R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə41/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   37   38   39   40   41   42   43   44   ...   177

88 
 
Yə zd və Bəndər Abbasa doğru irəlilədiyi bir  za man, Şah Sultan Hüseyn sarayında 
qonaq qismində  bulunan gürcü şahzadəsi  XI  Georgiyə  müraciət  edərək  bəlucluları 
sakitləşdirməyi ona tapşırır;  Georgi Kirman hakimi təyin edilir və buraya soxulmuş 
qüvvələri geri oturdur. Bəlxlilər böyük itkilər verirlər. Georgi məğlub edilmiş bəluclu 
üsyan başçılarının kəsilmiş başlarını hərbi qənimət şəklində qardaşı Levanla birlikdə 
İsfahana  yollayır.  Şah  Sultan  Hüseyn  Levanı  səxavətlə  mükafatlandırır  və  onu 
İsfahanın divanbəyisi təyin edir. XI  Georgi ö zü isə geri oturulduğuna baxmayaraq 
daima təhlükə mənbəyi ola biləcək bəlucluları cilov-lamaq məqsədilə Kirmanda uzun 
müddət qalmalı olur (246, s. 46). 
Daha  bir  üsyan  Kürdüstanda  baş  verir.  Üsyana  s əbəb  Ərdəlan  hakimi 
Həsənəli xanın zülmkar davranışı olur. Fanatik şiə olan bu hakim sünni kürd əhaliyə 
qarşı  insafsızcasına  soyğunçuluqla  məşğul  olurdu.  Bu  həyəcanlar  şah  qüvvələri 
tərəfindən asanlıqla yatırıla bilir.  Pyer Qavderan öz qeydlərində yazır ki, «bu xəbər 
(üsyanın  yatırılması  -  R.D.)  İsfahana  yetişəndə  böyük  xalq  şənlikləri  təşkil 
olunmuşdu.  500-600  üsyançınm  kəlləsi  yol  boyunca dirəklərə sancılmışdı» (57, s. 
38; 246, s. 47). 
1706-cı  ildə  turbulent  ləzgilərin  Gürcüstana  ağır  nəticələr vermiş  soyğunçu 
yürüşləri  baş  verir.  İmperiyanın  şimal-qərbində  baş  verən  bu  insidentin  səbəbi, 
Səfəvi  höku məti  tərə findən  müntəzəm  olaraq, sülh şəraitinin saxlanılması  məqsədi 
ilə ləzgilərə ödənilən  müavinətin uzun müddətdən bəri verilmə məsi idi. L.Lokhart 
göstərir ki, «yubandırılmanın səbəbi, bu işə cavabdeh olan dövlət xadimlərin in öz 
işlərinə yarıtmaz yanaşmaları» olmuşdu (246, s.50).  
R. Seyvori göstərir ki, «1706-cı  ildə yaxınlaşan təhlükələrə məhəl qoymadan 
şah  paytaxtı  tərk  edərək  bir  ilə  yaxın  müddət  ərzində şiə  ziyarətgahlarını  -  Qu m 
şəhərində VII imamın qızı Fatimənin və Məşhəddə VIII imam Rzanın məqbərələrini 
ziyarətə  gedir.  Onunla  b irlikdə  səfərdə  bütün  hərəmxanası,  saray  əhli  və  ö zünə 
yaxm saydığı adamlar - cəmi  60.000 şəxs iştirak edir.  Bu səfərin  xərcləri hədsiz 
dərəcədə  yüksək  idi  və  ərazilərindən  keçilən  əyalətlə rin  ca maatının  üzə rinə  
dözülməz  vergilərin  tətbiqi  hesabına  ödənilirdi»  (264,  s.  243).  Şah  Su ltan 
Hüseyn 60.000-nə yaxın   müşayiət edən adamla birlikdə bir  ilə yaxın Məşhəddə 
qalarkən,  1707-c i  ilin  iyununda İsfahanda həyəcanların baş verməsi  xəbəri gəlir. 
Bu həyəcanlara səbəb paytaxtda yaranmış aclıq olmuşdu. Ca maatın böyük qismi 
Meydani-Şahda  toplaşıb.  Ali  Qapıya  daş  ataraq,  şahın  qardaşı  Abbas  Mirzənin  
taxta çıxarılması tələbi ilə çıxış edirdi.  Belə olan halda, Şah Sultan Hüseyn gürcü 
Levanın  oğlu  (XI  Georg inin  qardaşı  oğlu)  Key  Xosrovu  Məşhəddən  paytaxta 


89 
 
göndərərək vəziyyəti yoluna qoymağı ona tapşırır.  Key Xosrov üzərinə qoyulan 
vəzifənin öhdəsindən gəlir. Xid mətinə görə şah onu İsfahanın darğası təyin edir. 
L.Lo khart  göstərir  ki,  Abbas  Mirzənin  şahlıq  iddiası  ilk  dəfə  məh z  bu 
üsyanda təcəssümünü tapır.  Lakin bu sonuncu cəhd olmur.  L.Lo khartın  fikrincə, 
hər halda «Sultan  Hüseynin insanpərvərliyindən  irə li gəlird i  ki, ö z sələflərindən 
fərqli ola raq qardaşını hakimiyyət üçün yararsız etmə k  məqsədi ilə ko r etdirmə k 
kimi sərt tədbirə əl at madı» (246, s.49). 
1709-cu  ilin əvvəllərində isə Səfəvi  ko mandanı  Lütfəli  xanın başçılığı  ilə  
Şirvanda üsyan qalxır (8, s. 248-249). «1709-cu ildə Təbrizdə şəhər əhalisinin ..., 
1715-c i  ildə  kürdlərin...,  1717-ci  ildə  Muğanda  şahsevənlərin...,  1720-c i  lu rla r, 
1721-c i  ildə  bəluc ların....  1722-c i  ildə  Sünikdə  ermən ilərin,  hə min  ildə  VI 
Vaxtanqın başçılığı altında Şərqi  Gürcüstanda  gürcülərin  ...»  üsyanları  baş verir 
(123. s. 310). 
3.1.1.  Dövlət  quruluşu.  Səfəvi  dövləti,  ilk  olaraq  teokratik  təməl 
üzərində  qurulmasına  baxmayaraq,  getdikcə  inkişaf  edərək  ənənəvi  şərq 
modelinə  uyğun  mütləq  monarxiyaya  çevrilird i.  Nə zə ri  cəhətdən  şah  qeyri-
məhdud  hakimiyyətə  malik  olmalı  id i,  la kin  o,  xa rakter  zə ifliy i  nümayiş  etdirər 
və  ya  dövlət  işlərinə  şəxsən  maraq  göstərməzd isə,  ətrafının  iradəsi  ilə  idarə  
olunan şəxsə çevrilird i. Səfəv i dövləti kimi  monarxiyalarda hökmdarın  xarakteri, 
əlbəttə ki, yüksək əhəmiyyətə
 
ma lik  məsələdir.  L.Lokhartın  fikrincə: « Əgər şah 
(burada Sultan Hüseyn - R.D.), I Abbas kimi bacarıq lı və cəsarətli olardısa, ço x 
güman  ki,  böhran  zamanında  (taleyüklü  anlarda  -  R.D.)  hər  şey  qaydasına 
qoyulardı» (246, s. 12). 
«Məşvərətçi  hüquqa  malik  ali  məclisə  ...I  Abbasın  dövründə  7      «dövlət   
dayağı»      (ərkani-dövlət):      baş      vəzir,      məclisi-nəvis,  divanbəyi,  qorçubaşı, 
qullarağası,  tüfəngçibaşı  və  eşikağasıbəyi  daxil  id i.  Bütün  İran  (Səfəvi  -  R.D.) 
qoşunlarının  ali  baş  ko mandanı  (sipahsalari  külli  İran)  yalnız  orduyla  bağlı 
məsələ lərin  müza kirəsi  za manı  a li  məc lisə  dəvət  olunurdu.  XVII  əsrin  sonunda 
daha  3  mə mur  ali  məclisin  tərkib inə  da xil  edilir:  mustoufi  əl-  mə mə lik,  naziri 
buyutat, mirşikarbaşı» (123, s. 292) 
İran tarixinin  Kemb ric versiyasında göstərilir  ki,  XVII əsrin əvvəllərində 
«Səfəvi  inzibati  maşın ı,  ö zünün  komp leks  nəzarət-balans  sistemi  sayəsində 
(mərkə zdən  effekt iv  idarəet mə  o lmadığ ı  hallar  istisna  olmaq la)  təəccüb 
doğuracaq  effektlə  işləyird i.  İnsan  həyatının,  mülkiyyətin,  səyahətin 
təhlükəsizliy i  tə min  olunurdu:  istehsal  və  ticarət  çiçəklənird i;  milli  a zlıq lara  
münasibətdə  tolerantlıq  nümayiş  etdirilir,  onların  hüquqları  təmin  olunurdu; 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə