R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə40/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   36   37   38   39   40   41   42   43   ...   177

86 
 
yırtmağı  əmr  edir»  (102,  s.  204;  32,  s.387).  Lakin  əslində  bu  hal  heç  də  şah 
Hüseynin qəddarlığına dəlalət etmir sadəcə hərəmxana qaydalarından irəli gəlir. 
S.Avramovun  daha  bir  qeydində  Sultan  Hüseynin  I  Pyotrun  XVII  əsrin 
sonunda  Rusiyada  həyata  keçirdiyi  tədbirlərə  bənzər  işlər  gördüyündən  də  bəhs 
edilir.  Məsələn,  şah  Kaşanda  ikən,  «hamının  saqqallarını  qırxıb,  uzun  bığ 
saxlaması barədə fərman verir və özü də bunu edir...». Şah öz ətrafındakılara qızıl və 
gümüş  saplarla  işlənmiş  parçaların  əvəzinə  mahuddan  (sukonnıe  kaftanı)  tikilmiş 
arxalıqlar  geyinməyi,  «üst  paltar  xeyli  qısa, qolları  isə dirsəyədək  olsun»  (sanki  I 
Pyotrun buna bənzər  ideyaları az olmuşdu-R.D.) deyə əmr edir (102, s. 204; 32, s. 
388). 
S.  Avramov  şahın  az  qala  səfehliyinə  işarə  edərək  bildirir  ki.  « Kaşana 
yetişərkən,  şah  burada  İsfahanda  olduğu  kimi,  həm  divarları,  həm  də  tavanı 
güzgüylə işlənmiş otaq hazırlatmaq fikrinə düşür». Qorçubaşı və digərləri onu zorla 
bu fikirdən daşındırırlar ki, qoşuna məvacib üçün pul çatmır (102, s. 205; 32. s. 388 
ob). 
Şah  Süleyman  və  Şah  Sultan  Hüseynin  dövründə  xüsusi  mövqeyə  malik 
institut rolunu hərəmxana oynayırdı. Hərəmxananın fövqəladə siyasi qüvvəyə malik 
olmasını  J.Şarden  belə  qiymətləndirmişdi:  «Hərəmxana,  səlahiyyətli  şura  olaraq, 
adətən  hər  bir  şey  üzərində  hökmran lıq  edir  və  bütün  məsələlərdə  qanunları 
istədiyi zaman tapdalayır» (45.5, s. 26).  
«Fövqəladə Şura»ya şahın anası, baş xacələr və şahın ən sevimli hərəmləri 
daxil  olurdu.  Şahzadələr  vəzirlərin  «nəzarəti»  ucbatından  dövlət  işləri  ilə  bağlı 
məsələlərdən, hərəmxana divarları xaricində nələr baş verdiyindən tamamilə bixəbər 
vəziyyətdə «hifz» olunurdular. J.Şarden göstərir ki, şahın böyük oğluna nəinki onun 
şah taxt-tacının varisi olduğunu, hətta şahın oğlu olduğunu belə bildirmirdilər.  O, 
yalnız  şah  nəslinə  mənsubluğundan  xəbərdar  olurdu.  Nəticədə  öz  qis mətindən 
bixəbər  şahzadə  əlinə  şahlıq  skipetri  verilərkən  məsələdən  agah  olurdu»  (45.5, 
s.30). 
Təəccüblü  deyil  ki,  belə  şəraitdə  «bəslənmiş»  şahzadələr  zəif  iradəli  və 
hərəmxana  tərəfindən  asanlıqla  manipulyasiya  edilə  bilən  şahlara  çevrilirdilər. 
R.Seyvorinin sözləri  ilə  desək, «Belə  sistemin  zəif  iradəli,  hərəmxana  və vəzirlər 
tərəfindən  asanlıqla  idarə  olunan  bir şəxs  istehsal  etməsi  az təəccüblüdür»  (264,  s. 
239). 
R.Seyvori,  ü mu miyyətlə,  hərəmxananı  «Süley man  və  Sultan  I  Hüseynin 
hakimiyyətləri  dövründə  ««böyük  qüvvə»  olmaq  iddiasında  bulunan  siyasi 
qüvvə» kimi  xarakterizə ed ir (264, s. 239).  Qeyd etmək  lazımdır  ki,  Şah Su ltan 


87 
 
Hüseyn hakimiyyətə gələndə ölkədə nisbi sakitlik hökm sürürdü. Saray daxilində 
zə if  monarx,  atası  kimi  dövlət  işlərinə  qətiyyən  ma raq  göstərməyən,  həlim, 
insanpərvər  xasiyyətə  ma lik  yeni  şah  üzərində  daha  çox  nüfuza  ma lik  olmaq  
uğrunda mübarizə gedirdi. Saray intriqala rın ın başında isə Mollabaşı Məhəmməd  
Bağır əl-Məclisi dururdu. 
«Şah  Sultan  Hüseyn,  şah  Süleymanın  1688-ci  ildə  Kartli  hakimi  və 
Gü rcüstan taxt-tacının vəliəhdi (Viceroy) vəzifəsindən uzaqlaşdırıb,  1691-ci  ildə 
yenidən  bərpa  etdiyi,  4  ildən  sonra  saraydaxili  intriqa lar  nəticəsində  bir  daha 
taxtdan salın mış XI  Georgini (müs əlman ad ı  III Nəvazxan  -  farslar onu  Gürgün 
xan  adlandırırdılar)  ürəyiyu mşaqlıq  göstərərək,  1697-ci  ildə  öz  sarayına  dəvət 
edir,  hakimiyyətini  bərpa  etməsə  də,  xoş  münasibət  göstərir.  Baqratid lər 
nəslindən  olan,  ambisiyalı  xara kterə  ma lik  mərd,  döyüşkən  XI  Georgi  s ərt 
hərəkət  etməyi,  hərbi  niza m-intiza mı  sevirdi».  L.Lo khartın  sözləri  ilə  desək, 
Georgi «saraydakı...d igər əyanlarla  müqayisədə daha bacarıqlı, cəsarətli görünür, 
hər halda qalxa biləcək hər hansı fırt ınanın, həyəcanın qarşısını a lmaq iqtidarında 
olan bir şəxs təsəvvürü yaradırdı» (246, s. 46). 
XVII  əsrin  sonuna  doğru  xa raktercə   dəyişmiş,  mö min  həyat  tərzindən 
uzaqlaşmış,  liberallaşmış,  hətta  ayıq  başlı  olarkən,  dövlət  işlərinə  bivec 
münasibət  bəsləyən  şah  indi  kefli,  sərxoş  həyat  tərzinə  üstünlük  verməyə 
başlamışdı.  O,  yalnız  ö z  hərəmxanasını  genişləndirmək  qayğısına  qalırd ı.  Bu  
məqsədlə  «xacə lər  Culfanın  küçələrini  dolaşır,  gözəl  görünüşlü  qız  və  ya  qadın 
görərkən, onu şah üçün (hərəmxana üçün - R.D.) tutub gətirird ilər. (246, s. 47). 
1703-cü  ildə  İsfahanda  olmuş  hollandiyalı  Korneli  de  Bryun  şah 
barəsində  bunları  yazırdı:  «Bu  şah  (Sultan  Hüseyn  -  R.D.)  qadınla ra  o  qədər 
aludə  olmuşdu  ki,  bir  başa  ona  aid  olan  işlərə  heç  qarışmır,  dövlətin  rifahı 
məsələ lərinə  qayğı  göstərmird i,  nəticədə  onun  mənfi  nü munəsi  bütün  imperiya  
üzrə  idarəetmən in  ədalətsiz  formaya  düşməsinə,  kütləvi  cəzasızlığın  baş  alıb 
getməsinə yol açırdı...  O, ö zünün bütün sahələrdə iflasa uğradığını o qədər bariz 
şəkildə,  açıq-aydın  nümay iş  etdirir  ki,  təbəələri  tərəfindən  nifrətlə  qarşılanır; 
onlar deyirlər ki, bu şahın yalnız quruca adı var» (47, c 1, s. 211 -212; 246, s. 48). 
«Bu  hökmdarın  (şah  Hüseyn  -  R.D)  biabırçı  həyatı və nazirlərin  tiranhğı ölkənin 
bütün yerlərində ümumi narazılıq yaradır» (12, s. 14). 
L.Lokhart  göstərir  ki,  orduda  da  vəziyyət  ürəkaçan  deyildi.  O,  mənəvi 
aşınmaya məruz qalmış, uzun müddət istifada olunmaması səbəbindən hərbi səriştə 
zəiflə mişdi.  Ölkənin  hərbi  cəhətdən  nə  dərəcədə  gücdən  düşdüyünü  o  fakt  sübut 
edirdi  ki,  1698/99-cu  illərdə  Bəluc  tayfasından  olan  dəstənin  Kirmana soxulduğu, 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə