Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  edilməsi və təsərrüfatdan çıxması aktlan, hesab-ödəmə tələbnamələri, qa- imələr və



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə33/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   29   30   31   32   33   34   35   36   ...   323

74 

edilməsi və təsərrüfatdan çıxması aktlan, hesab-ödəmə tələbnamələri, qa- imələr və 

b. aiddir. 

İcmal  sənədlər  ilkin  sənədlər  əsasında  tərtib  edilir.  Onlarda  artıq  əvvəllər 

müvafiq ilkin sənədlərdə rəsmiləşdirilmiş əməliyyatlar əks etdirilir. İcmal sənədlərə 

- avans hesabatı ümumistehsalat və ümumtəsərrüfat xərclərinin bölüşdürülməsi və 

kalkulyasiya cədvəlləri, əmək haqqı üzrə haqq-hesab ödəmə cədvəlləri, anbar üzrə 

maddi  qiymətlilərin  hərəkəti  haqqında  hesabat,  kassa  hesabatı,  qruplaşdırma  və 

yığım cədvəlləri və s. daxildir. 

Qeydiyyatdan keçirilən əməliyyatların miqdarından, vaxtından, asılı olaraq 

sənədlər birdəfəlik və yığılma olmaqla iki yerə bölünür. 

İlkin və icmal sənədlər, onlarda əməliyyatların əks etdirilməsi qaydasına görə 

birdəfəlik və yığılma sənədlərə bölünürlər. 

Birdəfəlik sənədlərdə bir və ya eyni vaxtda bir neçə təsərrüfat əməliyyatı əks 

etdirilir.  Birdəfəlik  sənədlərdə  materialların  mədaxil  orderləri,  xərclərin 

bölüşdürülməsi  cədvəli,  kalkulyasiya  cədvəli,  qaimələri,  təhvil-  qəbul  aktlan, 

hesab-ödəmə tələbnaməsi, kassa mədaxil və məxaric orderləri və s. aiddir. 

Yığılma  sənədlər  müəyyən  dövr  ərzində  tədricən  tərtib  olunur  (sut-  -ka, 

ongünlük,  aylıq).  Onlar  həmin  əməliyyat  üzrə  yazılan  sənədlərin  miqdarını 

azaltmaq  məqsədi  ilə  tərtib  edilir.  Bunlara  misal  olaraq,  avans  hesabatını, 

limit-zabor kartını, iş vaxtının uçotu cədvəlini, işlərin yerinə yetirilməsi cədvəlini və 

s. göstərmək olar. 

Tərtib  edilmə  yerinə  görə  sənədlər  daxili  və  xarici  olmaqla  iki  yerə 

bölünürlər. 

Daxili sənədlərə qaimələr, tələbnamələr, aktlar və s. daxildir. Xarici sənədlər 

isə başqa təşkilatlarda tərtib olunurlar, onlara malgöndərənlərin hesablan, bankın 

hesablaşma hesabından çıxarışı və s. daxildir. 

Uçot  mövqelərinin  miqdanna  görə  sənədlər  bir  mövqeli  və  çoxmöv-  qeli 

olmaqla iki yerə bölünürlər. Bir mövqeli sənədlər bir növ material- lann mədaxil və 

məxaricini əks etdirir, çox mövqeli sənədlər isə bir neçə növ materialın mədaxil və 

məxaricini  əks  etdirir.  Limit-zabor  kartası,  əmək  və  əmək  haqqının  ilk  uçotunun 

sənədləri həm bir mövqeli, həm də çoxmövqeli sənədlərə aid edilə bilər. 

Sənədlərin tərtib edilməsi və işlənməsi qaydası.

 Hər bir mühasibat sənədi 

elə tərtib edilməlidir ki, onda başa çatdırılmış əməliyyatlar haqqında tam fikir əldə 

etmək üçün bütün məlumatlar əks olunmuş olsun. Sənədlərin elementlərinin tərkibi 

sayılan bu məlumatlar rekvizitlər (sənəd 


75 

üçün  lazım  olan şərtlər  adlanır).  Rekvizit  latın  sözü  olan 

“requsitum

  ”  sözündən 

götürülmüşdür, mənası 

“lazım olan, tələb olunan”

 deməkdir. 

Öz  xarakterinə  görə  rekvizitlər  olduqca  müxtəlifdir.  Onlar  sənədlərin 

təyinatından və onlarda əks olunan əməliyyatların məzmunundan asılıdırlar. 

Lakin sənədlərin məzmununun çox müxtəlif olmasına baxmayaraq, onlann 

hər birində rekvizitlər olmalıdır. Belə rekvizitlər aşağıdakılardan ibarətdir: 

a)

 

adı (mədaxil orderi, limit-zabor kartı və b); 

b)

 

tərtib edilmə tarixi (il, ay, gün); 

c)

 

təsərrüfat əməliyyatlarının məzmunu və onun əsası; 

ç) miqdar və qiymət ifadəsində əməliyyatların ölçüsü; 

d)

 

əməliyyatların həyata keçirilməsi və onun tərtib edilməsinin 

düzgünlü

5

dinə cavabdeh olan şəxslərin imzası 

Yuxarıda göstərilən rekvizitlər hər bir mühasibat sənədində olmalıdır. 

Sənədlərin mürəkkəblə, kimyəvi karandaşla, kompyuterlə yazılmasına icazə 

verilir. 

Sənədlər səliqə ilə tərtib olunmalıdır ki, məzmun və rəqəmləri aydın yazmaq 

lazımdır. Sənədlərdə imzalar aydın olmalıdır. 

Təsərrüfat  əməliyyatlarının  sənədləşdirilməsi  iki  mərhələdən,  yəni  əks 

etdirilən  təsərrüfat  əməliyyatları  haqqında  məlumatların  başa  düşülməsindən 

(hesablama,  ölçülmə,  biçilmə)  və  sənədlərdə  əldə  edilən  məlu-  matlann  qeyd 

edilməsindən (onun rckvizitlərin yerində olmasından) ibarətdir. Məlumatlann başa 

düşülməsi və onlann sənədlərdə qeyd edilməsi ilkin uçot adlanır. 

İlkin uçot iki üsulla həyata keçirilə bilər: əl ilə və mexanikləşdiril- miş üsulla. 

Müxtəlif  təsərrüfatlarda  eyni  cinsli  əməliyyatların  rəsmiləşdirilməsi  üçün 

sənədlərin  blanklarmm  əldə  edilməsi  unifikasiya  (vahid  şəklə  salınma)  adlanır. 

Sənədlərin  doldurulması  və  işlənməsi  onlann  standartlaşdırılması  zamanı  da 

olduqca sadələşir. 

Sənədlərin keçdiyi yola sənəd dövriyyəsi deyilir. Beləliklə, sənəd dövriyyəsi 

dedikdə,  sənədlərin  yazıldığı  dövrdən  onlann  arxivə  təhvil  verildiyi  vaxta  qədər 

hərəkətini başa düşmək lazımdır. 

Təqdim  edilən  sənədlər  mühasibatda  işlənir,  yəni  mühasibat  uçotunda 

gələcəkdə  yazılmaq  üçün  sənədlərin  hazırlanması  və  sənədlərə  sonradan  nəzarət 

edilməsi, onların qiymətləndirilməsi (taksirovkası), qruplaş- 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə