Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  4. Təmir emalatxanalarının ayrıca uçota alman üstəlik xərcləri, yəni elektrik



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə134/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   130   131   132   133   134   135   136   137   ...   323

287 

4. Təmir emalatxanalarının ayrıca uçota alman üstəlik xərcləri, yəni elektrik 

enerjisi,  binaların  saxlanması,  binaların,  avadanlıq  və  inventarların 

amortizasiyası,  binaların,  avadanlıq  və  inventarların  cari  təmiri, 

təhlükəsizlik texnikası tədbirləri və sairə xərclər. 

Hər hansı obyektin təmiri qurtaran zaman 202 saylı “İstehsalat məsrəfləri” 

hesabının ayrıca 9-cu “Köməkçi istehsalat” subhesabının analitik hesablarının uçot 

məlumatlarına  əsasən  təmirin  maya  dəyəri  müəyyən  edilir  və  nöqsan  cədvəlinin 

müvafiq  bölmələrinə  faktiki  xərclər  yazılır.  Sonra  faktiki  xərclərin  smetadan 

kənarlaşmasının  səbəblərini  aydınlaşdırmaq  məqsədilə  nöqsan  cədvəlinin 

məlumatlarının operativ iqtisadi təhlili həyata keçirilir, aşkar edilmiş çatışmazlıqlar 

üzrə tədbirlər işlənib hazırlanır. 

Təmir edilmiş obyekt təşkilatın rəhbərliyi tərəfindən təyin edilmiş komissiya 

vasitəsi  ilə  qəbul  edilir.  Komissiya  təmirin  keyfiyyətini  yoxlayır,  mühərriki 

yoxlamadan keçirir, maşını işlədib yoxlayır. Yoxlamanın nəticəsi nöqsan cədvəlində 

əks etdirilir. Komissiya tərəfindən imzalanmış akt təmir edilmiş obyekti istismara 

təhvil vermək üçün əsas kimi xidmət edir. 

- Təmir edilmiş və qəbul edilmiş obyekt üzrə faktiki xərclər 202 saylı “İstehsalat 

məsrəfləri”  hesabının  ayrıca  9-cu  “Köməkçi  istehsalat”  subhesabından  202,  721 

saylı hesablara silinir. Bu xərcləri uçota almaq üçün iri mürəkkəb maşınlar üzrə 202 

saylı  “İstehsalat  məsrəfləri”  hesabının  müvafiq  9-cu  subhesabına  ayrıca  analitik 

hesablar açılır. Mürəkkəb olmayan avadanlıqlar “Sair maşınlar və avadanlıqlar” 

adlı  bir  analitik  hesabda  uçota  alınır.  Analitik  hesablarda  hər  bir  təmir  edilmiş 

obyekt, onun inventar nömrəsi və təmirin maya dəyəri göstərilməklə ayrıca sətirdə 

yazılır. 

Təşkilat  maşınların  ayrı-ayrı  qovşaqlarını  və  aqreqatlarını  (misal  üçün, 

mühərrik, arxa körpünü, surət köçürücüsü qutusunu və b.) əsaslı təmir etmək üçün 

başqa təşkilatlara verir, maşının qalan hissələrini təşkilatın emalatxanasında təmir 

edir.  Belə  halda  obyektin  əsaslı  təmiri  üzrə  emalatxananın  xərclərini  əvvəlcə  202 

saylı  “İstehsalat  məsrəfləri”  hesabının  ayrıca  9-cu  “Köməkçi  istehsalat” 

subhesabının  debetində  uçota  alırlar,  təmir  qurtardıqdan sonra  isə  202,  721  saylı 

hesablara  silirlər.  Qovşaq  və  aqreqatların  kənarda  edilmiş  təmirinin  dəyərini 

hesab-faktura  əsasında  202  saylı  “İstehsalat  məsrəfləri”  hesabının  ayrıca  9-cu 

“Köməkçi  istehsalat”  subhesabında  əks  etdirilmədən,  bilavasitə  202,  721  saylı 

hesablara silirlər. 


288 

Təşkilatın  inşaat-təmir  briqadası  tərəfindən  həyata  keçirilən  bina  və 

qurğuların  əsaslı  təmir  xərcləri  202  saylı  “İstehsalat  məsrəfləri”  hesabının  ayrıca 

9-cu subhesabmda uçota alınır. Həmin məsrəflər hər bir obyekt üzrə aynca olaraq 

aşağıdakı maddələrdə əks etdirilir: 

a)

 

işlənmiş adam-gün və adam-saatlann miqdarı göstərilməklə, sosial 

ehtiyaclara ayırmalarla birlikdə əsas və əlavə əmək haqqı; 

b)

 

inşaat maşmlan və mexanizmlərinin istismarı üzrə xərcləri; 

c)

 

inşaat-təmir materialları; 

d)

 

sair əsas xərclər; 

e)

 

əsaslı təmir üzrə üstəlik xərclər. 

Hər bir əsaslı təmir edilmiş bina və ya qurğuya işəmuzd işlər üçün naryad 

yazılır.  Naryadda  obyekt  üzrə  yerinə  yetirilməli  olan  işlərin  siyahısı  və  təmir 

briqadasının  əmək  məsrəfləri  göstərilir.  Bu  naryadın  məlumatları  “Əməyin 

ödənilməsi” maddəsi üzrə xərclərin uçotu üçün əsas kimi xidmət edir. 

Sosial ehtiyaclara ayırmalarla birlikdə əsas və əlavə əmək haqqı maddəsində 

təmir  üzrə  yerinə  yetirilmiş  işlərə  görə  hesablanmış  əmək  haqqı,  habelə  sosial 

ehtiyaclara ayırmalar, məzuniyyət və digər növ əlavə əmək haqqı üzrə ehtiyat uçota 

alınır. 

“İnşaat-təmir  materialları”  maddəsində  inşaat  və  təmir  materiallannın 

(şalban,  taxta,  kərpic,  dəmir,  şifer,  boya,  şüşə  və  i.a.)  dəyəri  əks  etdirilir.  Bu 

qiymətliləri onların əldə edilməsinin faktiki maya dəyəri ilə təmir üzrə xərclərə daxil 

edirlər. Hər ay təmir edilən obyekt üzrə lazım olan materiallann (normalar üzrə) 

miqdan  müəyyən  edilir.  Həmin  lazım  olan  materialların  miqdanna  limit-zabor 

kartası  yazllır.  Ayın  axırında  sərf  edilmiş  materiallann  miqdan  hesablanır  və 

limit-zabor  kartası  əsasında  onlara  hər  bir  təmir  edilmiş  obyektə  “İnşaat-təmir 

materialları” maddəsi üzrə silinir. 

“İnşaat  maşmlan  və  mexanizmlərinin  istisman  üzrə  xərclər”  maddəsində 

obyektlərin  təmirində  istifadə  olunan  maşın  və  mexanizmlər  üzrə  bütün  istismar 

xərcləri,  yəni  vəsaitlərin  amortizasiyası,  cari  təmir  xərcləri,  elektrik  enerjisinin 

dəyəri  və  digər  xərclər  uçota  alınır.  Bina  və  qurğulann  təmiri  prosesində  inşaat 

maşınları və mexanizmləri istifadə olunur. Bu maşın və mexanizmlər üzrə faktiki 

xərclər  ayın  axırında  işlənmiş  maşın-növbələrinin  miqdanna  mütənasib  olaraq 

bölüşdürülür  və  bölüşdürmə  cədvəlinə  əsasən  təmir  edilən  obyektlərə  “İnşaat 

maşmlan və mexanizmlərinin istisman üzrə xərcləri” maddəsi üzrə silinir. 

“Sair əsas xərclər” maddəsində sair əsas xərclər, yəni avtomobil nəqliyyatı, 

təmir və ağac emal edən emalatxanaların və i.a. xidmətlərin 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə