R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə31/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   27   28   29   30   31   32   33   34   ...   177

67 
 
şəhərlər.  Bu  mənada, Səfəvi dövləti ərazisində hər üç qismə aid şəhərlər  mövcud 
idi. 
L.Lo khart  göstərir  ki,  «böyük,  qüdrətli  Səfəvi  şahları  zamanında  özünün 
brilyant dövrünü yaşayarkən İsfahan şəhərinin 650000 əhalisi olmuşdur». Lakin  
əfqan  mühasirəsi  vaxtı  bu  rəqəm  kütləvi  ölənlər,  habelə  miqrasiya  səbəbindən 
xeyli  azalır.  Qısa  əfqan  istilası  dövründən sonra  Nadir  şah  hökuməti  Məşhəddə 
yerləşdirir və  İsfahan özünün mərkə zdə yerləşməsinə,  məqbul iq liminə  və digər 
üstünlüklərinə  baxmayaraq,  bir  daha  İranın  paytaxtına  çevrilmir»  (246,  s.  169). 
L.Lo khart göstərir  ki, şahın hər dəfə hər hansı səfərdən öz paytaxtına qayıtması 
ilə  ə laqədar  istiqbal  -  təntənəli  qa rşılan ma  mə rasimi  təşkil  olunurdu.  Monarxın  
şəhərə  daxil  olması  şərəfinə  paytaxt  İsfahan  başdan-başa  işığa  qərq  edilir  - 
çıraqban  təşkil  olunurdu.  1721-ci  ilin  yazında  şah  Sultan  Hüseynin  Tehrandakı 
iqa mətgahından  İsfahana  qayıdışı  za manı  ş əhərin  bütün  əhalisi,  xa ric i  ölkə  
nümayəndələri  onun  təntənəli  rəsmi  qarşılan ma  mərasimində  iştirak  edirdilər 
(246, s.  126).  Bu şəhərin paytaxt taley i sona yetdikdən sonrakı vəziyyəti barədə 
XIX  əsrdə  İsfahanda səfərdə  olmuş  Ceyms  Moryer  belə  yazmışdır:  «...Elə  fərz 
etmə k olar ki, şəhər (İsfahan - R.D.)  Babil kimi Allahın lənətinə gəlmişdir: evlə r, 
bazarlar,  məscidlə r,  saraylar,  bütöv  küçələr  demə k  olar  ki,  ta m  boşalmış,  tərk 
olunmuşdur. Mən dağıntılar arasında bir neçə  mil at sürsəm də, bir nəfərlə belə 
rastlaşmadım,  yalnız  divar  dib ində  ulayan  çaqqal  və  yuvasına  qaçan  tülküdən 
savayı  canlı  görmədim»   (66,  s.  134).  Lakin  xoşbəxtlikdən  İsfahanın  memarlıq  
abidələrinə  nə  şəhərin  əfqanlar  tərəfindən  mühasirəsi  za manı,  nə  də  sonrakı 
mürəkkəb illər ərzində elə bir xətər to xun mamışdı. 
Məlu m olduğu kimi, İsfahanın XVII  əsrin əvvəllərində paytaxt seçilməsi 
ilə eyni va xtda, «Araz kənarında yerləşən Culfanın erməni əhalisi əra zilərin i tərk 
edib,  İsfahan  yaxın lığ ında  məskunlaşmağa  məcbur  ed ilir...  (165,  s.  398). 
A.Müller  göstərir  ki,  İsfahan  yaxın lığ ında  yaradılmış  Yeni  Cu lfa  koloniyasının  
əhalisi üçün mümkün olan hər bir şey edilird i ki, ermən ilər sənət, ticarət, istehsal 
məşğuliyyətlərində  ruhlansınlar,  bununla  da  kasıb la mış  ölkən in  mənafeyinə  
xid mət  etsinlər.  Abbas  (I  Abbas  -  R.D.)  bu  yolla  xa lqın  özünün  daxili  gücünü 
(iqtisadi  güc  nəzərdə  tutulur  -R.D.)  artırmağa  cəhd  edirdi...»  (165,  s.  398). 
H.Haas  da  öz  növbəsində  «I  Abbasın  erməni  əhalini  İsfahana  (əslində  Yeni 
Culfaya  -  R.D.)  köçürməsində  iqtisadi  motivin»  əsas  olduğunu  göstərərək  yazır 
ki:  «o  (I  Abbas  -  R.D.),  yeni  seçdiyi  paytaxtın  tərəqqisinə  ticarətin  
genişləndirilməsi yolu ilə nail o lmaq istəyirdi» (234, s. 190). 


68 
 
Xorasana gəlincə, «Şiə dünyasının taleyi» adlı  fars  mənbəsində (biz onun 
ingiliscəyə  tərcüməsindən  istifadə  et mişik  -R.D.)  göstərild iyi  kimi,  «vilayətin  
(Xorasanın  -  R.D.)  tanın mış  şəhərləri  -  Key  Xosrovun  sərkərdələrindən  biri 
tərəfindən  salın mış  Tus  və  Sasani  hökmdarı  Şapur  tərəfindən  əsası  qoyulmuş 
Nişapurdur.  İmam  Rzanın  məqbərəsinin  yerləşdiyi  məkan  olan  Məşhəd bu  gün 
bu  böyük  vilayətin  paytaxtıdır»  (72,  s.  215).  «Xorasanın  həqiqətən  də  gözəl 
mə kanla rı  vardır.  Qə ləti-Nadir  qalası  bunlardan  biridir;  bu  qalanı,  şübh əsiz  ki, 
divlər  yarat mışlar,  belə   ki,  o,  həddindən  artıq  sıld ırım  qayalarla  əhatələn miş, 
yalnız quşun uçub dolana biləcəyi vadidə yerləşir» (72, s. 216). 
C.Malko lmun  mü lahizəsinə  görə,  Məşhəd  şəhərində  60000  ev,  200000-
300000  arası  əhali  vardı  (247,  s.  218).  1741-ci  ilin  sentyabrında  bu  şəhərdə 
olmuş  Corc  To mpson  (George  Thompson)  yazırd ı:  «...Sülh  ş əraitində  bura 
(Məşhəd  -  R.D.)  böyük  ticarət  mə kanı  olub,  gündəlik  Bu xara,  Bə lx,  Bədə xşan, 
Qəndəhar və Hindistandan, eyni za manda İranın  mü xtə lif yerlə rindən gələn tacir 
karvanlarını  qəbul  etməklə  məşğul  idi.  Böyük,  yaxşı  tikilmiş  bazarlar,  dükanlar 
varlı,  zəngin  tacirlər,  mü xtəlif  millətlərdən olan adamlarla  dolu  idi.  Burada  yaxşı 
təmir  olunmuş  90  karvansaray  fəaliyyət  göstərirdi.  Nadir  şah  buraya  İranın 
mü xtəlif  ərazilərindən  çox  sayda  adam  göndərirdi  ki,  bütün bu  tədbirlər də şəhərin 
çiçəklənməsinə səbəb olurdu» (61, s. 356-357). I 
A.Volınski  öz  jurnalında  Rəşt şəhəri  və  Gilan  əyalətinin təsvirinə  4  səhifə 
ayırmışdır.  Gilanı  A.Volınski  belə  təsvir  edir:  «Böyük  meşələr  və  bataqlıqlar 
içərisindədir,  kiçicik  düzənlər  belə  yoxdur,  ancaq  və  ancaq  bataqlıq,  keçilməz 
meşələr...  Demək  olar  ki,  (gilanlılar)  dünyadan  kənar,  heç  bir  şey  vəd  etməyən 
yerlərdə yaşayırlar,  ...odur  ki,  yaln ız  buğda  (düyü)  v ə  meyvələrlə  qidalanırlar,  ət 
isə az işlədirlər» (32, s. 595, 595 ob). 
Rəştdə  ipəkçiliy in  inkişafından  bəhs  edərkən  A.Volınski  yazır:  « Burada 
ipək...  həddindən  çoxdur,  bundan  şah  xəzinəsinə,  başqa  gəlirlərdən  əlavə,  təkcə 
900000  rublluq  gömrük  haqqı daxil  o lur.  Düyü  buğdası  da  burada  çox  əkilir  və 
bütün  İranda bu  keyfiyyətdə düyü yoxdur. (Bu düyü) bütün şah evinə kifayət edir» 
(32, s. 596, 596 ob). Rəştdə kustar ipək toxuculuq sənayesinin inkişafından, «nəfis 
parçaların» hazırlanmasından bəhs edərkən, Gilan əyalətinin şah xəzinəsinə 300000 
(yəqin  ki,  tümən)  gəlir  gətirdiyini  qeyd  edir  (32,  s.  572  ob).  A.Vo lınskini  xa m 
ipəyin qiyməti maraqlandırırdı: burada 1 şah batmanı xam ipəyin qiyməti 10-13 rubl 
arasında idi (1 şah batmanı 5,939 kq olub, təqribən 14 rus funtuna bərabər idi) (32, 
s. 572 ob). 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə