|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
əhalinin sayı, tərkibi və hərəkəti, xalqın maddi və mədəni həyat səviyyəsi, onun
94
əhalinin sayı, tərkibi və hərəkəti, xalqın maddi və mədəni həyat səviyyəsi, onun
sosial həyatı haqqında göstəricilər əldə edilir.
Statistika göstəricilərini hesablamaq üçün bütün ölçü növlərindən,
məlumatların toplanması və elmi cəhətdən işlənməsi üçün isə sərbəst üsullardan
istifadə edilir.
Təsərrüfat uçotunun ikinei növü olan operativ uçot (bəzən onu
operativ-texniki, operativ-istehsalat və ya istehsalat-texniki uçot da adlandırırlar)
müəssisədə və onun bölmələrində ayrı-ayrı əməliyyatlara nəzarət və rəhbərlik
etmək məqsədi güdür. Onun əsas mahiyyəti ondan ibarətdir ki, təsərrüfat
proseslərini tez və vaxtında əks etdirməkdən, müəssisənin hər bir bölməsində
müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsi gedişinə təsir etmək üçün öz
spesifik üsullarından istifadə etməklə operativ rəhbərliyi həyata keçirməkdən
ibarətdir. Bu zaman uçot obyektinin xarakterindən asılı olaraq natural, əmək və pul
ölçüləri tətbiq edilir. Lakin o, əsasən bircinsli əməliyyatları əks etdirdiyindən əsasən
natural və əmək ölçülərindən istifadə olunur.
Operativ uçotun xarakterindən asılı olaraq onun məlumatları çox hallarda
qeydiyyatdan keçirilməyərək şifahi formada verilir, bəzi hallarda isə xüsusi
məlumatlarda və ya hesabatlarda əks etdirilir. Zəruri cari məlumatlar isə əsasən
rabitə vasitəsilə, yəni telefon, teleqraf və s. ilə verilir.
Təsərrüfat uçotunun əsas aparıcı növü mühasibat (maliyyə və idarəetmə
uçotu) uçotu hes^b edilir. Müəssisənin, təşkilatın və i.a. maliyyə-təsərrüfat
fəaliyyətində oynadığı rola görə mühasibat uçotuna bir neçə istiqamətdə tərif verilə
bilər.
Makroiqtisadi səviyyədə ona müəssisənin, vasitəçi təşkilatın, firmanın,
səhmdar cəmiyyətinin və i.a. fəaliyyət prosesinə (birinci növbədə istehsal prosesinə)
«nəzarət və fikrən ümumi nəticə çıxarmaq va- sitəsi» kimi baxmaq olar.
Makroiqtisadi səviyyədə mühasibat uçotu müəssisənin istehsalat-maliyyə
fəaliyyəti haqqında informasiyaları sistemləşdirmək və onları işləmək,
əsaslandırmaq, nəzarət və müşahidə etmək funksiyasını da yerinə yetirir.
Mühasibat (maliyyə) uçotu təsərrüfat subyektinin fəaliyyətini tam, ardıcıl və sənədli
müşahidə etmək, ölçmək, izləmək, nəzarət etmək, uçota almaq və s. zəruri prosesləri
yerinə yetirməklə elmi əsaslandırılmış idarəetmə sistemini özündə əks etdirir.
Mühasibat (maliyyə) uçotunun vasitəsilə təsərrüfatda mövcud olan müxtəlif növ
maddi qiymətlilər və pul vəsaitlərinin miqdarı, başqa müəssisə və təşkilatlarla
hesablaşmaların vəziyyəti, bütün ehtiyatların
95
ümumi həcmi haqqında məlumatlar alınır, tədarük edilmiş materialların,
məhsulların istehsalının və satışının həcmi və maya dəyəri müəyyən edilir, təsərrüfat
fəaliyyətinin maliyyə nəticəsi - mənfəət və ya zərər və i.a. aşkara çıxarılır.
Mühasibat (maliyyə) uçotunda bütün uçot ölçüləri-natural, əmək və pul
ölçülərindən istifadə edilir. Lakin onlardan pul ölçüsünə daha çox üstünlük verilir.
Pul ölçüsünün köməyilə mühasibat (maliyyə) uçotu müəssisənin bütün vəsaitləri və
digər məsələləri barədə ümumiləşdirilmiş informasiyalar əldə edilir. Öz xarakterinə
görə mühasibat (maliyyə) uçotu tam uçot hesab edilir. O, bütün təsərrüfat
vəsaitlərinin hərəkətini, onların əmələgəlmə mənbələrini, təsərrüfat əməliyyatlarını
və proseslərini əhatə edir.
Mühasibat (maliyyə) uçotu vaxta görə ardıcıldır. O, müəssisənin təsərrüfat
fəaliyyəti nəticəsində vəsaitlərin tərkibində baş vermiş dəyişiklikləri gündəlik əks
etdirir. Mühasibat (maliyyə) uçotunun əsas xüsusiyyəti baş vermiş təsərrüfat
əməliyyatlarının əks etdirilməsinin sənədlərdə ciddi əsaslandırılmasıdır. Mühasibat
(maliyyə) uçotu ona xas olan təsərrüfat hadisələrinin ikili qeyd (əks olunma) metodu
ilə xarakterizə olunmasını təmin edir.
Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, mühasibat uçotu müəssisənin
bütün fəaliyyətinin hərəkətini tam, ardıcıl, sənədli və qarşılıqlı əlaqədə əks
etdirməklə onun üzərində müntəzəm nəzarəti təşkil edir. Bu baxımdan mühasibat
(maliyyə) uçotunun əsas vəzifəsi müəssisənin və onun quruluş bölmələrinin
maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında informasiyalar toplamaq,
idarəetmənin müxtəlif səviyyələrində istifadə edənlərin və təsisçilərin bu
informasiyalarla təmin edilməsi, onların kommersiya fəaliyyətinə nəzarəti həyata
keçirməkdən ibarətdir.
Mühasibat (maliyyə) uçotu mülkiyyət formasından asılı olmayaraq ölkə
ərazisində yerləşən bütün hüquqi şəxslər tərəfindən aparılmalıdır.
Mühasibat (maliyyə) uçotunun obyektləri aşağıdakılardır;
a)
təşkilatın əmlakı (torpaq tikili və avadanlıqlar, bioloji aktivlər, istehsalat
ehtiyatları, qeyri-maddi aktivlər, maliyyə qoyuluşları);
b)
xüsusi kapital (nizamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı, xüsusi
təyinatlı fondlar, ehtiyatlar, mənfəət);
c)
digər təşkilatlar tərəfindən olan borclar (debilor borcları) və kənar
təşkilatlar tərəfindən olan borclar (debitor borcları) və kənar
Dostları ilə paylaş: |
|
|