R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə34/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   30   31   32   33   34   35   36   37   ...   177

73 
 
üstünlüyə  malik  olan  Böyük  Pyotr,  ş əhəri  zəbt  etdi,  orada  öz  qarnizonunu 
yerləşdirdi, şəhərin idarəet məsini İma mqu lu bəyə etibar etdi; 1733-cü ildə  iranlı 
Nadirşah (burada İran coğrafi  məkan adı kimi  işlədilir; Nadir  isə, məlu m olduğu 
kimi, mənşəcə türk idi - R.D.) şəhəri yenidən qaytardı» (53. 2., s. 105) 
A.Volınski  missiyasının  üzvü,  şotland  mənşəli  həkim  1715-1722-ci  illər 
arasında  iki  dəfə  Şamaxıda  olmuş  Con  Bell  gündəliklərində  şəhəri  belə  təsvir 
edir:  «Şamaxı  təpənin  yamacında  yerləşib,  yamacın  bir  tərəfi  cənuba  doğru  elə 
əyilib  ki,  üzüyu xarı  qalxdıqca  amfiteatr  təəssüratı  yaranır.  Məkan  böyükdür, 
lakin  şəhər  çox  kiçik  tikilib;  yalnız  məmləkət  hakimin in,  iqtidar  sahiblərinin  və 
bir neçə varlı tacirlərin evləri istisna təşkil ed ir. Küçələr ensiz və əyrid ir... burada 
hava digər Xə zəryanı bölgə lərdəkindən daha təmizd ir» (42, c I. s. 56). 
Azərbaycanın ən qədim şəhərlərindən biri sayılan Şa ma xı Qə rbdən Şərqə 
gedən  karvan  ticarət  yollarının  düyün  nöqtəsində  yerləşirdi.  Əlbəttə  ki,  bu 
şəhərin  belə  bir  mövqe  tutmasında  yüks ək  keyfiyyətli  Şirvan  ipəyi  mühü m  rol 
oynayırdı. Con Bell bununla bağlı yazır: « Bu ş əhərdə xüsusilə xam  ipəklə böyük 
ticarət  aparılır.  Ətra f  bölgələrdən  toplanan  xam  ipək  ing ilislərin  və  hollandların  
İsfahanda  təsis  etdikləri  şirkətlər  tərəfindən  alın ır  və  böyük  qis mi  Hələbə 
göndərilir» (J.Bell, p. 60, s. 60). 
Fransız  missionerləri  beynəlxalq  ticarətdə  mühüm  yeri  olan  Şamaxmı 
«böyük  ticarət  şəhəri,  Moskvadan  və  İrandan  (burada  Səfəvi  dövlətinin  
cənubundan  -  R.D.)  gətirilən  ma lların  saxlandığı  yer...,  Rusiyadan  v ə  Polşadan 
İrana  keçid  yolu...»  kimi  səciyyələndirir  və  burada  bir  ço x  xarici  ölkələrdən 
gəlmiş  tacirlərə  təsadüf  etmələrindən  bəhs  edirlə r:  «Bu  şəhər  Rusiyada 
(Moskoviyada), İsveçrədə və Hollandiyada ticarət edənlərin görüş yeridir. Məhz 
buna  görə  də  bura  həmişə  gəlib-gedən  əcnəbilərlə  dolu  o lur»  (113,  s.  38). 
M.Heydərov da göstərir ki, «Şa ma xın ın əsas rolu onun Volqa-Xə zər tica rət yolu 
üzrə  Avropa-Asiya,  o  cümlədən  Rusiya-Azərbaycan,  Rusiya-İran  və  Rusiya-
Hindistan ticarəti üçün birja və anbar yeri  kimi  xid mət göstərməsində idi»  (133, 
s.  59).  Vo lqaboyu  axın  üzrə  aşağı  üzən  gəmilər  Dərbənd  və  ya  Niyazabadda 
boşaldılır,  buradan  karvanlar  Şabran  və  Lah ıcdan  keçən  qısa  yolla  Şamaxıya 
gəlird ilər (67, s. 201-208). 
Araşdırdığımız  dövr  ərzində  Şamaxıya  bir  sıra  fəlakətlər  (qarət,  talanlar, 
zə lzə lə,  od  vurulma   və  s.)  üz  verməsəydi,  yəqin  ki,  şəhərin  ticarət  sahəsindəki 
rolu  daha  da  artardı.  Britanika  ensiklopediyasında  Şamaxı  ilə  bağlı  ço x  sayda 
təhriflərlə göstərilir ki: «Şirvanın payta xtı Şa ma xı 1712-c i ildə lə zgilər tərəfindən 
qarət  olunmuşdur;  8  il  sonra ş əhər  və  bütün  əyalət Alaud-Daula x  (yəqin  Davud 


74 
 
bəy  -  R.D.)  adlı  bir  dağıstanlı  tərəfindən  viran  qoyulur,  bu ş əxs  bir  qədər sonra 
İran  (əslində  Türkiyə  -  R.D.)  tərəfindən  Şirvan  xanı  kimi  tanın mışdır.  1724-cü  
ildə  xan lıq  Türkiyə  tərəfindən  tutulmuş  və  10  il  sonra  iranlı  Nad irşah  Şirvanı 
dəhşətli talandan sonra yenidən (Səfəvi dövlətinə  -  R.D.) qaytarmışdır...» (53.3, 
s. 794). Mə lu m olduğu kimi, Şa ma xı yerlə-yeksan edild ikdən sonra onun əhalisi 
Ağsu ərazisində salınmış Yen i Şamaxıya köçürü lür. «Beləliklə, Azərbaycanın ən 
qədim,  zəngin  və  tanınmış  şəhərlərindən  biri  o lan  Şa ma xı  ş əhəri  1734-cü  ildən 
etibarən  müvəqqəti  də  olsa,  bir  ticarət  mə rkəzi  kimi  öz  əhə miyyətini  itirdi.  Bu  
vəzifə hə min va xtdan etibarən Yeni Şa ma xın ın öhdəsinə düşdü (112, s. 36-37). 
L.Lo khartın  mü lahizəsinə  görə,  Nadir  Gəncənin  mühasirəsi  ilə  məşğul 
ikən,  turbulent  Car  və  Tala  lə zgilərin i  nəza rətdə  saxla maq  üçün  qüvvə 
göndərdiyi  zaman  Şamaxın ın  dağıldılması  və  15  mil  cənubi-qərbdə  yerləşən 
Ağsuya köçürülməsi barədə əmr verir (245, s. 87). Ağsuda Şamaxı camaatı üçün 
yeni  binaların  tikintisi,  yeni  ş əhərin  salınması  üçün  Nadir  müharibədə  əsir 
alın mış  osmanlı  türklərin i  buraya  işçi  qüvvəsi  qismində  göndərir.  Tikinti  işləri 
başa çatdıqdan  və  köçürülmə  tamamlandıqdan  sonra  Ağsu  adı  Yeni  Şa maxı  ilə 
əvəzlənir,  «Farsnamə»  əsərində  Yen i  Şamaxın m,  həmçin in  Cəliliyyabad  adı  ilə 
tanındığı barədə məlu mat verilir (43, s. 177). 
«Tarixi-Nad iri»də  şəhərin  köçürülməsi  üçün  Nadirin  arqumentinin  
Şamaxının hücu mlar üçün açıq o lması, yəni yerləşdiyi məkanın müdafiə nöqteyi-
nəzərindən  qeyri-qənaətbəxş  olmasından  ibarət  o lduğu  vurğulanır  (70,  s.  154). 
C.Hanveyin  fikrincə  isə  Nadirin  şəhəri  yerlə-yeksan  etməsi  və  əhalisinin  böyük 
əksəriyyətini  qətlə  yetirməsinə  səbəb şamaxılıların    1721-ci  ildə  «şəhəri  ləzgilərə 
asanlıqla güzəştə getmələri» olur (61, c 4, s. 115). 
Şamaxıda əcnəbilərin ticarəti haqqında maraqlı məlu matlara XVII əsrin 80-
90-cı  illərində  bu  şəhərdə  yaşamış  yezuit  missionerlərin  mə ktublarında  rast 
gəlinir.  Onlardan  birində  deyilir:  «Şamaxı  böyük  ticarət  şəhəri  olub,  Moskoviya 
(Rusiya - R.D.) və Porta (Türkiyə - R.D.) üçün anbardır. Moskovitlərin burada öz 
karvansarayları  və  dükanları  vardır  ki,  öz  ölkələrinin  qalay,  mis,  emal  olunmuş 
dəri,  xə z və digər ticarət məhsullarını bura gətirirlər. İranlılar, hindlilər burada ipək 
və pambıq, qızıl və gümüşü parçalar, habelə ço x sayda xa m  ipək tayaları satırla r. 
Tatarlar at və qul gətirirlər» (133, s. 85). 
Gəncə Azərbaycanın ən yaraşıqlı və böyük şəhərlərindən biri idi. 1703-cü ildə 
Gəncədə olmuş Korneliy de Bruin yazır ki, bu şəhərdə «əksəriyyəti ikimərtəbədən 
ibarət  olan  çoxlu  daş  ev,  yaraşıqlı  geniş  küçələr,  gözəl  bazarlar,  böyük 
karvansaraylar  və bəylərbəyinin  geniş sarayı vardır, ş əhərin  içindən gözəl  çay  axır, 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə