Çap olunmuş arxiv və
xarici siyasət sənədləri
Rusiyanın Güney Qafqazda yeritdiyi siyasəti öyrənmək üçün mühüm
mənbələrdən biri Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin
nəzdində fəaliyyət göstərmiş xüsusi komissiyanın nəşridir”. Bu nəşrin
elmi-tarixi əhəmiyyəti ilə yanaşı ciddi praktik əhəmiyyəti də vardır. Nəşrdə
verilən sənədlərin bir qismi Azərbaycan arxivlərində saxlanılır və onlardan
geniş istifadə olunmuşdur. Bütövlükdə, sənədlər Rusiyanın Azərbaycana
münasibətdə yeritdiyi siyasətin mahiyyətini açmağa kömək edir.
Rusiyanın Güney Qafqaz siyasətinə dair materialları toplamaq və çap
etmək üçün 1919-cü il oktyabrın 13-də Xarici İşlər naziri Məm- mədyusif
Cəfərovun (1885-1938) sərəncamına əsasən Arslan Kriçins- kinin sədrliyi
ilə xüsusi komissiya yaradıldı. Komissiyanın tərkibinə Məhəmməd Ağa
oğlu Ağayev, Konstantin Sulkeviç və Əli Yusif daxil oldular. Sonuncu şəxs
komitənin tərkibindən çıxdığı üçün onu Hüseyn bəy Mirzəcamalov əvəz
etdi. Xüsusi komissiya Bakıda və onun hüdudlarından kənarda bir sıra
arxivləri araşdıraraq çap etdirdi. Sənədlərdən məlum olur ki, Azərbaycanda
həyata keçirilən bütün tədbirlər Rusiyanın regiondakı siyasəti ilə bilavasitə
sıx bağlı olmuş, əslində bu siyasəti təzahür etdirmişdir. Sənədlər məcmuəsi
9 bölmədən - milli hərəkatla mübarizə; dini sıxışdırma; maarif və
mədəniyyətlə
mübarizə;
millətlərarası
münasibətlər;
mühacirət;
müstəmləkəçilik və iqtisadi siyasət; əhalinin tərksilah edilməsi; hərbi
mükəlləfiyyət və məcburi işlər; inzibati - polis qəyyumluğu - ibarətdir.
Tiflisdə çap olunan sənədlər məcmuəsində” Güney Qafqazda baş verən
proseslər və o cümlədən, böyük dövlətlərin Azərbaycan siyasəti öz əksini
tapmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi münasibətilə çapdan
çıxmış xarici siyasətə dair sənədlər və materiallar külliyatında”
Azərbaycanın xarici ölkələrlə münasibətlərinə, o cümlədən, başqa
dövlətlərin Azərbaycan siyasətinə dair materiallar toplanmışdır.
Azərbaycan
Xalq
Cümhuriyyəti
hökumətinin
fərman
və
sərəncamlarının toplandığı külliyatda” Azərbaycan dövlətinin xarici
siyasətinə və böyük dövlətlərlə münasibətlərinə dair toplanmış çoxlu sənəd
və materiallar əhəmiyyətlidir.
Görkəmli dövlət xadimi və diplomat Ə. Topçubaşovun (1862- 1934)
1918-1919-cu illərdə İstanbulda müxtəlif dövlətlərin səfirləri və Osmanlı
dövlətinin siyasi xadimləri ilə apardığı danışıqların ste-
18