R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə18/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   14   15   16   17   18   19   20   21   ...   177

38 
 
(228)  adlı  tədqiqat  əsəri  də  Səfəvi  dövrünə  dair  maraqlı  fikir  və  mülahizələrlə 
diqqəti cəlb edir. 
Səfəvi  dövlətində  mövcud  tədavül  münasibətlərin,  dövriyyədə  olan  pul 
vahidləri,  möhürlər  və  s.  ilə  bağlı  H.Rabino  (258)  və  R.Stüart-Pu lun  (268) 
əsərlərində xey li maraqlı nu mizmatik məlu matlar yer almışdır. 
Xeyli sayda  alim  əməyinin  nəticəsi olan, dəfələrlə təkrar nəşr  olunmuş  «İran 
tarixinin  Kembric  versiyası»  (271)  fundamental  tədqiqat  əsəridir.  VI  cild  
«Teymurilər  və  Səfəvilər  dövrü»  adlanır  ki,  bizi  maraqlandıran dövr  barədə  xeyli 
maraqlı,  lakin  əlbəttə  ki,  təhriflərdən  xali  olmayan  materiallar  məhz  bu  cilddə 
toplanmışdır.  Bu  məcmuənin  müəllif  kollektivi  İran  dövləti  tarixini  tam  əks 
etdirməyə iddialı olmadığını kitabın ön sözündə bəyan etmişdir. Bizi maraqlandıran 
dövrlə  bağlı  VI  cilddə  də  irəli  sürülən  mülahizələr  N.K.Belovanın  yuxarıda  verilən 
fikrini bir daha təsdiq edir. 
Son  illərdə  yaranmış  əsərlər  arasında  İ.Lapidusun  «İslam  cəmiyyətlərinin 
tarixi»  (244)  diqqəti  çəkir.  Əsərdə  Kaliforniya  Universitetinin  professoru  ilkin 
mənbələr  və  müxtəlif  müəlliflərin  çox  sayda  tədqiqatları  əsasında  VII  əsrdən 
başlayaraq bizim  günlərimizədək  müsəlman dünyasının əhatəli  tarixi  icmalını  verir, 
illüstrasiyalar,  fotoşəkillər,  xəritə  və  cədvəllər  vasitəsilə  mətnlərin  daha  maraqlı, 
anlaşıqlı,  izahlı  olmasını  təmin  edir.  İ.Lapidus  Afrikadan başlamış  Cənubi-Şərqi 
Asiyayadək  ərazidə  yerləşən  müsəlman  dövlətlə rin in  yalnız  tarixi  və   siyasi 
həyatını  işıqlandırmaqla  kifayətlənməyərək, həmin  ölkələrdə  mövcudluqları  ərzində 
gedən  əsas  proseslərin  tədqiqinə  xüsusi  diqqət  ayırmışdır.  Tədqiqat  işimiz  üçün 
maraqlı  olan  adı  çəkilən  kitabın  ikinci  «X  -XIX  əsrlərdə  islam  cəmiyyətlərinin 
dünya üzrə yayılması» fəslidir ki, burada Səfəvi dövlətinin tarixinə dair  məsələlərə 
toxunarkən  müəllif  türk  faktorunu  lazımınca  işıqlandırmamışdır.  Bu,  təbii  ki, 
təqdirəlayiq hal deyil. 
İngilisdilli  tarixşünaslıqda  sırf  Azərbaycanla  bağlı  azsaylı  tədqiqat  işləri 
içərisində,  zənnimizcə,  Bakımıza  həsr  olunmuş,  Londonda  işıq  üzü  görmüş 
J.D.Henrinin  «Bakı:  hadisələr  tarixi»  (237)  əsəri  xüsusi  qeyd  olunmalıdır.  Bakıya 
hissolunan  məhəbbət  və  ehtiramla  yazılmış  bu  əsərdə  onun  tarixi,  təbii  sərvətləri, 
burada  baş  vermiş  hadis ələr,  o  cümlədən,  1728-c i  ildə  şəhərin  ruslar  tərəfindən 
işğalı  barədə  maraqlı  məlu matlar  verilir,  o xucuda  obyektiv  təəssürat  yaradılır. 
Müəllif  «əbədi  odlar  məskəni»  (237,  s.21)  adlandırdığı  Bakı  haqqında  müxtəlif 
dövrlərdə  Abşeronda  olmuş  səyahətçilərin  (E.Kempfer,  C.Hanvey  və  b.), 
tədqiqatçıların  fıkir  və  mülahizələrini  əks  etdirən,  bir  sıra  illüstrasiya  və  xəritələrlə 
təchiz  olunmuş  bu  kitabında  ş əhərimizin  neft  və  qaz  ehtiyatları  barədə  xeyli 


39 
 
müfəssəl  məlu mat verir. Araşdırdığ ımız dövrdə Bakının tarixinə dair də bu kitabda 
əhəmiyyətli məlumatlar vardır. 
Azərbaycana dair ingilis dilində nəşr olunmuş son əsərlərdən biri O.Alştadtın 
«Azərbaycan  türkləri:  Rusiya  idarəçiliyi  altında  hakimiyyət  və  şəxsiyyət»  (209) 
kitabıd ır.  Burada  amerikalı  tədqiqatçı  Şimali  A zərbaycanın  XIX  əsrin  birinci 
qərinəsində Rusiyanın tərkibinə daxil edilməsindən başlayaraq 1990-cı  ilin yanvar 
hadisələrinədək  olan  dövr  ərzində  ölkə mizdə  mövcud  olmuş  ictimai-siyasi 
hadisələrin geniş materiallar əsasında təhlilinə cəhd etmişdir. Hərçənd ki, əsərin əsas 
tədqiqat  obyekti  yuxarıda  göstərilən  zaman  çərçivəsini  əhatə  edir,  O.Alştadt 
mövzunun daha  əhatəli  ifadəsi  məqsədilə  xalqımızın  erkən  tarixinə  diqqət yetirmiş, 
onun  Rusiyanın  siyasi  təsir  orbitinə  düşməsi  tarixçəsinə  nəzər  salmışdır  ki,  bu 
cəhətdən tədqiqat işimiz üçün maraq kəsb edir. 
Səfəvi  dövlətinin  mədəniyyətinin  işıqlandırılmasında  İran  İnstitutunun 
direktoru  Artur  Poupun  «İran  incəsənətinin  şedevrləri»  (256),  habelə  «İran 
memarlığı» (257) əsərləri xüsusi əhəmiyyət kəsb edir. Birinci əsərin sırf incəsənətlə 
bağlı  oçerklərdən  təşkil  olun masına  baxmayaraq,  regionun  tarixin in  qısa 
icmalında  Səfəvilərə  dair  verilən  məlu mat  diqqətə  layiqdir  (256,  s.6).  II  kitabda 
isə ən qədim  za manlardan başla mış Səfəvilərədək İran  me marlığın ın inkişaf yolu 
əks  olunmuşdur.  Məşhur tikililər -  məscid, mədrəsə, hökumət binaları barədə çoxlu 
sayda fotomateriallar da daxil olmaqla geniş, müfəssəl mə lumat verilir. 
Səfəvi  dövlətində  musiqinin  inkişafı  məsələlə rinə  toxunan  çox  az 
ədəbiyyat  tapmaq  olar  ki,  bunların  da  arasında  daha  çox  məşhur  olanı  Ella  
Zonnisin «Klassik İran  musiqisi» (278)  kitabıdır. Mü əllifin tədqiqat predmeti ilə  
yaxından və dərindən tanış olduğu sezilirsə də, Səfəvi dövlətinin mədəni  inkişafı 
məsələlərində türk etnosunun təsiri faktı, bir sözlə, türk faktoru nəzərə alınmır. Bu  
da  öz  növbəsində,  E.  Zonnisə  tədqiq  olunan  problemi  kifayət  qədər  obyektiv 
işıqlandırmaqda  mane  olur.  Hətta  bilavasitə  tədqiqat  predmeti  olmayan  tarixi 
dərkənarlarda  da  iranpərəstlik  mövqeyi  aydın  sezilir.  Əs ər  boyunca  islamın  guya 
musiqini qadağan etməsi barədə fikir əsas leytmativ təşkil edir ki, bununla heç cürə 
razılaşmaq olmaz. Fikrimizcə, təkcə  Quranın  musiqi üstə avazla oxunması, Quran 
qiraətinin xüsusi sənət növü kimi təbliği və təşviqi faktı bütün əks arqumentləri alt-üst 
etmək iqtidarındadır.  Yaddan çıxarmaq o lma z  ki,  isla m  əyləncə  xa rakterli, insanı 
azdıran musiqini təqdir etmir. Bu tendensiyalar çıxılmaqla, ümumən, adı çəkilən əsər 
araşdırdığımız  dövrün  musiqi  həyatı  barədə  müəyyən  fikir  formalaşdırmaq  
cəhətdən əhəmiyyətlidir. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə