda  onların  dəyəri 

ayn-ayn  avadanlıq  növləri  arasında  malgöndərənin  qiyməti  ilə  onların  dəyərinə 

mütənasib olaraq bölüşdürülür. 

Quraşdırma  tələb  etməyən  avadanlığın  inventar  dəyəri,  birinci  komplekt 

kimi  işə  salman  obyektlər  üçün  aynlan,  alət  və  inventarların  dəyəri,  həmçinin 

quraşdırılması tələb olunan, lakin daimi ehtiyac üçün ayrılan avadanlığın dəyəri, 

mal  göndərənlərin  hesabları  üzrə  alış  dəyərindən,  vəsaitlərin  əldə  edilməsi  ilə 

əlaqədar  olan  nəqliyyat  və  digər  xərclərdən  ibarətdir.  Əgər  standarta  uyğun 

olmayan  avadanlıq  hazırlanırsa,  onun  dəyərinə  həmçinin  layihə  işləri  də  daxil 

edilir. 

Tikintisi başa çatmış bina və qurğuların, quraşdırılmış avadanlığın, onların 

ilkin dəyərini artırmaqla, obyektlərin əlavə tikilməsi və əlavə avadanlıq qoyulması 

başa  çatmışsa,  obyektlərin  inventar  dəyərləri  müəyyən  edilən  zaman,  müəyyən 

edilmiş qaydada təsdiq edilmiş torpaq, tikili və avadanlıqların təhvil-qəbul (daxili 

yerdəyişməsi)  aktı  ilə  (qayiməsi)  sifarişçilərin  torpaq,  tikili  və  avadanlıqlarının 

tərkibinə daxil edilir. 

Kapital qoyuluşları üzrə əməliyyatların mühasibat hesablarında 

əks etdirilməsi 

J^s

 

Əməliyyatın məzmunu

 

Müxabirləşən hesablar

 

Debet

 

Kredit

 

1

 

2

 

3

 

4

 

1

 

İstismara qəbul edilmiş, habelə ödəmə hesabına başqa 

təşkilatlardan və şəxslərdən əldə edilən torpaq, tikili və 

avadanlıqların dəyəri uçotda əks etdirilib



 

111

 

113


 

2

 

Torpaq, tikili və avadanlıq obyektlərinin ilkin dəyərinə 

daxil edilməyən, torpaq, tikili və avadanlıqların əldə 

edilməsi ilə əlaqədar olan məsrəflər silinib

 

341, 342, 544



 

113


 

3

 

Yerinə yetirilmiş işlərə görə sifarişçidə podratçı təşkilatın 

hesabı əks etdirilib



 

113


 

531


 

4

 

Podratçıya köçürülən məbləğə:

 

a) təşkilatın vəsaiti hesabına ödəmə aparılan



 

zaman


 

531


 

223


 

b) bankın uzunmüddətli kreditləri hesabına Ödəmə aparılan 

zaman

 

531


 

401


 

5

 

Sifarişçinin mühasibat uçotunda anbara daxil olan, 

quraşdırılma tələb edən avadanlıqlar mədaxil edilib



 

113


 

531


 

6

 

Quraşdırılmış avadanlığın dəyəri sifarişçinin mühasibat 

uçotunda əks etdirilib

 

113.1


 

113.2


 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə