|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
dəliklərin, kapitalın, hesablaşmaların və digər sərvətlərin inventar- laşmasının
104
dəliklərin, kapitalın, hesablaşmaların və digər sərvətlərin inventar- laşmasının
nəticələrini uçotda tam və düzgün əks etdirməlidir.
Təşkilatın uçot siyasəti əsasən aşağıdakıları özündə əks etdirir:
-təşkilat əmlakının, öhdəliklərinin, kapitalın, dövriyyə vəsaitlərinin və
ümumiyyətlə, bütün maliyyə - təsərrüfat fəaliyyətindəki təsərrüfat əməliyyatlarının
natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa sənədləşdirilmiş
və mühasibat registrlərindo qarşılıqlı əlaqədə, mühasibat hesablarında ikili yazılış
üsulu ilə heç bir istinaya yol vermədən düzgün yığılması və qaydaya salınması
sistemini təmin edir;
-təşkilat rəhbəri mühasibat uçotunun təşkili formasını, sənəd dövriyyəsi
qaydasını və uçot məlumatlarının texnologiyasını təmin edir, daxili uçot və hesabat
sistemini işləyib hazırlayır, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün
vacib olan təsərrüfat əməliyyatları üzərində nəzarət qaydasını, sənədlərə imza
etmək hüququ olanları və s. müəyyən edir;
-təşkilat ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat
əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun
mənaca qalan bütün əlamətlərindən üstünlüyünü təmin edərək, onların uçot
siyasətində kommersiya sirri kimi qorunub saxlanmasını tələb edir;
-təşkilat maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud
öhdəliyin son dərəcə mənfəətə və aktivə çevrilərək, uçot və hesabatda əksini tapması
üçün böyük hazırlıq işini ehtiyatlılığı təmin edir;
-təşkilat hər dəfə analitik uçot məlumatları ilə tutuşduraraq mühasibat uçotu
və hesabatın düzgünlüyünü yoxlayır.
Uçot siyasətinin formalaşması zamanı mühasibat uçotunun təşkili və
aparılması (daxili uçot və hesabat qaydalarının yaradılması), invcntarlaşma
qaydası, əmlak və öhdəliklərin qiymətləndirilməsi üsulları, fondlar və ehtiyatların
yaradılması, satışdan gələn gəlirin müəyyən edilməsi, ilkin uçot formalarının təşkili,
aylıq, rüblük və illik hesabatların hazırlanması və s. işlərin görülməsi barədə
təşkilat rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazırlayır.
Təşkilatın əmlakının, öhədliklərinin, dövriyyə vəsaitlərinin, maliyyə
vəziyyətinin,
təsərrüfat
fəaliyyətinin
nəticələrinin,
kapitallarının,
maliyyələşmələrinin və s. yekun göstəriciləri istifadəçilər (sahibkarlar, səhmdarlar,
dövlət orqanları, kreditorlar və s.) üçün təyin edilmiş mühasibat (maliyyə)
hesabatlarında heç bir istisnaya yol verilmədən düzgün əks etdirilməlidir. Maliyyə,
bank, vergi orqanları, in-
105
vestorlar, malgöndərənlər, malalanlar, kreditorlar, dövlət orqanları və digər
marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni
həyata keçirmək üçün təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti
haqqında zəruri məlumatları düzgün təhlil etmək və təşkilatın gələeək inkişaf
perspektivlərinin maksimum yollarını düzgün araşdırmaq məqsədilə uçot siyasəti
açıqlanır. Təşkilatın kommersiya sirlərindən başqa, bu açıqlamalar mühasibat
(maliyyə) hesabatlarına əlavə edilən arayışlarda öz əksini tapır.
Maliyyə hesabatlarında edilmiş qeydlərin uçot siyasəti bölməsində
aşağıdakılar əks etdirilməlidir:
a)
maliyyə hesabatlarının hazırlanmasında istifadə olunmuş qiymətləndirmə
əsası (əsaslar);
b)
maliyyə hesabatlarının düzgün anlaşılması üçün zəruri olan uçot
siyasətinin hər bir konkret aspekti.
Maliyyə hesabatlarında bir neçə qiymətləndirmə əsası istifadə edildikdə
(məsələn, müəyyən uzunmüddətli aktivlərin yenidən qiymətləndirilməsində),
qiymətləndirmə əsasına müvafiq olaraq tətbiq edildiyi aktivlərin və öhdəliklərin
kateqoriyasının göstərilməsi kifayətdir.
Uçot siyasətinin konkret aspektlərinin açıqlanması barədə qərar qəbul
edərkən rəhbərlik bu açıqlamalann istifadəçilərə nə dərəcədə yardımçı olacağını
nəzərdən keçirməlidir. Həmin açıqlamalar o halda faydalı hesab edilə bilər ki, onlar
istifadəçilərə təşkilatın fəaliyyətində olan əməliyyatların və hadisələrin təşkilatın
maliyyə vəziyyətinə və fəaliyyətinin maliyyə nəticələrinə təsirini anlamaqda təqdim
etsin. Təşkilatın nəzərdən keçirə biləcəyi uçot siyasətinin aspektlərinə aşağıdakılar
daxil edilir, lakin bununla məhdudlaşmır:
-
gəlirin tanınması;
-
törəmə və asılı təşkilatlar da daxil olmaqla Konsolidə (birləşmə)
prinsipləri;
-
təşkilatlann fəaliyyətlərinin birləşdirilməsi;
-
birgə fəaliyyət;
-
maddi və qeyri-maddi aktivlərin tanınması və amortizasiyası;
-
məsrəflərin kapitallaşdırılması;
-
tikinti müqavilələri;
-
daşınmaz əmlaka investisiyalar;
-
maliyyə alətləri və investisiyalar;
-
icarə;
-
elmi-tədqiqat və təcrübə konstruktor işləri üzrə məsrəflər;
-
ehtiyatlar;
Dostları ilə paylaş: |
|
|