R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə26/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   22   23   24   25   26   27   28   29   ...   177

56 
 
Karvansarayların potensial tutumu məsələsini araşdırarkən, Səfəvi dövlətində 
xarici ticarətin  miqyaslarının genişliyi qənaətinə gəlinir. Məsələn, J.Şarden Təbrizdə hər 
biri 300 adam tutan böyük karvansarayların olduğunu, Korneliy de Bruin isə Şamaxı 
karvansarayının təkcə alt mərtəbəsində 40 otağın olduğunu göstərir (133, s. 25). 
Şəhərlərə  satmaq  üçün  gətirilən  mallardan  «həm  şəhərə  daxil  olmaq  və 
həmçinin də bazar meydanında satmaq üçün ayrıca gömrük alınırdı. Birinci rahdari, 
ikinci  isə  mizan  (ölçü  - çəki) gömrüyü adlandırılırdı.  Rahdari  gömrüyünü...  təkcə 
şəhərə daxil  olanda  deyil, bir şəhərdən başqasına gedəndə də vermək lazım gəlirdi. 
Əks  təqdirdə  rahdarlar  (torpaqbasdı  vergisini  toplayanlar)  taciri  yolunu  davam 
etməyə  qoymurdular.  Mizan  puluna  gəlincə  isə, bazara  gətirilən hər hansı  bir  mal 
tərəzidə  çəkilir,  sonra  isə  malın  keyfiyyət  və  ağırlığına  görə  mal  sahibindən  pul 
alınırdı» (113, s. 44). 
Səfəvi  dövləti  ərazisinə gətirilən eyni  mala görə bir  neçə dəfə gömrük  haqqı 
ödənilməsi ilə bağlı A.Oleari göstərir ki, XVII əsrin 30-cu illərində «nəinki sərhəddə, 
ölkənin daxilində də, vacib ticarət şəhərlərində, keçid və körpülərin mövcud olduğu 
bir  çox  yerlərdə həm  yerli  əhali,  həm  də  əcnəbilər  müəyyən  miqdar  rüsum  ödəməli 
idilər» (25, s. 889). 
Gö mrük  məmu rları  tərəfindən  gətirilən  malların  yo xlan ılması  şəhər 
darvazaları  yaxınlığında  və  ya  karvansaraylarda  təşkil  o lunurdu.  Müxtəlif 
mənbələ r  Səfəvi  dövləti  əra zisində  gömrük  məntəqələrinin  ço x  sayda  olması 
barədə  mə lu mat  verirlər.  Məsələn,  Na xç ıvandan  Ərdəbilədək  dörd  gömrük 
məntəqəsi  keçilird i.  Səfəvi  dövləti  əra zisində  ən  böyük  gömrü k  məntəqələri  
Bəndər Abbasda və Mərənddə idi. 
XVII əsrin sonunda rahdari vergisi  artır. M.Heydərovun fikrincə : «XVII-
XVIII  əsrlərin  hüdudlarında  ticari-gömrük  yığ ımlarının  2-3  dəfə  art ma  
tendensiyası həm Səfəv i, həm də qonşu dövlətlərin tranzit yolları üçün səciyyəvi 
idi.  Bu, əlbəttə ki, Səfəv i dövlətinin  feodal  iqtisadiyyatının ümu mi tənəzzü lü ilə  
əlaqədar  şah  xəzinəsinin  gəlirlərin in  azalmasından  irəli  gəlirdi.  Xəzinə  feodal 
əyanlarının  yüksək  təbəqəsinin  gəlirlərinin  azalmasını  ko mpensasiya  etmək 
məqsədilə  şah  hökuməti  kəndlərdə  və  şəhərlərdə  vergi  yükünü də  artırır.  Bu  da 
azmış  kimi,  yerli  hakimlər  və  gömrük  məmu rları  müəyyən  edilmiş  gömrük 
haqqını artıqlaması ilə toplayaraq, qarətçilərdən az fərqlənirdilər» (133, s. 119). 
Be ləliklə,  a raşdırdığımız  dövrdə  (XVII  əsrin  sonu  XVIII  əsrin  əvvəlləri) 
Səfəvi  dövlətin in  gömrük  siyas əti  M.Heydərovun  fikrincə,  belə  ü mu miləşdirilə  
bilər: « 1) gömrük  məntəqələrin in sayı artırılır;  2) rahdarla rın  miqdarı ço xa ldılır;  
3)  gö mrük  məntəqələrində  tam  nəzarətsizlik  hökm  sürür.  Gö mrü k  haqqı 


57 
 
yığımının faktiki  kəmiyyəti fiksə edilmiş rəsmi gömrük tarifini  xey li üstələyirdi»  
(133, s. 120). 
Bəndər-Abbas  gömrüyündə  XVII  əsrin  sonunda  gömrük  rüsumu  ma lın  
ümu mi qiy mətinin  14-16% həcmində hesablanırdı ki, bu da çox böyük göstərici 
idi (133, s. 121). 
M.Heydərovun  sözləri  ilə  desək,  onsuz  da  «feodalların  hə m  kənddə  və 
həm  də  şəhərdə  hökmranlığı  cə miyyətdə  kəskin  şəkildə  ifadə  olunmuş 
təbəqələşmə 
və 
təbəqə 
imtiyazların ın 
mövcud 
olmaması, 
ş əhər 
özünüidarəçiliy inin,  şəhərlərin  sosial-hüquqi  statusunun  olmaması  və  bir  sıra 
digər  a millə r  ona  gətirib  ç ıxa rdı  ki,  müs əlman  şərqində...  o rta  əsrlərdə  tacirlər 
xüsusi  təbəqəyə  çevrilmədilər...  Səfəvilərin  hakimiyyəti  dövründə...  ticarət 
kapitalının  feodal  münasibətləri  sistemi  ilə  ə laqəsi  nəinki  möh kə mlənir,  hətta 
daha yüksək inkişaf p illəsinə qalxır» (133, s. 11-12). 
Ticarət-gö mrü k  yığımla rın ın  dəfələrlə  art ması  isə  ticarətin  iqtisadi 
stimulunu laxlad ır. Ticarətin bəzi sahələri,  xüsusilə  xarici ticarət az gəlirli və ya 
tam  gə lirsiz  olmağa  başlayır  ki,  bu  da  iri  tacirlə rin  ə ksəriyyətinin  
müflisləşməsinə  və  xırda  tacirlərin  bir  təbəqə  kimi  silin məsinə  gətirib  çıxarır. 
«XVII  əsrin  sonunda  bütün  Səfəvi  dövlətində  başlamış  iqtisadi  tənəzzül  XVIII 
əsrin birinci yarısında ölkənin təsərrüfat həyatının bütün sahələrinə olduğu kimi 
öz mənfi təsirini ticarətə də göstərir» (113, s. 55). 
M.Çulkova istinadən F.Əliyev göstərir ki, « XVIII əsrin I yarısında Səfəvi 
dövlətinin  bir  ço x  şəhərlərində  ...  metal  pullar  zərb  edilirdi»  ki,  bu  da  iqtisadi 
tənəzzüldən  irə li gəlirdi. Ümu miyyətlə  isə «İran gümüş pulla rı tə miz və yüksək 
əyarlı  gü müşdən  kəsilirdi.  Lakin  həmin  pullar  zərb xanadan  çıxıb  saxta  pul 
kəsənlərin  əlinə  düşən  kimi  onu  mislə  əridib  qəlp  pul  zə rb  edirdilər...  Qəlp  
gümüş: pulların bazarda dövriyyə etməsi ticarətə ağır zərbə endirirdi. Məhz buna 
görə  də  «gümüş»  pullara  etibar  etmədən  ço x  vaxt
 
alıcıdan  mis  pulları  qəbul 
edirdilər» (113, s. 52). 
M.Heydərov  da təsdiq  edir  ki,  XVII  əsrin  sonu  XVIII  əsrin  əvvəllərində 
sikkə lərin  keyfiyyəti  pisləşmişdi  (133,  s.  36).  «XVII-XVIII  əsrlərin  hüdudunda 
abbasinin çəkisi 7,40 qramadək azalmışdı» (185, s. 104). «...Səfəvi dövlətinin bir 
çox  vilayətləri  əfqan,  türk  və  rus  dövlətlərinin  üsulu  ilə  idarə  edildiyi  b ir 
za manda, şübhəsiz, ölkədə vahid pul dövriyyəsindən bəhs etməyə də dəymə zd i. 
Adları  çəkilən  dövlətlər  tərəfindən  zəbt  edilmiş  yerlərdə,  əsasən  həmin  
dövlətlərin pulları dövriyyə edirdi» (113, s. 51). 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə