100
Əgər təşkilat mühasibat (maliyyə) uçotunu aparan və hesabatları tərtib edən
zaman müəyyən edilmiş fərziyyələrdən uzaqlaşırsa, onda o, bu kənarlaşmaların
səbəblərini açmalıdır.
Əsasnamədə aşağıdakı ehtimallar müəyyən edilmişdir: təşkilatların
əmlakının ayrıca olması; fəaliyyətin fasiləsiz olması; uçot siyasətinin tətbiq
edilməsinin ardıcıllığı və təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti aşkar edilməsi.
Əmlakın ayrıca olması ehtimalı o deməkdir ki, təşkilatların əmlakı və
öhdəliyi, sahibkarların əmlaklarından və öhdəliklərindən ayrıca mövcuddur.
Respublikamız üçün bazar iqtisadiyyatının yaranması dövründə bu ehtimal
olduqca mühüm hesab olunur, çünki təşkilatların çoxunun əmlakı təsisçilərin,
iştirakçıların və ya işçilərin şəxsi istifadəsində olur.
Təşkilatların fəaliyyətinin arası kəsilməzlik ehtimalı göstərir ki, o, müşahidə
edilən gələcəkdə öz fəaliyyətini davam etdirəcək və onun ləğv olunmaq və ya
fəaliyyətinin mahiyyətcə ixtisar olunmaq məqsədi yoxdur. Əgər göstərilən
məqsədlər təşkilatda vardırsa, o, gələcək maliyyə ilində əmələ gələn uçot siyasətində
və başa çatan maliyyə ilinin illik hesabatına yazılan aydınlaşdırma vərəqəsində bu
barədə elan etməlidir. Göstərilən ehtimallar auditor təcrübəsində mütləq istifadə
olunmalıdır və auditor, təşkilatın ləğv olunması və ya fəaliyyətinin ixtisar olunması
haqqında
mühasibat
(maliyyə)
hesabatlarını
istifadə
edənləri
məlumatlandırmalıdır.
Uçot siyasəti tətbiqinin ardıcıl olması ehtimalı göstərir ki, təşkilat tərəfindən
seçilmiş uçot siyasəti ildən ilə ardıcıl olaraq tətbiq edilir.
Təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti aşkar edilməsi ehtimalı göstərir
ki, onlar maliyyə uçotu və hesabatlarında bu faktlarla əlaqədar olan pul
vəsaitlərinin daxil olması və ya ödənilməsinin faktiki vaxtından asılı olmayaraq, baş
verdiyi dövrdə əks olunur. Misal üçün, təşkilatın işçilərinə hesablanmış əməyin
ödənilməsi işçilərə hesablanmış məbləğlərin faktiki ödənilməsi vaxtından asılı
olmayaraq, onlar hesablanan dövrdəki istehsalat və ya tədavül xərclərinə aid edilir.
Beynəlxalq uçot təcrübəsində əsasını təşkil edənlərlə yanaşı, digər mühasibat
prinsipləri (ehtiyatlılıq, zərurilik, uçot obyektlərinin dəyərlə qiymətləndirilməsi və
b.) istifadə olunur.
Ölkənin təcrübəsində göstərilən anlayışa «tələb» termini müvafiqdir və
təşkilatlar tərəfindən təşkil olunan uçot siyasəti tamamlıq, ehtiyatlılıq, ziddiyyətli
olmamaq və səmərəlilik qaydası qarşısında birinciliyi təşkil etmək tələblərinə
müvafiq olmalıdır.
101
Tamamlıq tələbi maliyyə uçotunda təsərrüfat fəaliyyətinin bütün faktlarının
əks etdirilməsinin vacibliyini göstərir.
Ehtiyatlılıq (ehtiyatlı olmaq, qərb təcrübəsində hələ mühafizəkarlıq) tələbi
uçotun nəinki mümkün olan gəlirlərə və aktivlərə (gizli ehtiyatlara yol vermədən)
nisbətən, itkiyə (xərclərə) və passivlərə böyük hazırlığını göstərir.
Qərb təcrübəsində konkret olaraq meydana gələn həmin tələblərdən biri
mənfəət və zərərlərin mütənasib adlanan uçotu hesab olunur, daha doğrusu,
mənfəət uçotda ancaq təsərrüfat əməliyyatı baş verdikdən sonra əks etdirilir, zərər
isə onun mümkünlüyü haqqında fikir meydana gələn vaxtdan əks etdirilə bilər. Belə
zərərlərin örtülməsi üçün xüsusi ehtiyatların, misal üçün, şübhəli borclar əmələ
gələn vaxtdan şübhəli borclar üzrə ehtiyatlann yaradılması nəzərdə tutulur.
Ölkənin təcrübəsində də ancaq maliyyə ili başa çatdıqdan sonra müəyyən
edilmiş vaxtda debitor borclarının aparılan inventarlaşma əsasında şübhəli borclar
üzrə ehtiyatlann yaradılması nəzərdə tutulub. Şübhəli borcların ehtiyatlarının
yaradılmasında olan belə fərq bu nəticəni çıxarmağa imkan verir ki, ölkənin uçot
təcrübəsində ehtiyatlılıq tələbi tam ölçüdə istifadə edilmir.
Birincilik tələbi qaydasımn məzmunu göstərir ki, maliyyə uçotunda
təsərrüfat fəaliyyəti faktları təkcə onlann hüquqi formalanndan deyil, həm də
faktların iqtisadi məzmunundan və təsərrüfatçılıq şərtlərindən asılı olaraq əks
olunmalıdır. Misal üçün, özü-özlüyündə təşkilatlann rəhbərləri tərəfindən iri
məbləğlərdə ssudalann verilməsi qanunsuz hesab olunmur. Lakin əgər bu
məbləğlərin verilməsi təşkilatın maliyyə vəziyyəti möhkəm olmayan dövrdə,
xüsusilə də pul vəsaitlərinin olmaması üzündən hesablanmış əmək haqqının
ödənilməsi gecikdirilən zaman həyata keçirilirsə, onda həmin təsərrüfat
əməliyyatını qeyri-qanuni hesab etmək olar.
Ziddiyyətli olmamaq tələbi hər ayın 1-i tarixə analitik uçotun məlumatlarının
sintetik hesablar üzrə dövriyyələrin və qalıqların, həmçinin də maliyyə hesabatı
göstəricilərinin, sintetik və analitik uçot məlumatlan- nın eyniliyinin vacib olmasına
şərait yaradır.
Səmərəlilik tələbi təsərrüfat fəaliyyətinin şərtlərindən və təşkilatın
böyüklüyündən asılı olaraq mühasibat (maliyyə) uçotunun səmərəli və qənaətli
aparılmasının vacib olmasını göstərir.
Mühasibat uçotunun hesablar planına müvafiq olaraq sistemli mühasibat
(maliyyə) uçotunda və balansda ancaq təşkilatın mülkiyyəti olan
Dostları ilə paylaş: |