Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Səhmlər əldə edilmə qiyməti ilə mədaxil edilir və uçota almır. Səhmlərin satış



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə158/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   154   155   156   157   158   159   160   161   ...   323

336 

Səhmlər əldə edilmə qiyməti ilə mədaxil edilir və uçota almır. Səhmlərin satış 

və nominal dəyəri arasındakı fərq və ya potensial mənfəətin əldə edilməsinə, ya da 

fond  birjasında  həmin  səhmlərin  qiymətinin  təyin  edilməsindən  və  səhmlər  üzrə 

dividentdən (qazanc payından) asılı olaraq zərərə gətirib çıxarır. 

Vəsaitlərin  istiqraz  vərəqələrinə  qoyulması,  istiqraz  vərəqələrinin  nominal 

dəyərindən  asılı  olaraq  qəti  müəyyən  edilmiş  faizlərin,  habelə  ödənildikdən  sonra 

istiqraz  vərəqələrinin  nominal  dəyərinin  alınmasını  əvvəlcədən  müəyyən  etməyə 

imkan  verir.  Bununla  əlaqədar  olaraq,  istiqraz  vərəqələrinin  faktiki  və  nominal 

dəyəri arasındakı fərq, borcu özlüyündə elə ödəməlidir ki, ödəmə vaxtı çatana kimi 

istiqraz  vərəqəsinin  faktiki  dəyəri  nominal  dəyərinə  bərabər  olsun.  Bu  haqda  iki 

variant mümkündür: 

a)

 

əgər istiqraz vərəqəsi nominal dəyərdən artıq dəyərə əldə edilibsə. Belə 

halda  istiqraz  vərəqələri  üzrə  faizlərin  alınması  vaxtında  dəyərlər 

arasındakı fərqlərin bir hissəsini əldə edilmiş gəlirin hesabına silmək yolu 

ilə faktiki dəyər nominal dəyərə çatdırılır. 

b)

 

əgər istiqraz vərəqələri nominal dəyərindən aşağı dəyərlə, daha doğrusu, 

güzəştlə  əldə  edilibsə.  Belə  variant  zamanı  istiqraz  vərəqələrinin  alış 

qiyməti,  istiqraz  vərəqlərinə  sabib  olan  müddət  ərzində  istiqraz 

vərəqələrindən  alınan  faizlərə  görə  gəlirləri  artırmaq  yolu  ilə  ödəmə 

müddəti çatıncaya qədər nominal qiymətə çatdırılır. 

c)

 

səhmlər,  istiqraz  vərəqələri  və  digər  qiymətli  kağızlar  183  saylı  hesaba 

satın  alınma  qiyməti  ilə  mədaxil  edilir.  Təşkilat  tərəfindən  həyata 

keçirilən  uzunmüddətli  maliyyə  investisiyaları  183  saylı  “Digər 

uzunmüddətli  investisiyalar”  hesabının  debeti  və  həmin  qoyuluşların 

hesabına verilmiş qiymətlilərin uçota alındığı hesabların krediti üzrə əks 

olunur. 

Əgər  təşkilat  tərəfindən  əldə  edilən  istiqraz  vərəqələrinin  və  digər  oxşar 

qiymətli kağızların alış dəyəri, onların nominal dəyərindən yüksəkdirsə, onlardan 

çatası gəlir hər dəfə hesablanan zaman alış və nominal dəyər arasındakı fərqin bir 

hissəsinin silinməsi həyata keçirilir. 

Əgər  təşkilat  tərəfindən  əldə  edilən  istiqraz  vərəqələrinin  və  digər  oxşar 

qiymətli kağızların alış dəyəri, onların nominal dəyərindən aşağıdırsa, onda hər dəfə 

onlar üzrə gəlir hesablanan zaman alış və nominal dəyər arasındakı fərq hissəsinə 

əlavə hesablama aparılır. 


337 

183 saylı hesabın 3-cü “Verilmiş borclar” subhesabında təşkilat tərəfindən 

digər  təşkilatlara  verdiyi  uzunmüddətli  pulun  və  borclann  hərəkəti  uçota  alınır. 

Kommersiya təşkilatı tərəfindən başqa təşkilatlara verdiyi veksellərlə təmin olunan 

uzunmüddətli borcları bu subhesabda ayrıca uçota alınır. 

6.7.

 

Qısamüddətli maliyyə investisiyalarmm uçotu 

Qısamüddətli  maliyyə  investisiyalarmm  uçotu  üçün  234  saylı  “Digər 

qısamüddətli investisiyalar” hesabı istifadə edilir. Bu hesab kommersiya təşkilatının 

başqa  təşkilatlann  qiymətli  kağızlanna,  dövlət  və  yerli  borcların  faizli  istiqraz 

vərəqələrinə  və  i.a.  qısamüddətli  (bir  ilə  qədər  olan  müddətə)  qoyuluşlarının 

(investisiyalarının),  habelə  kommersiya  təşkilatı  tərəfindən  digər  təşkilatlara 

verilmiş  borclann  mövcud  olması  və  hərəkəti  haqqında  informasiyanı 

ümumiləşdirmək  üçün  ayrılmışdır.  Bu  zaman  faizli  istiqraz  vərəqələrinə  və  digər 

qiymətli kağızlara qoyuluşlar, habelə başqa təşkilatlara verilmiş borclar bu hesabda 

onların müəyyən edilmiş ödənilmə müddəti bir ildən çox olmadıqda uçota alınırlar. 

234  saylı  “Digər  qısamüddətli  investisiyalar”  hesabı  aktivdir,  debet  qalığı 

olur,  bu  da  əldə  edilmiş  qiymətli  kağızlann  dəyərini  və  ya  bir  ilə  qədər  müddətə 

verilmiş borcların məbləğini əks etdirir. Debet üzrə dövriyyə əldə edilmiş qiymətli 

kağızları  və  verilmiş  qısamüddətli  borcları  və  hesabat  ayında  depozitə  təhvil 

verilmiş  məbləğləri  göstərir.  Göstərilən  qoyuluşların  uçotu,  qoyuluşlann  növləri 

üzrə, daha doğrusu, aşağıdakı subhesablar üzrə təşkil oluna bilər: 

234.1

 

“İstiqraz vərəqləri və digər qiymətli kağızlar”; 

234.2

 

“Depozitlər”; 

234.3

 

“Verilmiş borclar” və b. 

Birinci  subhesabda  dövlətin  və  yerli  borclann  faizli  istiqraz  vərəqələrinə, 

habelə  digər  qiymətli  kağızlara  qısamüddətli  qoyuluşlannm  (investisiyaların) 

mövcud  olması  və  hərəkəti  uçota  alınır.  İstiqraz  vərəqələri  və  digər  qiymətli 

kağızlar  bu  hesaba  alış  dəyəri  ilə  mədaxil  edilir.  Təşkilat  tərəfindən  istiqraz 

vərəqələri və digər qiymətli kağızlann əldə edilməsi əks etdirilir. 

Əgər  kommersiya  təşkilatı  tərəfindən  əldə  edilən  istiqraz  vərəqələrinin  və 

başqa oxşar qiymətli kağızlann satın alınma dəyəri. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə