R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə38/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   34   35   36   37   38   39   40   41   ...   177

82 
 
- R.D.) öz əvvəlki şöhrətinin işığında  mövcudiyyatını davam etdirirdi...» (247, s. 
568-570) 
Şah  Hüseynin  hakimiyyətə  gəldiyi  şəraitlə  bağlı  İran  tarixinin  Kembric 
versiyasında  belə  deyilir:  «Hərəmxanadakı  intriqalar,  bütün  siyasi  məsələlərdə 
olduğu  kimi,  Süley manın  vəliəhd  seçimində  də həlledici  rol  oynadı.  Belə  ki,  o, 
şəxsən varis seçimin i edə b ilmir, əvəzinə, ö lü m yatağı ətrafına toplaş mış şəxslərə 
məsləhət  edir  ki,  əgər  onlar  sülh  və  əmin-a manlıq  istəyində  bulunurlarsa,  onun 
26  yaşlı  böyük  oğlu  Sultan  Hüseyn  Mirzəni,  yo x  əgər  şah  hakimiyyətinin  
güclənməsinin,  imperiya  sərhədlərinin  genişləndirilməsi  qayğısına  qalırlarsa,  23 
yaşlı  oğlu  Abbas  Mirzəni  şah  seçsinlər.  Təəccüb  (əslində  təəssüf  -  R.D.) 
doğuracaq haldır  ki, şah (Süley man -  R.D.)  keçinərkən onun yaxın lığ ında kimsə 
olmur.  Şahın  keçindiy ini  ilk  o laraq  aşkarlayan  Məryəm  bəyim  -  bu  möhkəm 
iradəli  və  müstəqil  fikirli  qadın  -  hüsn-rəğbəti  sevimli  qardaş  nəvəsi  şahzadə 
Hüseynə  olduğundan,  nüfuzlu  saray  xacələrini  çətin lik  çəkmədən,  öz 
sevimlisin in (Hüseynin - R.D.) xeyrinə seçim etməyə razı sala b ilir» (271, s. 310-
311). Qeyd et mək la zımd ır ki, bu hadis ə cüzi dəyişikliklərlə mü xtəlif mənbələrdə  
təkrarlanır(43, s. 155; 247 s. 594).  
Məlu mat üçün bildirək  ki, Şah Süley manın  7 oğlu var idi.  Seçim  2 böyük 
oğullar arasında aparılır:  Hər  ikisi hərəmxana mühitində, gələcək  monarxa  lazım 
ola biləcək hər hansı təhsil, tə lim və ya hazırlıqsız böyü müşdü.  Həlim, yu mşaq 
xasiyyətli,  ürəyiyumşaq, sadəlövh  insan  olan  Sultan  Hüseynə       gənc yaşlarından, 
hədsiz  möminliyinə  görə  hətta  «molla  Hüseyn»  ləqəbi  verilmişdi.  Xacələr  də  öz 
növbəsində,  daha  vüqarlı  olub  özbaşına  hərəkət  etməyi  sevən  Abbas  Mirzənin 
əvəzinə  zəif  və  həlim  Sultan  Hüseyni  taxta  oturtmağın  onlar  üçün  daha  əlverişli 
olduğunu  anlayırdılar. R.Seyvori bu barədə belə yazır: «Mülayim, üzüyumşaq şah 
üzərində öz hökmranlıqlarını daha rahat bərqərar etmək eşqi ilə vəzir və hərəmxana 
Hüseynin  seçimində  israr  edirlər.  Onların    ü midləri  tezliklə    doğrulur.  Şahı  ö z 
iradələ rinə tabe etdirmə kdən ötrü onu şərab içməyə aludə edirlə r.  Dövlət işlərinə  
ma raq göstərməyən, saray xadimlə rin in diktəsi ilə hərəkət edən şah, sürətlə artan 
rüşvətxorluq və korrupsiyanın qarşısını almaq iqtidarında deyild i» (264, s.  240). 
Nəticə  etibarilə  1694-cü  ilin  6  avqustunda      Sultan      Hüseyn      Mirzə      taxta   
əyləşir.      Tacqoyma  mərasimi      Zayəndərud      çayının      cənub      sahilində,   
Səadətabad sarayının ya xınlığında  Çih il Sütun stilind ə  inşa edilmiş Aynaxanada 
keçirilir.  O  zaman  İsfahanda  olmuş  fransız  missioneri  Martin  Qauderavın  
sözlərinə  görə,  «tacqoyma  mərasimi  əhali  tərəfindən  sevinc,  fərəh  hissi,  böyük 
təntənə  ilə  qeyd  edilird i.  Meydani-Şahda,  küçə  və  bazarlarda  gecədən  xeyli 


83 
 
keçmişə qədər illü minasiya, işıq kəhkəşanı davam edir, meydandan şir, bəbir, fil və 
başqa heyvanlar  parad şəklində,  təbil  və  zurna sədaları  altında  keçirdilər.  Bütün 
bu təntənədən belə nəticəyə gəlmə k ola rdı ki, onlar (xa lq - R.D.) bu şə xsdən (Şah 
Sultan  Hüseyn  -  R.D.)  ço x  şey  gözləyir,  u murlar»  (246,  s.  37).  Dövlət  işlərinə 
münasibətə  gəlincə  isə  «o  da  (Hüseyn  -  R.D.)  atası  kimi  biganəlik,  diqqətsizlik 
nümayiş  etdirir,  idarəetmə  ilə  bağlı  hər  hansı  təklif  mü zakirə  olunarkən  daima 
«yaxşıdır» deyib razılaşardı» (271, s. 311; 246, s. 42). 
İtalyan  səyyahı  Covanni  Cemelli  Kareri  məhz  1694-cü  ildə  tacqoymadan 
sonra İsfahanda olarkən, Şah Sultan Hüseynə saray bağlarından birində at sürmək 
öyrədildiyinin şahidi olmuşdu (44, s. 144). 
L.Lo khart  göstərir  ki:  «Xacələr  Şah  Sultan  Hüseyni  mö min,  sakit  həyat 
tərzindən  əl  çəkməyə,  şərab  iç məyə,  eyş-işrətlə  məşğul  olmağa  dəvət  edirdilə r. 
Onlar  çalışırd ıla r  ki,  sələflə ri  kimi  Hüseyn  də  bu  növ həyat tərzin in  qurbanına 
çevrilsin, çünki  xacələrin fikrincə, ayıq başlı şah taxta oturarsa, onu idarə etmək, 
iradəsini qırmaq çətin ola r» (246, s. 37).  Eyni fikir na mə lu m  müəllifin fransızca  
əsərində  də  əksini  tap mışdır:  «yaxşı  hökmranlıq  etmək  üçün  lazım  olan  
qabiliyyəti  tə ma milə  olmayan  -  təbiətən  sülhsevər,  kövrək...tənbəl,  sakit  
həyat...sevən, dövlət işlərindən qaçan Hüseyn (şah Hüseyn  - R.D.) bütün işlərdə, 
bir  qayda  olaraq  özünə  ya xın  olan,  inandığı  ada mların  məsləhətlərini  qəbul 
edirdi.  Şah  cənablarına  yaxın  olan  xacələr,  ilk  olaraq,  onun  zəifliy ini  duyur  və 
getdikcə bundan öz  xeyirlə rinə  istifadə etməyə başlayır, ə llərindən gələni edirlər 
ki, şahda əyləncə və cah-cəlala həvəs oyatsınlar...bu istəklərin i  maneəsiz həyata 
keçirirlər.  Hüseynin mö min təbiəti əvvəlcə buna  müqavimət göstərirsə də... qısa 
müddət ərzində güclü təsirə  məruz qalır,  10  il ərzində təmamilə dəyişir ...dövlət 
işləri  barədə  eşitmək  belə  istəmir...dövlətin  idarə  o lunması,  lənətə  gəlmiş 
xacələ rin ə linə keç ir və onla r...öz bildikləri kimi hərəkət ed irlər» (12, s. 12-13) 
C.  Kerzon  Səfəvi  monarxları  ilə  bağlı  a raşdırma  apararkən  belə  bir 
qənaətə  gəlir  ki:  «İranda  (Səfəvi  dövlətində  -  R.D.)  hakimiyyət  başında  duran 
şəxs  (burada  şah  -  R.D.)  getdikcə  pillə-pillə  geriləyərək,  mütləq  monarx 
səviyyəsindən...kiç ik bir kənd başçısından az fərqlənən səviyyəyədək enir» (219, 
s. 391) 
Qeyd  etmək  la zımd ır  ki,  Su ltan  Hüseyn  hələ  hərəmxanada  olarkən,  yəni 
şahlıq taxtına əyləş məmişdən əvvəl, böyük şiə teoloqu, Şeyxülislam Məhəmməd  
Bağır əl-Məclisinin güclü təsiri altında idi.  Deyilənlərə görə, tacqoyma  mərasimi 
zaman ı adətən sufilər tərəfindən həyata keçirilən ənənəvi ritualı-q ılınclı  kəmərin  
taxılmasını  Şey xü lislamın  həyata  keçirməsində  təkid  ed ir.  Mərasim  başa 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə