Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  lannın məbləği azalır. Maşının istismara davamı onun konstruksiyasından, istismar



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə132/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   128   129   130   131   132   133   134   135   ...   323

283 

lannın məbləği azalır. Maşının istismara davamı onun konstruksiyasından, istismar 

şəraitindən və təmirin keyfiyyətindən asılıdır. 

Mənəvi  köhnəlmə  iki  amillə  -  əmək  məhsuldarlığı  artımı  və  texniki 

tərəqqinin  tempi  ilə  müəyyən  edilir.  Birinci  amilin  təsiri  torpaq,  tikili  və 

avadanlıqların  bərpa  dəyərinin  dəyişilməsində  təzahür  edir.  İkincisi  isə 

avadanlıqların  və  digər  növ  torpaq,  tikili  və  avadanlıqların  daha  müasir 

nümunələrinin  meydana çıxması  ilə  təzahür  edir ki,  bu  da  köhnəlmiş  obyektlərin 

ləğv edilməsinin vacib olmasına gətirib çıxanr. 

Təbii  qüvvələrin  təsiri  ilə  köhnəlmə,  torpaq,  tikili  və  avadanlıqlann  ilkin 

dəyərinin azalmasına gətirib çıxaran xarici amillərin təsiri ilə əlaqədardır. 

Beləliklə,  torpaq,  tikili  və  avadanlıqlann  köhnəlməsinin  ümumi  məbləği 

onlann ilkin dəyərindən çox ola bilməz. 

Hesabat  ayında  hesablanmalı  olan  köhnəlmə  məbləği  aşağıdakılardan 

ibarətdir: 

-

 

işə  salınması  aktla  rəsmiləşdirilməmiş  istismar  edilən  obyektlər  üzrə 

amortizasiya məbləğini çıxmaqla mövcud olan torpaq, tikili və avadanlıq 

(tamamilə bərpa üçün) üzrə amortizasiya məbləğindən

-

 

qəbul  aktının  məlumatlarına  əsasən  müəyyən  edilmiş,  əvəzsiz  olaraq 

qəbul edilən torpaq, tikili və avadanlıq obyektləri üzrə tamamilə bərpa 

üçün köhnəlmə məbləğindən; 

-

 

kommersiya  və  təsərrüfat  təşkilatlannm  ödəmələri  ilə  əldə  edilən 

(əvvəlcədən  istismarda  olmuş)  torpaq,  tikili  və  avadanlıqlar  üzrə 

tamamilə bərpa üçün köhnəlmə məbləğindən

-

 

tamamilə  bərpa  üçün  amortizasiya  normaları  əsasında  yaşayış  binalar 

üzrə köhnəlmə məbləğindən. 

Belə  halda  nəzərdə  saxlamaq  lazımdır  ki,  təşkilatda  əvvəllərdə  istismarda 

olan  və  ödəmə  hesabına  satın  alman  torpaq,  tikili  və  avadanlıqlar,  onların  satın 

alınmasında, gətirilməsinə və qurulmasına edilən xərclərin məbləğində uçota alınır. 

Bu  obyektlər  üzrə  köhnəlmə  məbləği  (tamamilə  bərpa  hissəsində)  ödəmə 

sənədlərində  müəyyən  edilir  və  mühasibat  uçotu  hesablarında  adi  qayda  ilə  əks 

etdirilir. 

Təşkilatda əvvəlcə istismarda olan torpaq, tikili və avadanlıqlar istismardan 

çıxan zaman köhnəlmə məbləği (tamamilə bərpa hissəsində) 112 saylı “Torpaq, tikili 

və avadanlıqlar - Amortizasiya” hesabının kreditində əks etdirilir. 

Təşkilatda  ayrı-ayn  obyektlər  üzrə  köhnəlmənin  aylıq  uçotu  aparılmır. 

Torpaq, tikili və avadanlıqların konkret obyekti üzrə köhnəlmə 


284 

məbləği  ancaq  onun  verilməsi  vo  ya  ləğv  edilməsi  zamanı,  inventar  kar- 

toçkalarında  həmin  obyektin  ilkin  dəyəri,  tamamilə  bərpa  üçün  amortizasiya 

normaları və istismar müddəti haqqındakı məlumatlar əsasında müəyyən edilir. 

Makroiqtisadiyyatın  bəzi  sahələrində  ayrı-ayrı  torpaq,  tikili  və  avadanlıq 

obyektləri üzrə amortizasiya ayırmalarının hesablanmasında spesifik xüsusiyyətlər 

vardır.  Məsələn,  obyektlərin  xidmət  müddəti  çıxarılan  məhsulun  istehsalın 

müddətindən  asılı  olan  filiz-mədən  sənayesində  vəsaitin  tamamilə  bərpasına  aid 

amortizasiya  ayırmaları  faktiki  çıxarılan  kömür  və  sair  məhsul  ehtiyatlannm 

miqdarı  nəzərə  alınmaqla,  müəyyən  edilmiş  norma  üzrə  hesablanır.  Neft  və  qaz 

quyulan üçün tamamilə bərpa hissəsində amortizasiya ayırmaları, quyuların faktiki 

xidmət  müddətindən  asılı  olmayaraq  normalar  üzrə  15  il  ərzində  hesablanır. 

Amortizasiya ayırmalarının xüsusi çəkisi neft və qazın dəyərinin 35,5%-nə qədərini 

təşkil edən şəraitdə yuxarıda göstərilən qayda neft quyularından daha yaxşı istifadə 

etmək üçün stimul yaradır. 

Məhsuldar  mal-qaraya,  kitabxana  fondlarına,  ümumi  istifadədə  olan 

avtomobil  yollarına  və  şəhər  abadlığı  qurğularına,  respublikanın  Nazirlər 

Kabinetinin  qərarları  ilə  konservasiya  edilmiş  (təşkilatın  işi  müvəqqəti 

dayandırılmış) torpaq, tikili və avadanlıqlara, bioloji aktivlərə büdcə təşkilatlarının 

və  təsərrüfat  hesabına  keçirilmiş  elmi-tədqiqat  institutlan  və  konstruktor 

bürolarının vəsaitlərinə köhnəlmə hesablanmır. 

Hərəkətdə olan avtomobil nəqliyyatı müstəsnalıq təşkil edir, çünki onlara da 

köhnəlmə maşınların faktiki yürüşünə görə hesablanır. 

Amortizasiyanı  (köhnəlməni)  hesablamaq  üçün  (uçotun  jurnal-order 

forması zamanı) hesablama cədvəli, avtomobil nəqliyyatı üzrə isə ayrıca formada 

cədvəl  tətbiq  edilir.  Hesabdarlığın  başqa  formalarında  “Torpaq,  tikili  və 

avadanlıqların  amortizasiyasının  hesablanması”  (kommersiya  təşkilatları  üçün), 

“Torpaq,  tikili  və  avadanlıqlann  amortizasiyasının  hesablanması”  (tikinti 

təşkilatları  üçün)  və  “Avtonəqliyyat  üzrə  amortizasiyasının  hesablanması”  kimi 

nümunəvi formalar tətbiq  edilir. Bu məqsəd  üçün  torpaq,  tikili  və  avadanlıqlann 

hərəkətinin uçotu kartoçkalannm məlumatlanndan istifadə edilir. 

Avtomobil  nəqliyyatı  üzrə  amortizasiyanı  hesablamaq  üçün  amortizasiya 

normasını, avtomaşının ilkin dəyərini və ay ərazindoki yürüşü bilmək lazımdır. 

Amortizasiya  ayırmaları  istehsal  olunan  məhsulların  maya  dəyəri 

kalkulyasiyasında  aynca  göstərilən  istehsallarda  bilavasitə  202  saylı  “İstehsalat 

məsrəfləri” hesabının debetinə aid edilir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə