338
onların nominal dəyərindən fərqlənirsə, satın alınma və nominal dəyər arasındakı
fərqin məbləği silindikdə (əlavə hesablandıqda) qiymətli kağızların əldə edilməsi
(satın alınması) vaxtına 234 saylı “Digər qısamüddətli investisiyalar” hesabında
onların uçota alındığı qiymətləndirmə nominal dəyərə müvafiq olmalıdır. Bu
hesabda uçota alınan istiqraz vərəqlərinin və digər qiymətli kağızlann ödənilməsi
(satın alınması) və satışı əks olunur.
İkinci subhesabda banka və digər qoyuluşlara (əmanət sertifikatlarına,
banklardakı depozit hesablara və i.a.) təşkilat tərəfindən qoyuluşların milli və xarici
valyutalarda vəsaitlərin hərəkəti uçota alınır. Qoyuluşlara pul vəsaitlərinin
köçürülməsi kommersiya təşkilatı tərəfindən əks etdirilir.
Bank tərəfindən qoyuluşların məbləğləri geri qaytarılan zaman təşkilatın
uçotunda tərsinə yazılış aparılır.
Üçüncü subhesabda kommersiya təşkilatı tərəfindən başqa təşkilatlara
verilən qısamüddətli pul və başqa borcların hərəkəti uçota alınır.
234 saylı “Digər qısamüddətli investisiyalar” hesabı üzrə analitik uçot
qısamüddətli maliyyə investisiyalarının növləri və bu investisiyaların həyata
keçirildiyi obyektlər (təşkilatlar - qiymətli kağızlan satanlar, investisiyalar və i.a.)
üzrə aparılır.
6.8.
Qiymətli kağızların uçotu
Qiymətli kağız - əmlak hüququnu təsdiq edən pul sənədidir və ya bu sənədi
buraxan şəxsə sənəd sahibinin borc münasibətidir.
Qiymətli kağızların dövriyyəsi dedikdə onların alqı-satqısı və qiymətli
kağızların sahiblərinin dəyişilməsinə gətirib çıxaran digər hərəkətlər başa düşülür.
İstənilən təşkilatın, səhmdar cəmiyyətinin və kredit təşkilatlarının qiymətli kağızı
buraxmaq hüququ vardır. Qiymətli kağızlara səhmdar cəmiyyətlərinin səhmləri,
istiqraz vərəqələri, depozit sertifikatları, veksellər və b. aiddir, onların buraxılması
və dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizama salınır.
Veksel - qanunla müəyyən edilmiş formada yazılı borc öhdəliyini özündə əks
etdirən qiymətli kağız növüdür. Veksel təkcə hesablaşmanın rahat forması deyil,
həm də kommersiya kreditinin növüdür, çünki veksel üzrə ödəmə dərhal həyata
keçirilmir, bu veksel üzrə məbləğ, müəyyən vaxta veksel verənin sərəncamında
olduqda ödənilir.
339
Veksel pul borcunun bir tərəfli öhdəliyi hesab olunur, onda veksel
saxlayanın heç bir borcu yoxdur, ancaq veksel verən onda göstərilən məbləği
ödəməyə öhdəlik götürür. Veksel, əgər veksel saxlayan borc- ludursa, birinci veksel
saxlayan tərəfindən başqa şəxsə verilə bilər.
Hazırda sadə və barat vekselini bir-birindən fərqləndirirlər. Sadə vekseldə
iki tərəf iştirak edir: veksel verənin qarşısında mütləq öhdəlik durur ki, göstərilən
məbləği vekseli təqdim edənə və ya vekseldə əks. olunan şəxsə müəyyən vaxt
keçdikdən sonra ödəmək əks olunur.
Sadə veksel özündə qeyd olunan pul məbləğini müəyyən edilmiş müddətdə və
müəyyən edilmiş yerdə veksel verənin (borclunun) veksel saxlayana ödəmək barədə
sadə və heç nə ilə şərtləşməyən öhdəliyini əks etdirən yazılı sənədidir.
Barat vekseli (tratta) veksel verənin ödəyiciyə müəyyən edilmiş müddətdə və
müəyyən edilən məbləğdə pulun alıcıya ödənilməsi barədə şərtsiz əmri hesab olunan
yazılı sənədi özündə əks etdirir. Barat vekselində üç şəxs iştirak edir: veksel verən
(trassant), veksel üzrə ödəməni tələb etmək hüququna malik olan, vekseli əldə edən
(vekseli saxlayan) və ödəməni həyata keçirməyə borclu olan ödəyici (trassat).
Hər hansı bir öhdəliyin ödənilməsi və ödəməyə təqdim edilmək üçün, veksel
bir saxlayandan başqasına verilə bilər. Veksel həm ödəyiciyə və həm də
malgöndərənə yazıla bilər, lakin belə halda ödəyici tərəfindən aksept edilə bilər ( o
vekselin üz tərəfində “Aksept edilib” yazısı apanr). Ödəyicinin aksepti onun vekseli
ödəməyə hazır olmasını göstərir.
Ödəyicinin bankı da öz növbəsində vekseli aksept edə bilər. Bu onu göstərir
ki, bank ödəyicidə vəsaitlər olmayan zaman öz öhdəsinə götürür ki, veksel üzrə
ödəmə müddəti çatdıqca onu kredit hesabına ödəyəcək. Bu xidməti həyata
keçirməyə bank ödəyicidən ödəmənin məbləğindən müəyyən faizi tutur.
Borcun bir ilə qədər ödənilməsi müddəti ilə veksel üçün verilmiş borclar 234
saylı “Digər qısamüddətli investisiyalar” hesabının aynca subhesabmda uçota
alınır. Uzunmüddətli veksellər üzrə verilmiş borclar 183 saylı “Digər uzunmüddətli
investisiyalar” hesabında əks olunurlar.
Mallara (işlərə, xidmətlərə) görə alınmış kreditə satılmış veksellər 211 saylı
“Malalanlar və sifarişçilərin qısamüddətli debitor bordan” (Alınmış veksellər”
subhesabmda) hesabında uçota alınır.
Verilmiş veksellər 504 saylı “Qısamüddətli borclar”, 531 saylı
“Malgöndərənlər və podratçılara qısamüddətli kreditor bordan” (“Verilmiş
veksellər” subhesabmda) hesablarında uçota alınır.
Dostları ilə paylaş: |