|
Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov
b) məhsullann faktiki maya dəyərinin hesablanmasından. Bunun üçün bütün
89
b) məhsullann faktiki maya dəyərinin hesablanmasından. Bunun üçün bütün
məhsul və onun hər bir növünə ayn-aynhqda edilən, təşkilatın xərclərinin
həcmini tapmaq. Bu zaman maya dəyərinə daxil edilən ayrı-ayn xərclər
haqqında mühasibat uçotundan məlumatlar tələb olunur: bunlar, istehsal
fəhlələrinin əmək haqqından, istehsala sərf edilən materialların
dəyərindən, məhsullann hazırlanmasında bilavasitə istifadə edilən əmək
vəsaitlərinin amortizasiya məbləğindən, nəhayət xidmət və idarə etmək
üzrə xərclərin məbləğindən ibarətdir.
İstehsal xərcləri haqqında hərtərəfli məlumat məhsullann maya dəyərini
təhlil etmək üçün lazımdır.
İstehsalat uçotunda bir sıra xüsusi hesablar tətbiq edilir. Onlardan ən vacibi
202 saylı “İstehsalat məsrəfləri” hesabıdır. Bu hesabda məhsullann hazırlanması
üzrə bütün xərclər toplanır. Bu hesabın məlumatları üzrə istehsalın ümumi həcmi
müəyyən edilir.
Məhsulların ayn-ayrı növlərinin maya dəyəri sintetik hesaba açılmış analitik
hesabların göstəricilərinə əsasən müəyyən edilir. Onlar məmulatların ayrı-ayrı
növləri və ya bircinsli məhsulların qrupları üzrə aparılır.
Zavod və ya fabrikə bütövlükdə xidmət və idarə etmək üzrə məsrəflər 721
saylı “İnzibati xərclər” adlı hesabda təşkil olunur.
Sex xərclərinə sexlərə xidmət və idarə etməklə məşğul olan heyətin əmək
haqqı, ümumsex ehtiyacları üçün sərf edilən materiallar və yanacaq (qızdırma,
işıq), sex təyinatlı əmək vəsaitlərinin amortizasiyası (sexin binası, sexin inventarları)
daxildir.
İnzibati xərclərə ümumistehsalat xərclərinə oxşar xərclər daxil edilir ki,
bunlar təşkilata bütövlükdə rəhbərlik və idarə etməklə əlaqədardırlar.
İstehsal prosesində hazırlanan məhsulun üzərinə hissə-hissə keçirilən torpaq,
tikili və avadanlıqların pulla ifadə olunan hissəsinə amortizasiya və amortizasiya
ayırmaları deyilir. Uçotda torpaq, tikili və avadanlıqların amortizasiyasını hər
şeydən əvvəl onların dəyərinin hissəsinin hazırlanan məhsulun üzərinə keçirilməsini
əks etdirmək, yəni onu məhsullann maya dəyərinə daxil etmək lazımdır. Buna görə
amortizasiya məbləği istehsalat məsrəfləri və inzibati xərclər hesabına aid edilir.
Torpaq, tikili və avadanlıqlann, bioloji aktivlərin köhnəlməsini uçota almaq
lazımdır. Torpaq, tikili və avadanlıqlann, bioloji aktivlərin köhnəlməsi onlann ilkin
dəyərinin azalmasına gətirib çıxarır. Beləliklə 111 və 131 saylı hesablarda ancaq
onlann hərəkəti, yəni daxil olması və çıxması əks etdirilməlidir. Buna görə də
torpaq, tikili və avadanlıqlann, bioloji aktivlərin köhnəlməsi ayrıca xüsusi olaraq
112 və 132 saylı
90
hesablarda uçota alınır. 112 vo 132 saylı hesabın krediti üzrə yazılış, vəsaitlərin ilkin
dəyərinin onlar istehsalat prosesində iştirak etdikdən sonra nə qədər azaldığını
göstərir.
Hesablanma dövründə köhnəlmə və amortizasiya məbləğləri bərabərdir,
çünki eyni prosesin, yəni vəsaitlərin öz dəyərinin bir hissəsini hazırlanan məhsulun
üzərinə keçirilməsi prosesinin, ancaq müxtəlif xarakterlərini özlərində əks
etdirirlər.
İstehsaldan hazır məhsulun buraxılması 204 saylı “Hazır məhsul” hesabının
debitində və 202 saylı “İstehsalat məsrəfləri” hesabının kreditində əks
olunmalıdırlar. İstehsaldan buraxılan məhsullar hər şeydən əvvəl plan maya dəyəri
ilə qiymətləndirilir.
Ayın axınnda hazır məhsulların faktiki maya dəyəri müəyyən edilir və planla
müqayisə edilir, nəticədə kənarlaşma aşkar edilir. Kənarlaşma ikili xarakterizə
oluna bilər. Əgər faktiki maya dəyəri plandan aşağıdırsa, onda onlar qənaət
olmasını göstərir, əks halda plan maya dəyərinə nisbətən artıq xərc olmasını
göstərir.
Hazır məhsul və istehsalat məsrəfləri sintetik hesabları üzrə yazılış faktiki
maya dəyəri ilə edilir:
204 saylı “Hazır məhsul” hesabının debeti 202 saylı “İstehsalat məsrəfləri”
hesabının krediti Hazır məmulatlann buraxılmasının analitik uçotunda həm plan
maya dəyəri, həm də kənarlaşma açıq yazılır.
6.4.
Satış prosesinin uçotu
Satış prosesi kommersiya təşkilatı tərəfindən istehsal edilmiş məhsulun
başqa təşkilata (alıcıya) verilməsi nəticəsində baş verən əməliyyatların məcmusuna
deyilir. Alıcı həmin təşkilata onun dəyərini dövlət tərəfindən müəyyən edilmiş
topdansatış qiyməti ilə (satış dəyərini) ödəyir.
Satış prosesində təşkilat bir sıra məsrəflər, yəni satılan məhsulların alıcılara
təhvil verilən yerə qədər apanimasına, məcburi ayırmalar (elmi- tədqiqat işlərinə,
kadro hazırlığına və s.) və b. həyata keçirir. Bunlar qeyri-istehsal xərcləri adlanır.
Beləliklə, satış prosesində məhsulların faktiki tam maya dəyəri müəyyən
edilir. Bu istehsalat maya dəyərindən və istehsaldan kənar xərclərdən ibarətdir.
Dövlət təşkilatlannın xalis gəliri başqa cür desək mənfəət adlanır.
Dostları ilə paylaş: |
|
|