R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə37/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   33   34   35   36   37   38   39   40   ...   177

80 
 
etdirirdi.  Ancaq  xristianlara  qarşı  xüsusi,  müsbət  mənada  fərqli  münasibət 
bəsləyirdi»  (247,s.  582-583).  II  Abbasın  dövründə  «İranla  (Sə fəvi  dövlətində  - 
R.D.) Rusiya arasında ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə möhkəmləndiyi... 
fransız tacirlərinə də imtiyaz hüquqları verild iyi (ingilislərə belə imtiyazlar I Səfi 
tərəfindən bə xş olunmuşdu - R.D.)» məlu mdur. (123, s. 298-299) 
L.Lo khartın  fikrincə,  «...əgər  II  Abbasa  ömür  vəfa  etsəydi  və  o,  uzun 
za man  hakimiyyətdə  qalsaydı,  atasının  s əriştəsiz  hökmranlığı  dövründə 
başlanmış sülalənin tənəzzülü prosesini bəlkə də cilovlaya, qarşısını ala b ilərdi»  
(246, s. 29). 
II Abbas 33 yaşında (1765) vəfat edir, onun varisi 18 yaşlı oğlu Səfi olur: 
o,  1669-cu  ildə  təkrar  tacqoyma   za manı  şah  Süley man  adını  götürür.  Sə ləfləri 
kimi,  hərə mxanada  böyümüş,  idarəetmə  bacarığ ından  məhru m  o lan  şah 
Süley man  yumşaq,  həlim  xasiyyətə  malik  idi.  Onun  bu  xarakterindən  hələ 
hərəmxanada  ikən  saray  xacə ləri  onu  öz  təsirləri  alt ında  saxla maq  üçün 
məharət lə  istifadə  edird ilər  və  gənc  şahzadə  hakimiyyətə  gələndən  sonra  da 
onların  təzyiq indən  azad  olmaq  üçün özündə  qüvvə  tapa  bilmir.  Tezliklə  əyyaş 
həyat tərzinin əsirinə çevrilən şah, öz atasından fərqli ola raq, sərxoş ikən acığ ını 
yalnız  ən  yaxın  ətrafından  çıxmaqla  kifayətlən mir,  b ir  sıra  yüksək  təbəqə 
nümayəndələrin in,  əyanlar,  hərbi  liderlərin  edamı  haqqında  əmrlər  verird i. 
Məhəmməd  Möhsün  göstərir  ki,  «...va xt ının  demə k  olar  ki,  hamısını  şərab 
içməyə  və  əyyaş  hərəkətlərə  həsr  edən  Şah  Süleyman  sərxoş  vəziyyətdə  ikən, 
dövlətin  dayağı  olan  əyanlar  və  dövlət  xadimlərinin  demək  olar  ki,  hamısını 
(əlbəttə, burada şişirtməyə  meyl istisna edilmir  -  R.D.) ölü mə  məh ku m et mişdi» 
(246, s. 29). 
Bu za man saray xacələ ri  idarəçilik sistemində yaranmış kadr boşluğundan 
yararlan maq,  mühüm dövlət işlərində öz yerlərini  möhkəmlətmək imkanın ı fövtə 
vermirdilər. Hə rçənd ki, şahın ətrafında Et imadül-Dövlə  və nazirlə r vardı,  la kin  
onların mövqeləri xacələrin hücumları qarşısında getdikcə geri çəkilird i. 
Şah  Süley man ın  vaxtın ın  ço x  hiss əsini  hərəmxanada  keçirməsilə  bağlı 
Məhəmməd Möhsün yazır  ki,  Şah Sü ley man 7 il hörə mxanada qalıb, bircə dəfə  
də  olsun  oranı  tərk  etmə mişdi  (246.  s.  31).  Şah  Süley manın  dövründə  Səfəvi 
dövlətinin  «təsərrüfat  və  siyasi  tənəzzülünün  ilk  əlamətləri  görünməyə  başlayır. 
Özbək  xanların ın
 
Xorasana  hücumları  bərpa  olunur,  hollandlar  isə  İran  
körfəzində Gişm adasını ələ keçirirlər» (123, s. 299). 
Şah Süleyman ın xarici siyasətinə gəlincə, qeyd etmək  lazımd ır  ki, Avropa 
ölkələrinin  elçiləri  İsfahana  gələrək,  şah  Süley mana  Türkiyəyə  qarşı  onlarla 


81 
 
ittifaqa  girməyi,  ə lverişli  şəraitdən  istifadə  edərək  Bağdadı  və  digər  itirilmiş 
əraziləri  bərpa  etməyi  təklif  edərkən  (bu  zaman  Osman lılar  Avropada  qızğın  
müharibə  aparır,  qərb  dövlətlərinə  güclü  təzyiq  göstərirdilər  -  1683-cü  ildə 
Vyana  türklər  tərəfindən  mühasirədəydi)  şah  bütün  bu  arqumentlərə  məhəl 
qoymadan, Türk  Sultanı  ilə bağlan mış sülhü qoruyub saxlamağa və onunla dinc 
münasibətlərdə  olmağa  üstünlük  verdiyini  bild irir.  L.Lokhartın  fikrincə, 
«...ordunun hərbi cəhətdən qeyri-effektiv,  mənəvi cəhətdən korşalmış vəziyyətdə 
olduğu  bir  vaxtda  bu,  hətta  müdrik  b ir  qərar  id i,  baxmayaraq  ki,  apatiya 
vəziyyətində verilmiş id i» (246, s. 30). 
Karme litlərin  1685-ci  ildə  etdikləri  qeyddə  bu  barədə  deyilir:  «Bir  ço x 
xristian  dövlətlərinin  səfirləri  şahın  hüzuruna  gələrək,  onu  türklərə  qarşı 
müharibə  etməyə  ruhlandırırlar,  lakin  çifayda;  bəzən  o,  səfirlərə  qarşı  öz 
hiddətini  belə  gizlət mir,  (bu  məra mlı  görüşlərin  -  R.D.)  xoşuna  gəlmədiy ini 
açıqca  biru zə  verirdi.  Belə  ki,  onu  (şah  Süleyman  -  R.D.)  dünyada  şərab  və 
qadınlardan başqa heç nə maraqlandırmırdı» (38. s. 421). 
R.Seyvori 
isə 
bunu 
«dövlət 
işlərinə 
biganəliyin 
Sü ley man 
...hakimiyyətinin  xara kterik  cəhəti»  olması  ilə  izah  edir.  Onun  fikrincə,  bu 
biganəlik xaric i siyasət sahəsində durğunluq, ölkənin maraqla rın ın qorunma ması, 
əraziləri  genişləndirmək  iddiasının  yo xluğu  səbəbindən  ordunun  gücünün,  təbii 
ki, zə iflə məsi ilə müşayət olunurdu (264, s. 241). 
XVII  əsrin  sonlarında,  daha  dəqiq  desək,  1683  -  1692-c i  illərdə  Səfəvi 
İranında  olmuş,  mənşəcə  fransız  ruhanisi  Pyer  Sanson  şah  sarayında  uzun 
müddət  qalıb,  Həmədan  yepiskopluğunun  gəlir  verg isindən  azad  edilməsi  üçün 
səy göstərdiyi za man, hə mçin in dövlət işlərinin vəziyyəti ilə tanış olmaq  imkanı 
əldə edir. O da, 1695-ci ildə Parisdə çap etdirdiyi « Voyage on Relation de lEtat 
present  du  Royayme  de  Perse»  əsərində  Şah  Süleymanın  dövlət  işlərinə  maraq  
göstərməməsi  səbəbindən,  saray  xacələrinin  idarəetmə  sahəsində  əldə  etdikləri 
güclü nəzarətdən bəhs edir (271, s. 404).  Ümu miyyətlə, Şah I Abbasın ölümü ilə 
Şah  Süley man m  ö lü mü  arasında  olan  65  illik  vaxt  fərqi  ərzində  Səfəvi 
monarxiyasının  zəifləməsi,  tənəzzül  prosesi  getdikcə  yüksələn  xətt  üzrə  (yalnız 
Şah II Abbasın dövründə bu proses bir qədər tormo zlan mışdı) inkişaf etmişdi. 
Səfəvilərin  son  dövrünü  s əciyyələndirərkən  Con  Ma lko lm  be lə  yazır: 
«...biz, bundan daha xoşagəlməz (tarixi baxımdan -R.D.) dövrü çətin ki təsəvvür 
edə bilərik. Bir əsrədək dövr əhəmiyyətə ma lik heç bir siyasi olay baş vermədən 
ötmüşdü... Bu dövr (Səfəvilərin son dövrü - R.D.) heç bir şanlı nailiyyət, tarixdə 
iz qoya biləcək parlaq şəxsiyyətlərlə seçilmir. De mə k ola r ki,  millət (İran milləti 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə