R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə43/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   39   40   41   42   43   44   45   46   ...   177

92 
 
Orduyla  bağlı,  habelə  hərbi  çinlər  barədə  də  Volınski  məlu mat  verir: 
«leşkər  piyadəri  -  piyadalar,  sihahi  -  atlı  dəstə,  sərdar  -  general,  minbaşı  - 
polkovnik,  yüzbaşı  -  kapitan,  aləmd ir  -  proporşik,  yasovul  -  serjant,  corcibaşı  - 
qlaşatay,  «erçi»  (elçi)  -  elçi,  səfir,  «çopir»  (çapar)  -  kuryer,  şatır  -  skoro xod  
(çapar)». (yenə orada) 
A.Volınski,  dörd  əyalətin  -  İrəvan,  Şirvan,  Qəndəhar,  Kuhğulu 
qubernatorlarının  bəylərbəyilər,  digər  əyalətlərin  qubernatorlarının  isə  xanlar, 
vitse-qubernatorların  is ə  sultanlar  olduğunu  göstərir.  İnzibati  və zifələ rdən 
A.Volınski,  vəzir  -  ko mandan,  naib  və  ya  canişin,  sali  -  şahzadə  (gürcü  və 
Havize  (Bəsrə  ya xın lığ ında)),  samo l  -  upravitel,  kənt xuda,  ko xa,  məhsuldar 
(vergi toplayan - sborşik), ehtasbaşı - slobotçik adla rını çə kir. (102, s. 182). 
V.N.Leviatov  öz  növbəsində  göstərir  ki,  Azərbaycanda  «iri  xanlar  - 
Şamaxı,  Gəncə,  Təbriz  bəylərbəyiləri  idi.  Nisbətən  az  əhəmiyyətli  şəhərlərdə 
onlardan  (xan lardan  -  R.D.)  asılı  sultanlar  əyləşirdi;  mahalları  bəylərbəyi  və 
sultanlara  tabe  naiblər  idarə  ed ird i.  Bunların  ha mısı  iri  torpaq  sahibləri  olub, 
əsasən  yerli  əyan  nəsillərindən  idilər»  (138,  s.  26-27).  İran  tarixin in  rus 
versiyasında XVII əsrin sonunda bəylərbəyilər tərəfindən idarə olunan 13 vilayət 
olduğu  göstərilir:  Şirvan,  Qarabağ  və  Gəncə,  Cənubi  Azərbaycan,  Çu xur-Səd, 
Qəzv in,  Hə mədan,  Kuhğulu  (Fa rs),  Kirman,  Gü rgan  və  Astarabad,  Məşhəd, 
Herat, Mə rvi-ŞahCan, Qəndəhar» (123, s. 294). 
A.  Vo lınski  missiyası  İsfahanda  qaldığı  altı  ay  ərzində  rus  elçisi,  Səfəvi 
sarayında  vacib  mövqelər  tutan  şəxsləri,  saray  xad imlərini  bilavasitə,  tədqiq 
etmə k, tanımaq imkanı ə ldə edir. Məsələn, o zaman kı  Et imadül-Dövlə Fətəli  xan  
A.  Vo lınskin in  təsvirinə  görə  çox  ağılsız  adam  olmasına  baxmayaraq,  şah  onun 
hər  bir  fıkrinə,  sözünə  böyük  qiymət  verirdi  (191,  c.18,  s.  29).  A.Vo lınski  öz 
jurnalında 1 sentyabr 1717-ci  ildə etdiyi qeyddə Fətəli  xan haqda belə yazmışdır 
ki,  (şahdan  sonra)  birinci  şəxs  -  Ehtime-devletdir.  «Onu  həm  də  vəzir  Əzəm 
adlandırırlar,  ən  çox  isə  xan  deyirlər.  Əslən  şemfkallardandır  (dağıstanlı 
olduğuna işarədir -  R.D.)...  Yaş və sifət cəhətdən nüfuzludur (izryadnoy), ancaq 
ağıl cəhətdən kəmdir...  İranda (Səf. d. -  R.D.) yüz  il bundan əvvəl də belə favorit 
olmamışdır.  Yaşı  isə  34-dür»  (32,  s.  306.  ob).  Fətəli  xan ın  kü lli-ixtiyar  o lması 
barədə  işağası  Nəcəfqulu  bəyin  A.Bo lınskiyə  dediklərindən  də  məlu m  olur: 
«(Səfəvi  dövlətində)  hər  şey  ona  (Fətəli  xana  -  R.D.)  tabedir  və  o  nə  istəyirsə, 
onu da edir...  Əgər səfir  (burada A.Volınski -  R.D.) özünə qarşı yaxşı hörmət və 
izzət  istəyirsə,  Etimadül-Dövlə  ilə  mə mnunluq  və  məhəbbətlə  davransın...  Əgər 


93 
 
onunla  dostlaşa bilsə,  (səfir)  istədiyinə  nail  olacaq,  çünki  burada  (Səfəvi  d-də  - 
R.D.) bütün hakimiyyət onun əlindədir...» (32, s. 126. ob.-127. ob.). 
Məlu m  olduğu  kimi  «dövlətin  bütün  ərazisi  d ivan  vilayətləri  və  xassə 
vilayətlərinə  bölün müşdü»  (123,  s.  294).  XVII  əsrin  sonuna  yaxın  mülk 
torpaqları  dövlət  ərazisinin  yalnız  b ir  hissəsində  qalmışdı,  qalan  hissə  xassə 
torpaqlarına çevrilmişdi. Xassənin yayılma arealı mü lk torpaq forması üçün ciddi 
təhlükəyə  çevrilmişdi.  Ümu milikdə,  xassə  torpaqlar  sərhədyanı  əra zilərdə  
yerləşən vilayətlər id i və onların xass ə olması hə min torpaqların təhlükəsizliyinin  
təmin  olunması  ba xımından  atılmış  addım  idi.  Xass ə  torpaqlarında  inzibati 
idarəet mə nazir və mustaufiyi - xassə tərəfindən həyata keçirilirdi. 
3.1.2.  Ordu.  Artıq  yuxanda  qeyd  olunduğu  kimi,  1639-cu  Zuhab 
müqaviləsindən  sonra  davam  edən  uzunmuddətli  sülh  şəraitində  Səfəvi  ordusu 
kəskin şəkildə gerilə miş, keyfiyyət dəyişikliyinə uğramış, praktikasızlıq ucbatından 
səriştəsizləşmiş,  mənəvi  cəhətdən  aşınmaya  məruz  qalmışdı.  Bu  barədə  Şeyx  Əli 
Həzin  yazır  ki:  «Vecsiz  şah  (Şah  Sultan  Hüseyn  -  R.D.)  və  şahzadələr,  habelə 
ordu  istirahətdən  (əyləncədən  -  R.D.)  başqa  heç  nə  axtarmırdı  (maraqlan mırd ı  - 
R.D.). Və yüz ilə ya xın müddət ərzində (əsgərlər - R.D.) ö z qılınclarını qınlarından 
çıxarmamışdılar...» (75, s. 116) 
Şah  Sultan  Hüseynin  dövründə  ordudakı  qeyri-qənaətbəxş  hətta 
acınacaqlı  vəziyyət  daha da böhranlı  mərhələyə  daxil  olur.  Belə    bir  vəziyyətin 
yaranmasına  səbəb  o  idi ki,  C.Hanveyin göstərdiyi kimi: «İran bu əsrin (XVIII 
əsr  -  R.D.)  əvvəlindəki  qədər  mükəmməl  əmin -amanlıq  şəraitində  olmamışdı. 
Qonşular  ilə  bağladığı  müqavilələr  ..  onu  hər  hansı  xarici  müdaxilədən 
sığortalamışdı; nə qədər ki əhali, uzunsürən sülh şəraitinin labüd nəticəsi olaraq  
cırlaşmış  və  təmtərağa  alışmışdı,  (şahlığın  -  R.D.)  öz  təbəələrinin  iddiaları 
cəhətdən  hər  hansı  təhlükə  gözləməyin  yeri  yox  idi.  Elə  görünürdü  ki,  əvvəlki 
zamanlarda  çox  sayda üsyanlarla  üzləş miş  bu  monarxiya  davamlı  özül  ü zərində 
bərqərar olunub, odur ki, bu versiyanın təma milə ə ksi aşkarlananda bütün dünya 
üçün  gözlənilməz  olur.  Bu  təəccüblü  katastrofanın  (əfqan  yürüşlər  -  R.D.) 
müəllifləri... (Səfəvilərin -  R.D.) himayələri altına aldıqları  xa lq - əfqanlar olur...»  
(61,  c.  1,  s.  22)  C.Ma lkolm  yaran mış  əlverişli  şəraitdən  Səfəvi  hakimiyyətinin 
yararlanmad ığı  ilə  bağlı  yazır:  «Fövqəladə  əmin-amanlıq  belə,  İrana  (Səfəvi 
dövlətinə  R.D.)  heç  bir  üstünlük  bəxş  etmədi.  Bu  bir  həqiqətdir  ki,  şahlığın  
şahzadələri,   əsil-nəcabətliləri və yüksək səviyyəli məmurlar: xaricdən  və  daxildən  
müharibə  təhlükəsindən  azad   olunmuş vəziyyətdə... günü-gündən döyüşkənlik 
qabiliyyətlərini  yadırğayırdılar.  Dövlət  ə mniyyət  içərisində,  xoş  gündə  olarkən 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə