R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə35/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   31   32   33   34   35   36   37   38   ...   177

75 
 
Gəncədə çoxlu bağ, yaxşı şərab, həddən artıq meyvə növləri  mövcuddur; ağacları 
əsasən akasiya, sərv və şam ağaclarından ibarətdir (16, s. 23). 
F.Əliyev, fransız yezuit Avril Filipə  istinadən yazır ki, « Gəncənin tutduğu 
mövqe  ticarət  sahəsində  çox  əlverişli  olduğu  üçün  orada  hər  zaman  müxtəlif 
ölkələrdən gələn çoxlu əcnəbiyə təsadüf etmək olurdu» (112, s. 41-42). 
Gəncə  şəhəri  özünün  zəngin  bazarı  sayəsində  beynəxalq  ticarətdə  şöhrət 
qazanmışdı. Belə ki,  Gəncə bazarında təkcə yerli sənətkarların hazırladıqları  mallar 
(Gəncə  ipəyi,  pambıq  parçalar,  metal  s ənətkarlıq  mə mulatları  və  s.)  deyil,  eyni 
zamanda  qonşu  vilayətlərdən,  Rusiyadan,  bir  ço x  Şərq  və  Qərb i  Avropa 
ölkələrindən gətirilmiş  mallar da satılırdı. M.Heydərov yazır ki, « XVI  əsrin  sonu 
XVII  əsrin  əvvəlində  Səfəv i  -  Os manlı  müharibələri  Gəncənin  iqtisadiyyatına 
mənfi  təsir  göstərmiş,  onun  inkişafını  bir  neçə  onilliyə  dondurmuş,  I  Abbasın 
zaman ında  şəhərin  yerləşmə  məkanın ın  dəyişdirilməsinə  (1616)  səbəb olmuşdu. 
Buna  baxmayaraq,  XVII-XVIII  əsrlərin  hüdudlarında  Gəncə  Azərbaycanın şimal 
vilayətlərinin  iri  ticarət-sənətkarlıq  mərkəzinə  çevrilərək,  hətta  Şamaxını  belə  ötür» 
(133, s. 15). 
Xəzə r  sahillərinin  tədqiqi  ilə  məşğul  olan  e kspedisiyanın  üzvü  Fyodor 
İvanoviç  Soymonovun  xatirələrində  reg ion  barədə  maraqlı  məlu matlar  vardır. 
Məsələn,  F.  İ.  Soymonov  öz  xatirələrində  Dərbəndin  paraleloqram  formasında 
olması,  qala  divarlarının  hər  iki  tərəfi  boyunca  başdaşılarla  zəngin,  qədim: 
qəbristanlıqların uzandığını qeyd edir (134, s. 22).  
Kürdən  Ənzəliyədək  sahilboyunu  F.İ.Soymonov  «hündür  dağlarla 
əhatələnmiş,  yaşıllıq lara  qərq  olmuş,  daş  evlərinin  damları  qırmızı  kirəmitlə 
örtülmüş  gözəl  mənzərəli  ərazi»  kimi  təsvir  edir  (134,  s.  25).  Gilanı  isə  F. 
İ.Soymonov  «Xəzər  dənizinin  sahilində  yerləşdiyi  məkan,  əhalisinin  çoxluğu, 
xüsusilə  də  ipək  emalı  zavodları  və ticarəti  ilə bütün  İranda ən  yaxşı  məkan»  kimi 
xarakterizə  edir  (yenə  orada).  Şiraz  şəhərinə  əfqan  işğalları  zamanı  xeyli  ziyan 
dəymişdi. L.Lokhart göstərir ki, «xüsusilə əfqanlarla son döyüşlər za man ı (Əşrəfin  
Murçaxu rda  məğlubiyyətindən  sonra)  şəhərin  böyük  hissəsi,  bağ-bağçalar, 
demə k  olar  ki,  ta ma milə  sıradan  çıxmışdı...  Məhəmməd  Əli  xan...  o  za man  
Farsın  hakimi  idi.  O,  bağların  yenidən  salınması  üçün  fəal  addımlar  atır;  onun 
sərəncamı  ilə  minlərlə  ağac əkilir  (o  cümlədən,  çox  sayda  püstə  ağacları  -  R.D.)»  
(245, s. 46). 
Nadir  əfqanlar  üzərində  qələbədən  sonra  Şirazda  qaldığı  müddət  ərzində 
şəhərin  bərpa  olunması  barədə  əmr  verir.  L.Lokhart  yazır:  «O,  Şah  Çıraq  (Shah 
Chiragh)  məscidinin  bərpası  üçün  1500  tümən  (3500  funt-sterlinq)  vəsait  ayırır, 


76 
 
bundan əlavə məscidə qızıl şamdanlar və xeyli  miqdar qızıl kütləsi töhfə edir» (245, 
s.  46).  Bu  barədə  Mirzə  Məhəmməd  Şirazi  özünün  «Ruzna mə»sində  məlu mat  
verir. 
Ümumiyyətlə, şah Sultan Hüseyn binaların tikintisinə böyük maraq göstərirdi. 
XVIII əsrin əvvəllərindən Fərəhabadda nəhəng saray və bağ kompleksinin tikintisinə 
başlanılır. Fərəhabad Yeni Culfanın cənubi-qərbində yerləşirdi. L.Lokhart göstərir ki, 
nəzərdə tutulduğuna görə, bu saray kompleksi «İranın Versalına» çevrilməliydi (246, 
s. 48). Şah vaxtının əsas hissəsini sevimli  iqamətgahı olan Fərəhabadda keçirirdi.  O, 
bu yeri o qədər bəyənirdi ki, hətta rəsmi paytaxtı bura köçürmək və onu «Şəhri-nau», 
yəni  yeni  şəhər  adlandırmaq  barədə  düşünürdü.  L.Lokhart  Məhəmməd  Möhsünə 
istinadən  şahın  Fərəhabadı  genişləndirmək  və  gözəlləşdirmə klə  bağlı  fövqəladə 
dərəcədə çalışdığını vurğulayır (246, s. 126). 
Şah  Hüseyn, həmçinin bir sıra  yeni  məscid binalarının  inşa  edilməsini,  bəzi 
köhnələrinin isə təmir və bərpasını təmin etmişdi. Onun hakimiyyəti illərində tikilmiş 
ən gözəl tikili isə, sözsüz ki, öz mərhu m anasının şərəfinə inşa etdirdiy i Mədrəseyi-
Madəri-şahdır. Xoşbəxtlikdən bu tikili Çahari-Bağda hələ  də durmaqdadır. 
V.  Bartoldun  fikrincə,  «Hind  okeanı  sahillə rinə  nisbətən,  İran  körfəzinin  
Hörmü z boğazı da daxil olmaqla sahilləri İranın həyatında daha çox əhəmiyyətə 
malik  olmuşdur.  Burada  Hindistan və  Çinlə  dəniz  ticarəti  baxımından  müəyyən 
əhəmiyyət  daşıyan  bir  neçə  liman  mövcud  id i  və  mü xtəlif  səbəblər  üzündən 
birincilik, gah bu, gah da digər liman şəhərə keçird i... Bəndər-Abbas XVII əsrdə, 
Buşir isə XVIII əsrdə bərqərar olmuşdur. XVI əsrin əvvəllərindən 1622-ci ilədək 
ticarət  mərkə zi  portuqalla rın    ə lində  olan  Hürmü z  adası  id i...  Rus  s əyahətçisi 
Tumanskiyə  görə,  burada  portuqallar  tərə findən  inşa  edilmiş  qala  Daranın  
(Əhəməni  hökmdarı  -  R.D.)  Persepolisdəki  sarayından  sonra  İranın  ən 
möhtəşəm, qədim abidələrindən biridir» (93, s. 267). 
M.Heydərov  göstərir  ki,  « XVII  -  XVIII  əsrlərin  hüdudlarında  şəhər 
əhalisinin  ü mu mi  sayının  intensiv  şəkildə  azalması  p rosesi  istehsalçılarının  
sayının  da  eyni  dərəcədə  azalması  ilə  müşayiət  olunurdu.  Azərbaycanın  vacib 
ticarət-sənətkarlıq  mərkə zlərinin  əhalisi  neçə  dəfə  a za lmışdısa,  tacir-sənətkar 
əhali də həmin nisbətdə məhdudlaşmalı  idi. Əvvəlki şəhərlərin bir ço xu özlərinin  
ticarət-sənətkarlıq 
mərkəzləri  kimi  əhəmiyyətlərin i  itirərək,  tamamilə 
aqrarlaş maya  məru z  qalmışdılar:  onların  arasında  Ərəş,  Şabran,  Miyanə, 
Mahmudabad və başqaları vard ı» (133, s. 124).  
Sənətkarla rın  əksəriyyəti  xarici  tica rətlə  əlaqədar  olduqlarından,  ticarətin 
mag istral  yolların ın  yerdəyişməsi,  dəniz  ticarət  yollarının  in kişafı  ilə  əlaqədar 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə