102
əmlak əks olunur; bir sıra normativ sənədlər təsərrüfat fəaliyyətinin vaxt
ayırmalanna (hesabat dövrlərinə) bölünməsini nəzərdə tutur.
1.4
Kommersiya təşkilatının uçot siyasəti haqqında
Uçot-siyasəti- maliyyə hesabatlarının tərtib və təqdim edilməsi üçün
kommersiya təşkilatı tərəfindən qəbul edilmiş onun iş xüsusiyyətlərinə uyğun olan
prinsiplərin, əsasların, şərtlərin, qaydaların və təcrübələrin məcmusudur.
Təşkilatın uçot siyasəti haqqında Əsasnamə «Mühasibat uçotu haqqında
Azərbaycan Respublikası qanunu»nun 4-cü maddəsinə əsasən uçot aparmağa
borclu olan bütün təşkilatların uçot siyasətinin formalaşmasının əsaslarını və
açıqlanmasını müəyyən edir.
Təşkilatlann uçot siyasəti haqqında Əsasnamə Azərbaycan Respublikasında
mühasibat uçotu sisteminin tənzimlənməsi üçün yaradılmış hüquqi normativ
sənədlərdən biridir və bu sahədə yaradılmış hüquqi normativ sənədləri nəzərə
almaqla mühasibat uçotu sistemi- . nin tənzimlənməsinin ən ümumi əlaqə
formalarını özündə əks etdirir.
Bu Əsasnamə «Mühasibat uçotu haqqında Azərbaycan Respublikası
qanunu»na və qüvvədə olan digər milli mühasibat uçotu standartlarına
əsaslanaraq, təşkilatlarda mühasibat uçotunun aparılması üsullarının ən ümumi
əlaqə formalarından bəhs edir. Mühasibat uçotunun aparılması üsullarına
qruplaşdırma və təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, aktivlərin
dəyərinin ödənilməsi metodları, sənədlərin dövriyyəsinin təşkili üsulları,
inventarlaşma qaydaları, mühasibat uçotu hesablarının tətbiqi üsulları, uçot
registrləri sistemi, məlumatların araşdırılması və digər müvafiq üsullar, metodlar
aiddir.
Uçot-siyasəti təşkilatın rəhbərliyi Milli Mühasibat Uçotu Standartlarının
bütün tələblərinə uyğun maliyyə hesabatlarının təqdimatını təqdim edən uçot
siyasətini seçməli və təqdim etməlidir. Milli Mühasibat Uçotu Standartlannda uçot
siyasəti ilə bağlı müvafiq tələb olmadıqda rəhbərlik maliyyə hesabatlarında
istifadəçilərin düzgün nəticəyə gəlməsi üçün onlann maraqlarına cavab verən,
münasib və aşağıdakı hallarda etibarlı sayılan məlumatın təqdim olunmasını təmin
edən uçot siyasəti işləyib hazırlamalıdır:
a)
təşkilatın maliyyə vəziyyətinin və maliyyə nəticələrinin ədalətli təqdim
edildiyi;
103
b)
hadisə və əməliyyatların hüquqi formasına deyil, iqtisadi mahiyyətinə
üstünlük verildiyi;
c)
neytral, yəni qərəzsiz mövqedən çıxış etdiyi;
ç) ehtiyatlı olduğu;
d)
bütün əhəmiyyətli aspektlər üzrə tamamlandığı.
Konkret Milli Mühasibat Uçotu Standartı mövcud olmadığı hallarda,
rəhbərlik maliyyə hesabatlannda istifadəçilər üçün daha faydalı məlumatları təmin
edə bilən uçot siyasətinin işlənib hazırlanmasında öz mülahizələrindən istifadə edir.
Belə mülahizələrin irəli sürülməsi zamanı rəhbərlik aşağıdakıları nəzərdən
keçirir:
a)
oxşar və əlaqəli məsələlərin həlli üçün Milli Mühasibat Uçotu
Standartlarında öz əksini tapmış tələblər və göstərişlər;
b)
Milli Mühasibat Uçotu Standartlannm Konseptual Əsaslannda əks
olunmuş aktivlər, öhdəliklər, gəlir və xərclər ilə bağlı anlayışlar, eləcə də taninma və
qiymətləndirmə meyarları;
c)
iqtisadiyyatın ayn-ayrı sahələri üzrə məqbul təcrübələr, yalnız bu
standartın a) və b) yarımbəndlərinə uyğun gəldiyi dərəcədə.
Əgər uçot siyasəti tələblərinə uyğun uçot siyasətləri arasında seçim -zərurəti
yaranarsa, rəhbərlik təşkilatın maliyyə vəziyyətini, maliyyə nəticələrini və pul
vəsaitlərinin hərəkətini ədalətli təqdim etmək məqsədi ilə təşkilatın mühitinə
münasib siyasəti seçməlidir.
Təşkilatın uçot siyasəti onun rəhbəri tərəfindən formalaşır. Təşkilat rəhbəri
uçot siyasətini formalaşdırarkən bu Əsasnaməni və mühasibat uçotu sistemini
tənzimləyən digər hüquqi normativ sənədlərin tələblərinə əməl edir.
Uçot siyasətinin formalaşmasında əsasən aşağıdakılar nəzərdə tutulur:
a)
təşkilat öz əmlakını və öhdəliklərini digər təşkilatların əmlakından və
öhdəliklərindən ayırır;
b)
təşkilat uzun müddət fasiləsiz işinə, onun gələcək inkişafına, əmlak və
öhdəliklərinə, həmçinin borclarının vaxtlı-vaxtmda ödənilməsinə təminat verir;
c)
təşkilat uçot siyasətini Azərbaycan Respublikasının mühasibat uçotu
sistemini tənzimləyən qanunverici sənədlərə uyğun olaraq hesabat ili üçün qəbul
edir;
ç) təşkilat gəlir və xərclərini hesabat dövrünə düzgün aid etməli, bütün
təsərrüfat əməliyyatlarının ardıcıl olaraq uçot registrlərində düzgün xronoloji
qeydiyyatını təmin etməli, mövcud əmlakın, öh-
Dostları ilə paylaş: |