R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə39/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   35   36   37   38   39   40   41   42   ...   177

84 
 
çatandan sonra şah  Məhəmməd  Bağırdan  bu  xid məti  müqabilində  nə  dilədiy ini 
soruşduqda,  sonuncu,  şərab  içməyin,  əlbəyaxa  vuruşun  və  ilk  baxışdan  çox 
günahsız  görünən  göyərçin  uçurtmaq  adətinin  qadağan  olunmasını  xah iş  edir. 
Şah məmnuniyyətlə bu  xahişi qəbul edir və elə o an müvafiq qərar verir (246, s. 
38).  Sultan  Hüseyn  həmçinin   sufilərin  şəhərdən  qovulması  barədə  qərar  qəbul 
edir.  Maraqlıdır  ki,  şahın  200  nəfər  şəxsi  cangüdənlərinin  hamısı  məhz  sufi  id i. 
La kin  hə min  qərarın  bu  mühafizəç ilə rə  şamil  ed ilib-edilmə məsi  barədə  qərarda 
heç nə deyilmirdi (246, s. 39). 
Şərabın  qadağan  edilməsi  bir  ço xları,  xüsusilə  saray  əhli  tərəfindən  
mə zə mmət,    hətta    qəzəb    hissi    ilə    qarşılanır,  çünki  xacələrin  şahı  sərxoşluğa 
qurşandırmaq və onu asanlıqla «idarə etməyə» bağladıqları ümid boşa çıxa bilərdi. 
Odur  ki,  onlar  şahın  böyük    xalası    Məryəm    bəyimdən    bu  problemin   
çözülməsində  istifadə  etməyi  qərara  alırlar.  Belə  ki,  Məryəm  bəyim  özü  də  şərab 
içməyi  xoşlay ırdı,  həmçin in  xacələr  varis  seçimi  zamanı  onun  sözünə  «qulaq 
asdıqlarının»  əvəzində  «minnətdarlıq»  gözləyirdilər.  Məryəm  bəyim,  xəcələrlə  gizli 
surətdə sövdələşərək, özünü xəstəliyə vurur və hər şey elə təşkil olunur ki, şah, sevimli 
xalasının  xəstə  olduğundan  xəbər  tutur  və  ona  bildirilir  ki,  həkimlər  Məryəm 
bəyimin xəstəliyinin əlacını yalnız şərabda görürlər (246, s. 39; 62, s. 55-64). 
Beləliklə, Sultan Hüseynin sentimentallığından istifadə edən xacələr, şübhəsiz, 
qələbə əldə  edirlər.  Lakin  bu, hələ  tam  zəfər deyildi,  belə  ki,  Məhəmməd  Bağır  və 
digər şiə teoloqları sarayda hələ də böyük nüfuz və təsir gücünə ma lik idilə r. 
Şah  Sultan  Hüseyn şəraba qurşandıqdan sonra  tüfeyli  həyat tərzin in  digər 
«komponentləri»  ilə  də  barışır.  Atası  kimi  o  da  bütün  dövlətin  ərazisində  ən 
gözəl qadın və qızları tutdurub öz hərəmxanasına gətizd irird i (62, s. 72-73). 
Rus tarixşünaslığında göstərilir ki, «Səfəvilərin şiə ruhaniliyi ilə sıx əlaqəsinə 
baxmayaraq,  XVII  əsrdə  sonuncular,  dövlət  orqanlarında  idarəetmə  hüququna 
malik  deyildilər;  heç  bir  ruhani,  ali  məclisə  üzv  deyildi.  La kin  hədsiz  fanatik  şiə 
olan...müctəhid  Məhəmməd  Bağır  Məclisinin  təsiri  altına  düşmüş  şah  Hüseynin 
dövründə  dövlət  idarəçiliyi  şiə  ruhaniliyi  və  onu  dəstəkləyən  bir  qrup  saray 
intriqanlarının və xacələrin əlinə keçir.  Şah Hüseynin dövründə ruhani zü mrəsinə 
aidiyyat,  istənilən  dövlət  vəzifəsi  tutmaq  üçün  kifayət  edəcək  qədər  əsas  idi.  Bu 
da, köçəri əyanları və vətəndaş bürokratiyasının əksəriyyətini qıcıqlandırırdı» (123, 
s. 308-309) 
Şahın dövlət işlərinə biganəliyini təsvir edərkən Aleksandr Hamilton yazır ki, 
özbəklərin  Xorasana  hücum  xəbəri  saraya  yetişdikdə  «Şah,  əlində  ipdən  asılmış 
quş  lələyi  ilə  pişiyi  oynatmaqla  məşğul  idi,  qasid  çox  tələsik  halda  əlində 


85 
 
məktublarla,  şah  çadırının  astanasında  dayanmış  vəzirin  yanına  yetişir  və  
əlahəzrətin bu məsələ ilə bağlı nə əmr edəcəyini bilmək  istədiyini anladır.  Lakin  
şah  pişiklə  oynamağa  məşğul  olduğu  üçün  vəzir  və  nazirləri  çağırıb,  məsələnin  
həllini onla rın ixtiyarına bura xır...» (60, s. 104-105). 
Şahın  xarakterini,  xüsusilə  də  hədsiz  mö minliyin i  təcəssüm  etdirən  daha 
bir  hadisə  1706-c ı  ildə  baş  vermişdi.  İsfahandakı  Çehelsütun  sarayında  nahar 
edərkən,  ta xta  sütunlardan  biri  yan mağa  başlayır  və  alov  tavana  da  keçir.  Ço x 
qəribədir  ki,  şah  odu söndürməyə  heç  kimə  ica zə  vermir  və  deyir:  «Əgər  Allah  
istəyirsə  ki,  bu  saray  yanıb  kül  olsun,  mən  buna  müqavimət  göstərməyəcə m». 
Nəticədə binaya xey li zərər dəymişdi (246, s. 42). 
Daha  bir  misal:  Şah  Sultan  Hüseyn  heyvan və  quşların  qanını  axıtmağı 
belə  rəva  bilmird i.  O,  ö z  sarayının  bağçasında  üzən ördəkləri  havaya  qalxmağa  
məcbur  et mək  üçün  hədəfdən  kənara  atmağı  xoşlayırmış.  Bir  dəfə  o,  təsadüfən, 
belə əylənərkən, quşlardan birini yara layır. T. Kruşinski yazır  ki, «o (şah - R.D.), 
...«qanlı  oldu m»  deyə,  özünü  günahkar  sayır  və  həyəcan  keçirirdi,  ...dərhal  əmr 
edir  ki,  200  tümən  pul  kasıblara  paylansın; bununla  o, vicdanını,  günah  saydığı 
əməldən təmizləmək istəyir» (62, s. 77). 
Şah  Sultan  Hüseyni  A.Volınski  öz  jurnalında  belə  xarakterizə  etmişdir: 
«Hökmdar söhbəti sevəndir (slovooxoten),  mərhəmətlidir və həm ö zününkülərə, 
həm  də  əcnəbilərə  meyllidir.  Ancaq  utancaqdır,  belə  ki,  kiminləsə  danışarkən 
üzü  qızarır.  Həmçin in  hüzurunda  dayanan  xacələrə  tərəf  tez-tez  nəzər  yetirir, 
bəzən isə hətta soruşur ki, be lə mi danışmaq gərəkd ir» (32, s. 309 ob).  Xacələ rin  
və  ruhanilərin  sarayda  geniş  s əlahiyyətlərə  ma lik  olmasından  bəhs  edən  A. 
Vo lınski  yazır:  «Şahın  yanında  böyük  hörmətə  çebadarbaşı  -  xacə  İsmay ıl  ağa 
malikd ir.  Nüfu zlu  xacələrdən  -  yüzbaşılar  İbrahim  ağa  və  Mehmet  ağanın  da 
adları qeyd olunur. Şah ruhanilərə böyük  mərhəmət və hörmət bəsləyir.  Həm də 
dünyəvilərdən daha ço x onlarla ünsiyyətdə olur...  Beləcə, dünyəvi işlərə də ço x 
az qarışmağa üstünlük verir» (32, s. 310 ob). 
İşağasının  söhbət  zamanı  A.Vo lınskiyə  dediklərindən  məlu m  olur  ki, 
«əlahəzrət şah, heç bir məsələyə qulaq as mağı ne izvolit və onun həzrətlərinə heç 
nə barədə hesabat vermirlə r» (102, s. 101). 
Şahın  davranışı,  xüsusiyyətləri  barədə  rus  konsulu  Semyon  Avramovun 
qeydlərində,  ingilisdilli  tarixşünaslıqda  (L.Lokhart,  R.Seyvori  v ə  b.)  verilən  
xarakteristikaya  zidd  olaraq,  Sultan  Hüseynin  zalımlığ ı,  qəddarlığı  vurğulanır. 
Be lə  ki,  Avra movun  dediklə rinə  görə ,  « mö min  şahın  təsadüfən  hərəmxanaya 
daxil o lmuş bir əsgəri öldürməyə ürəy i gəlir, səhəri gün şah həmin əsgərin qarnını 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə