R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə32/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   28   29   30   31   32   33   34   35   ...   177

69 
 
Gilanda  hava  şəraitinin  qeyri-məqbul  olduğu  da  A.Volınskinin  diqqətini 
çəkir:  «(Gilanda  məkan)  çox  rütubətlidir  və  dağlar  tərəfdən  durmadan  böyük 
duman  və  zü lmət  sürünüb  gəlir,  ona  görə  də  burada  hava  qeyri-sağlam  və  
zərə rlidir.  Ço x  nadir  hallarda  elə  il  olur  ki,  (zərərli)  yel  olmasın...  Bu  s əbəbdən, 
burada ət çürümüş iy verir və ca maat ancaq düyü ilə q idalanır» (32, s. 574 ob). 
1717-c i ildə  Gilan əyalətində yel ilə yayılmış xo ra xəstəliyindən 60000-dək 
yerli əhali məhv olmuşdu (32, s. 572). 
C.Hanvey  də  Gilanın  iqliminin  buranı  zəbt  etmiş  ruslara  xələlverici 
effektindən  bəhs  edərkən  yazır:  «Gilanın  isti,  rütubətli  havası  xeyirsiz,  ziyanlı 
bəhrələri ilə birlikdə ruslar üçün bu vilayəti cəhənnəmə, ölü m  məkan ına   çevirirdi;  
məh z  bu  səbəbdən  imperiatriçə  Anna  (1730-1740  -  R.D.)  ço x  mənt iqi  surətdə, 
1734-cü ildə... rusların bu v ilayəti tə rk et məsinə ra zılıq verir» (61, s. 12). 
C.Kerzona  görə,  Gilan  əvvəllər  də  b ir  ço x  av ropalılar  üçün  «ölü msaçan 
mə kan» olmuşdu: İngiltərənin Moskva kompaniyasının  5-c i ticarət ekspedisiyası 
1568-1574-cü  illərdə  şima li  İranda  olarkən  5  nəfər  burada  xəstəlikdən  ölmüş,  2 
nəfər  isə  öldürülmüş,  1627-c i  ildə  Robert  Şirli  (Böyük  Səfarət in  (1599-1601) 
iştirakçısı -R.D.) və Dodmar Kotton həyatlarını  məh z burada itirmişdilər (219, s. 
387) 
J.Şardenin,  haqqında  sarkazmla  «bu  diyar  xristianlar  üçün  ən  əlverişli 
mə kan  olma lıydı,  çünki  burada  onların  xoşladığ ı  iki  şey  -  şərab  və  donuz  əti 
xeyli  miqdardadır» (45.  1, s. 8) söylədiyi Xəzəryanı vilayətləri  C.Kerzon «İranın  
iqlim,  xara kteri  və  ma raqlılığı  ilə  fərq lənən,  onun  tarixində  əlahiddə,  xüsusi, 
müstəqil rol oynamış» məkan kimi dəyərləndirir (219, s. 372).  Kerzon, həmçinin  
Mazandaranın  da  qeyri-qənaətbəxş  iqlimə  malik  olmasını  göstərərək,  şah  I 
Abbasın Mazandarana köçürtdüyü 30000  xristian ailəsinin buranın sərt havasına 
öyrəşə bilməyib, əziyyət çəkdiy i barədə yazır ki: «havanın sərtliyi onların məram 
və  niyyətlərinin  həyata  keçməsinə  o  dərəcədə  mane  olmuşdu  ki,  1630-cu  ildə  
burada ...yalnız 400 xristian ailəsi qalmışdı» (219, s. 373). 
Mazandaran  vilayətinin  təbiəti  barədə  araşdırdığımız  dövrdən  bir  əsr 
sonra  həmin  yerlərdə  səfərdə  olmuş  Ceyms  Frey zerin  verdiyi  mə lu matla r  da 
fikrimizcə,  maraq  kəsb  edir:  «Əlbəttə,  mən  bu  əyalətlər  kimi  hərbi  cəhətdən bu 
qədər möhkə m, eyni za manda qeyri-qənaətbəxş mə kan heç va xt görmə mişdim və  
heç  təsəvvürümə  də  gətirə  bilməzd im.  Şah  Abbas  (I  Abbas  1587-1629  -  R.D.) 
dövründə  salınmış  Körpü  (Causeway)  yolu  istisna  olmaq la,  «yol»  məfhu muna 
uyğun  gələn  yollar  yo x  id i;  bu  yol  da o  qədər  itib-batıb  görünməz  olmuşdu  ki, 
onu  aramaq  üçün  bələdçi  lazım  idi.  Əgər  bələdçi  tapılsa  idi  belə,  ço xlu  sayda 


70 
 
dağıntılar  və  çuxurlar,  onu  hər tərəfdən  əhatə  edən  hər  növ gözlənilməz  tələ  və 
sürprizlər üçün  münasib keçilməz cəngəlliklər səbəbindən hərbi məqsədlər üçün 
yararsız  idi.  Torpaq  sahələri  əkilmişdi,  əvəzində  meşə  ağacları  və  tikan lar 
məskən  salmışdı  ki,  bunların  da  arasında  göy əm  kolları  özünün  dəbdəbəsi...  ilə  
seçilirdi.  Yerli  əhali  bu  tikanlıqları  «Pəh ləvanha  Mazandarani»  (Mazandaran 
pəhləvanları - R.D.) adlandırırdı...» (55, s.468).  
C.Ke rzon  «şimalda  Rusiyanın  Transqafqaz  dominionları  ila  hə msərhəd, 
paytaxtı Rusiya sərhəddindən 100  mildən də az məsafədə yerləşən, qərbdə İranın... 
kəskin,  qəliz  münasibətlərdə  bulunduğu...  Türkiyə  əra ziləri  ilə  hüdudlanan» 
Azərbaycanı  «Xorasan  istisna  olmaqla,  İranın  ən  tez-tez  xarici  təcavüzə  məruz 
qalan vilayəti» kimi səciyyələndirir (219, s. 514). «Tərkibində olan insan elementləri 
onu imperiyanın bütün digər hissələrindən fərqləndirir...  Burada comərd  kürdlərlə 
yan-yana,  qədim  xristian  ic mala rına  (alban-R.D.)  aid  olan  çox  sayda  əhali 
məskunlaşmışdır...»  yazan  C.Ke rzon  Azərbaycanın,  məhz  sonuncu  arqumentə 
görə  «Avropanın  diqqətini  özünə  cəlb  etdiyi  və  missioner  fəaliyyətin  ocağı 
olduğunu»  göstərir  (219,  s.  514).  Ümu miyyətlə,  C.Kerzon  Azərbaycanla  bağlı 
əsaslı,  u zaqgörən  və  maraqlı  fikirlərin  müəllifidir.  Belə  ki,  o  yazır: 
«...Azərbaycanın heç bir siyasi problemi  Rusiya və Türkiyənin ayrı-ayrılıqda və 
ya  hər hansı mü mkün ittifaqda fəal  müda xiləsi olmadan yaranmır» (219,  s.  514). 
Və  ya  başqa  məqamda  o  göstərir  ki,  «burada  (Azərbaycanda  -  R.D.),  həmç inin  
erməni  məsələsi,  hər  yerdə  həmişə  hazır  olan  (ubiquitous)  ermənilər  və  onların 
qarşısıalınmaz, cəzasız  iddiaları  mövcuddur»  (219,  s.  515).  Xatırladaq  ki,  bu  fikir 
1892-c i ilin nəşrində öz əksin i tapıb. 
C.Kerzonun  mülah izəsinə  görə,  «Azərbaycan»  sözünün  mənası  od 
qoruyucu  («azer»  -  od, «baycan»  - qoruyucu  (keeper)  deməkdir  ki,  bu  da  qədim 
za manlarda  bu  yerlərdə  atəşpərəstlərin  yayılması  ilə  izah  olunur  (219,  s.  517). 
Azərbaycana olan rəğbətini gizlətməyən C.Kerzona görə, «bütün İran əhalisinin ən 
qətiyyətli  və  döyüşkən  elementlərini  yetirmiş,  Təbriz  kimi  ticarət  mərkə zi  olan, 
zəngin  resurslarına  görə  Şimali  İranın  ta xıl  anbarı  adlandırılan  bu  məkana  
(Azərbaycana  -  R.D.)  ədalət  naminə  qayğısız  yanaşmaq və ya baxımsız  qoymaq 
yaramaz» (219, s. 515). 
Təbrizin  maraqlı  hadisələrlə  zəngin  tarixinin  olduğunu  vurğulayan 
C.Kerzon onun «sərhəddə yaxın əra zidə yerləşdiyindən işğalçı orduların ilk şikarı 
olması, ərəblər, səlcuqlar, osmanlılar,  farslar və ruslar tərəfindən ələ keçirilməsini», 
habelə  tez-tez  baş  verən  dağıdıcı  zəlzələlərdən  əziyyət  çəkməsini  göstərir  (219,  s. 
518).  Belə  ki,  Təbrizdə  1721-ci  ildə  baş vermiş güclü  zəlzələ  zamanı  80000  adam 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə