nimişdir. “Азербауджан“ qəzetinin saylarında böyük dövlətlərin
Azərbaycan siyasətinə dair çoxlu əhəmiyyətli materiallar vardır.
Bakıda yaşayan ermənilərin nəşr etdikləri “Baku“ qəzetinin (naşir X.
Vermişev, redaktor Q. E. Starçov) 1914-cü il yanvar-iyun ayları, 1915,
1916, 1917-ci illər saylarma baxılmışdır. Qeyd etmək lazımdır ki, “Baku“
qəzeti ermənilərin mənafeyini müdafiə edərək əsasən erməni millətçiliyini
təbliğ etmişdir.
Monoqrafiya yazılarkən gündəlik ictimai-ədəbi və siyasi qəzet olan
“Kaspiy“ qəzetinin 1914-cü il noyabr-dekabr ayları, 1915, 1916, 1917-ci il
saylarmdan geniş istifadə edilmişdir. Qəzetin naşiri, sahibi Hacı
Zeynalabdin Tağıyev, redaktoru isə Andrey Veynberq olmuşdur. “Kaspiy“
qəzetinin saylarında Azərbaycan türklərinə qarşı çarizmin yeritdiyi siyasət
öz əksini tapmadığından problemin yalnız dövri mətbuat materiallarının
əsasında öyrənilməsi bitkin hesab edilə bilməz. Bununla belə, “Kaspiy“
qəzeti Azərbaycan xalqının maariflənməsində və milli şüurun inkişafinda
mühüm rol oynamışdır.
İş yazılarkən “Bakinskaya qubemskaya vedomosti“nin 1914-cü il
yanvar-dekabr ayları saylarmdan istifadə edilmişdir. Burada quberniyada
baş verən hadisələr və hökumətin gördüyü tədbirlər öz əksini tapmışdır.
Bakıda çap olunan “Kavkazskiy teleqraf' qəzetinin (naşir X. A.
Vermişev, redaktor Q. Starçev) 1914, 1915-ci illər saylarında gedən
materialların monaqrafıyanın yazılmasında əhəmiyyətli rolu olmuşdur.
Qəzetdə Türkiyə ilə müharibə başladıqdan sonra erməni-türk, rus-türk
münasibətlərinə dair geniş materiallar verilmiş, ermənilərin Türkiyə
əleyhinə qızışdırılması, ermənilər və erməni məsələsi haqqında geniş yazılar
dərc edilmişdir.
“Kavkazskiy kalendaf’m 1914, 1915, 1916 və 1917 (I-Il hissələr) -ci
illər nömrələrindən geniş istifadə edilmişdir. Burada 1913-1916-cı illərdə
Qafqazın ərazisi, əhalisi, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin
nümayəndəlikləri, Rusiyanın Güney Azərbaycandakı və İrandakı
nümayəndəlikləri barədə məlumatlar toplanmışdır.
Bakı neft sənayeçiləri qurultayı şurasının nəşri olan və ayda iki dəfə çap
edilən “Нефтуаное дело” jurnalının (redaktoru A. A. Paroni- an) 1918-ci il
1-2, 3-4, 5-6, 7-8, 9-10, 11-12, 13-16, 17-20 saylarmdan, “Açıq söz“
qəzetinin müxtəlif nömrələrindən istifadə edilmişdir.
“Dirilik“ jurnalının 1914-cü il 2, 4-cü, 1915-ci il 13, 16-cı sayları- na,
“Məktəb“ jurnalının 1915-ci il 1, 3, 4, 6-cı saylarma, satirik “Ba- bai-əmir“
jümalmm 1915-ci il tarixli saylarma baxılmışdır. Qeyd et-
20
mok lazımdır ki, senzuranın mövcud olduğu şoraitdə Azərbaycan mətbuatı
çox iş görə bilməsə də, hər halda böyük dövlətlərin Azərbaycan siyasətini
müəyyən dərəcədə əks etdirə, Azərbaycanda baş vermiş hadisələri verə
bilmişdir.
Osmanlı mənbələri
Arxiv sənədləri
Problemi araşdırarkən Türkiyə arxivlərinin sənədlərindən istifadə
edilmişdir. Birinci dünya müharibəsi illərində Osmanlı imperatorluğu- nun
Azərbaycan siyasətinə dair xeyli material Türkiyə Cümhuriyyəti
Başbakanlıq Dövlət Arxivləri Genci müdirliyi Osmanlı Arxivində
toplanılmışdır. Bu sənədlərin bir qismi toplu halında çap olunmuşdur*'.
Topluda Rusiya və Türkiyənin Qafqaz siyasətinə dair sənədlər, müstəqil
Azərbaycan Dövləti qurulduqdan sonra Osmanlı Dövləti ilə Azərbaycan və
Gürcüstan cümhuriyyətləri arasında imzalanan Bakı- Batum neft nəqlinə
dair müqavilə və Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti
arasında siyasi, iqtisadi, hərbi məsələlərə dair imzalanan dostluq və
əməkdaşlıq müqavilələri verilmişdir. Osmanlı im- pcratorluğu ərazisində və
Qafqazda yaşayan ermənilərin birinci dünya müharibəsi illərində türk
hökumətinə və müsəlmanlara qarşı terrorçuluğa təhrik edilməsi və dinc
vətəndaşları kütləvi surətdə qırması məsələsi Türkiyə arxivlərində
saxlanmış və dərc edilmiş sənədlər külliyyatlarında öz əksini tapmışdır.
Belə külliyyatlardan biri 1994-cü ildə türk dilində, 1995-ci ildə isə ingilis
dilinə çevrilərək çap edilən sənədlər külliyyatıdır*'.
Ermənilərin Qafqazda və Anadoluda 1906-1922-ci illərdə
müsəlmanlara qarşı törətdikləri qətliamı öyrənmək üçün qiymətli
mənbələrdən biri dörd cilddə nəşr edilmişdir. Nəşrin birinci cildində 1906-
1918-ci illərdə ermənilərin törətdiyi məzalimə dair sənədlər toplanmışdır*’.
Çap olunmuş xarici siyasət sənədləri
Osmanlı imperatorluğunun xarici siyasətindən bəhs edən sənəd və
materiallarda dövlətin ümumi beynəlxalq vəziyyətinə, xarici siyasətinin
əsas istiqamətlərinə və məqsədlərinə dair çoxlu faktlar toplanmışdır.
Xüsusilə, birinci dünya müharibəsi illərində türk-amerikan münasibətlərinə
dair sənədlərin verildiyi məcmuə*'' araşdırılan problem baxımından
əhəmiyyətlidir.
21
Memuar ədəbiyyatı
Osmanlı impcratorluğunun və Türkiyə Cümhuriyyətinin görkəmli
dövlət, siyasi, ictimai və hərbi xadimlərinin xatirələri birinci dünya
müharibəsi illərində Portonun (Osmanlı hökumətinin rəsmi adı olub-
yüksək, parlaq. Osmanlı deməkdir) Azərbaycan siyasətini örənmək üçün
qiymətlidir. Osmanlı imperatorluğunda baş qərargah rəisi, baş nazir və b.
vəzifələrdə işləmiş Ahməd İzzət paşanın 1924-cü ildə yaiz- dığı
xatirələrində"® Qafqaz cəbhəsində baş verən hadisələr, Türkiyənin
Azərbaycan siyasəti, Türkiyənin dünya müharibəsinə girməsinə dair bəzi
bilgilər, erməni olayları, Brest-Litovsk danışıqlarında Qafqaz məsələsi və b.
öz əksini tapmışdır.
Osmanlı imperatorluğunda görkəmli vəzifələr tutmuş “Triumviraf’ın
üzvü, gənc türklər hökumətinin nüfuzlu xadimlərindən biri, İstanbulun
hərbi qubernatoru, hərbi-dəniz naziri, ictimai işlər naziri və Suriyada,
Fələstində və Sinayda dördüncü ordunun komandanı olmuş Əhməd Camal
paşanın (1872-1922) qeydləri"" qiymətli mənbədir. Doqquz fəsildən ibarət
olan qeydlərdə müharibədən əvvəlki illərdə və müharibə dövründə
Türkiyənin yeritdiyi siyasət öz əksini tapmışdır.
Türkiyənin tanınmış siyasi xadimi Riza Nurun xatirələrindən ibarət
olan kitabın"’ 13-14-cü fəsillərində dünya müharibəsinin başlanması və
Türkiyənin ona qoşulması məsələlərinə toxunulur.
Türkiyənin müdafiə naziri Ənvər paşanın (1881-1922) qardaşı, Qafqaz
islam ordusunun komandanı Nuru paşanın (1889-1949) Türkiyə silahlı
qüvvələri baş qərargahının əskəri tarix və strateji etüd (ATASE) başkanlığı
arxivinin 3823 nömrəli klassorunun 22 nömrəli dosyesində saxlanılan iki
hissədən ibarət xatirələri M. Süleymanov tərəfindən çap edilmişdir"".
Xatirələrdə Qafqaz islam ordusu hərəkatı, icraat, Bakının zəbtindən sonrakı
hərəkat, əskəri, mülki, mətbuat, xarici təşkilat və siyasi, ticarət, poçt və
teleqraf, nazirliklər, Bakı və almanlar, Bakının təxliyyəsi məsələləri
işıqlandırılır.
ABŞ mənbələri
ABŞ mənbələrindən, xüsusən, amerikan dövlət və görkəmli xadimlərin
xatirələrindən istifadə olunmuşdur. 1913-1921-ci illərdə ABŞ prezidenti
olmuş Vudro Vilsonun (1856-1924) fəaliyyətindən bəhs edən kitablardan
biri Versal sülh konfransında Amerika mətbuat komitəsinin sədri olmuş
Stennart Bekerin sənədləri və qeydləri əsasında yazılmış, dörd hissədən və
iyirmi dörd fəsildən ibarət olan mo-
Dostları ilə paylaş: |