R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə28/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   24   25   26   27   28   29   30   31   ...   177

60 
 
Xassə  torpaqlarının  in zibati  idarəet məsi  nazir  və  mustaufiyi-xassə 
(xə zinədar)  tərəfindən  həyata  keçirilird i.  Burada  hə mçin in  funksiyala rı  mülk 
torpaqlarda  bəylərbəyilərin  funksiyaları  ilə  analoji  olan  vəzirlər  fəaliyyət 
göstərirdi. 
İsfahan  mühasirəsinin  ən  qızğın  vaxtında  -  1722-ci  ilin  ortalarında  pul 
dəyərdən  düşür;  lakin  inflyasiya  s əbəbindən  deyil,  pul  müqabilində  almağa  b ir 
şey  tapılmad ığından.  Pu lun  yararsızlaş ması  ilə  bağlı  Məhəmməd  Möhsün 
«Zübdətül-Təvarix»də    ö zünün    şəxsən    iştirakçısı    olduğu    hadis ədən    bəhs 
edərkən  yazır  ki,  bir  neçə  nəfərlə  birlikdə  gizli  ərzaq  ehtiyatların ı  a xtarmaq  
məqsədilə evbəev gəzərkən bir nəfər varlı tacirin evinin çardağında 14 dolu kis ə 
taparkən  möhkə m  seviniblərmiş;  lakin  kisələrin  ağzı  açıla rkən,  orada  hər  hansı 
ərzaq  məhsulu  əvəzinə  təzə  kəsilmiş  abbasilər  (pul  vahidi  -  R.D.)  aşkar  edirlər. 
Müəllif  əlavə  edir  ki,  onlar  bu  «tapıntıdan»  məyus  olurlar  və  heyfslənərək, 
pullara  məhəl  belə  qoymadan  axtarışlarını  davam  etdirmək  məqsədilə  evi  tərk 
edirlə r (246, s.166). 
Haqqında  danışılan  dövrdə  dövlət  xəzinəsinin  boşalmasını  təsdiq  edən 
faktla rdan  biri  də  şahın  İsfahan  qarnizonuna  nəzərdə  tutulan  haqqı  verməkdə  
çətinlik  çəkməsi  idi.  L.Lokhart  göstərir  ki,  «o  (şah  Hüseyn  -  R.D.),  Ho llandiya 
Şərqi-Hind  ko mpaniyasından  böyük  miqdarda  və  ingilis  ko mpaniyasından 
nisbətən az  miqdarda pul götürür və özünün bəzi qiy mət li əntiq əşyaların ı girov 
şəklində  qoyur.  Mühasirənin  sonuna  yaxın  hər  b ir  əsgərə  gündəlik  2  əşrəfi... 
miqdarında  pul  vəsaiti  verilird i.  Lakin  mühasirə  özünün  dəhşətli  sonuna 
yaxınlaşdıqca  pul  hər  hansı  dəyərini  itirir»  (246,  s.  168).  Əfqan  Mahmudun 
hakimiyyətə  yiyələndikdən  sonra  atdığı  ilk  addımla rdan  biri  şah  xə zinəsini  ə lə  
keçirməsi  o lur.  Hərçənd  ki,  Məhəmməd  Möhsün  «200  il  ərzində  toplanmış 
varidatın»  əfqanların  əlinə  keçməsini  vurğulayır,  lakin  L.Lo khart  bunu 
şişirdilmiş  məlu mat  adlandıraraq,  «Mah mudun  əlinə  keçən  zaman  xəzinədə  elə 
də  böyük  məb ləğin  olmasını»  gü man  etməd iyini  b ild irir  (246,  s.  192).  Əlbəttə, 
nəzərə  a lınsa  ki,  yu xarıda  göstərildiy i  kimi  şah  Hüseyn  İsfahanın  mühasirəsi 
zaman ı  qoşun  əsgərlərin in  mu zdunu  vermək  üçün  çətinlik  çəkirdi,  ö z  xəzinə 
ehtiyatlarını işləd ird i, L.Lokhartın mülah izəsi inandırıcı görünür. 
L.Lo khart göstərir  ki,  Bağdad hakimi  Həsən paşanın, əfqanlar tərəfindən 
zəbt olun muş İsfahana əfqan hökmdar Mah mudun vəziyyəti, qüvvələri  ilə bağlı 
mə lu mat  ə ldə  et mək  məqsədilə  e za m  etdiyi  nümayəndəsi  Os man  ağa  burada 
çətinliklə  Cozef  Apisalay miyanla  iki  dəfə  görüşməyə  nail  olu r  (belə  ki,  Əfqan 
Mahmud  elçinin  məlu mat  toplamaq  imkan larını  qəsdən  azaldırdı  -  R.D.).  Bu
 


61 
 
görüşlərdə Osman ağa Cozefdən «İsfahanla bağlı bəzi şeyləri soruşur...,  Bəndər-
Abbasda  nə  qədər  gömrük  haqqı  alındığı  ilə  ma raqlanır».  Coze fin  verd iyi 
mə lu matla r  Səfəvi  paytaxtı  işğal  altında  olduğu  za man  ən  iri  limanda  mövcud 
vəziyyət  barədə  təsəvvür  yaradır.  Be lə  ki,  Co zef  Qo mbrunda  (Bəndər-Abbas) 
«(əvvəllər  -  R.D.)  ildə   15000 tü mən gömrük rüsumu əldə olunduğunu, lakin indi 
bu  rəqəmin  xeyli  azaldığı,  liman ın  bağlandığı  və  bütün  gəmilə rin  bura  gəlmə k 
əvəzinə  Bəsrəyə  getdikləri»  barədə  məlumat  verir»  (246,  s.  199).  Bu,  əfqan  istilası 
dövründə  Səfəvi  dövləti  iqtisadiyyatının  necə  dərin  tənəzzül  dövrünü  yaşadığını 
göstərir. 
Əfqan hökmdar Əşrəfin dövründə ölkədəki iqtisadi vəziyyəti müşahidə etmək 
imkanı olmuş daha bir şəxs, türk-əfqan sülh müqaviləsini (1727, oktyabr) ratifıkasiya 
etmək  üçün  İsfahana  göndərilmiş  türk  elçisi  Məhəmməd  Rəşid  olmuşdur.  Əşrəf 
tərəfindən ona təqdim olunmuş hədiyyələrin vaxtilə cah-cəlallı, qüdrətli səltənət olan 
İranın  necə  cılızlaşdığına,  zövqsüzləşdiyinə  dəlalət  etdiyini  qeyd  edən  türk  elçisi, 
həmçinin İsfahan küçələrində çox sayda adamların aclıqdan öldüyünü, bəzilərinin isə 
öldürülmək  qorxusundan  öz  evlərini  tərk  etmədiklərini  sezmişdi,  baxmayaraq  ki, 
camaatın  acınacaqlı  vəziyyətini  gizlətmək  üçün səfir  və  onu  müşayiət  edən  şəxslərə 
şəhərə çıxmağa icazə verilmirdi (246, s. 294). 
Qeyd etmək lazımdır ki, Əşrəfin dörd il yarımlıq hakimiyyəti dövründə əhalinin 
vəziyyəti  çox  acınacaqlı  idi.  Müharibələr,  üsyanlarda  öldürülmüş,  aclıq  və 
xəstəliklərdən  ölmüş  adamların  qadın  və uşaqları  qul  kimi  satılır,  ə mlakları  qarət 
olunurdu. «Müharibələr  ucbatından ölkə  ərazisi  inzibati  cəhətdən separat  zonalara 
parçalanmış,  yollar  ayrı-ayrı  oğru,  quldur  dəstələrinin  nəzarəti  altına  düşmüş  və 
nəticədə ticarət, iqtisadiyyat durğunluğa düçar olmuşdu» (246, s. 298).  
Nadirin Muğan çölündə qurultay keçirdiyi zaman ölkədə iqtisadi vəziyyətin nə 
dərəcədə  acınacaqlı  olduğunu  belə  bir  fakt  aşkara  çıxanr  ki,  Eçmiədzin  katalikosu 
Nadirin  tacqoyma  mərasimini  (8  mart,  1736)  gözləmədən  Muğanı  5  martda  tərk 
etməsinin səbəbi kimi «...soyuq olduğunu və çörək qıtlığını» göstərir (245, s. 102). 
L.Lokhartın fıkrincə, təkcə katalikosun deyil, digər yüksək səviyyəli qonaqlar 
və vilayət hakimlərinin Nadirin tacqoyma mərasimini gözləmədən çıxıb getmələrinə 
də  səbəb  məhz  çörək  qıtlığı  olmuşdu  (245,  s.  102).  Hə min  il  çörək  qıtlığı  təkcə 
Muğanda deyil, Təbriz, Gəncə, İrəvan və digər yerlərdə də hiss olunmuşdu. 
Nadirin  taxta  çıxması  münasibətilə  zərb  o lunmuş  yeni  sikkələr  ü zərində 
şair  Qəvamuddinin  ərəbcə  xronoqramı  həkk  olunur:  «Əl-xeyr  fi  ma  vaqeə»  («The 
best  is  in  what  has  occured»  -268,  s.  72).  Bunun  mənası  belədir:  «Xeyir  baş 
verənlərdədir».  K.Bosvortun  fıkrincə,  üzərinə  İranın  əra zi  bütövlüyünün  bərpası 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə