R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə36/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   32   33   34   35   36   37   38   39   ...   177

77 
 
karvan  ticarətin in  zə iflə məsi,  sənətkar  məhsullarına  xaric i  bazarla rda  tələbatın 
azalması  nəticə  etibarilə,  əhalin in  sənətkarlıq,  ticarətlə  məşğul  olan  hissəsinin 
maddi  vəziyyətinin  xey li  pisləş məsinə  gətirib  ç ıxarır.  Bir  ço x  s ənətkar  və 
tacirlə rə  şəhərlərdə  öz  işi  ilə  məşğul  olmaqda  davam  etmə k  mü mkünsüz 
olduğundan,  onlar  şəhərləri  tərk  etməyə  başlayırlar.  Nəticədə  XVII  əsrin  sonu-
XVIII əsrin əvvəllərində şəhərlərin əha lisi bir neçə dəfə a zalır. 
Təəssüflər  olsun  ki,  «feodalizmin  son  dövründə  şəhərlər...  feodal 
münasibətlərinin  dağılmasına,  kapitalist  münasibətlərinin  yaranıb,  in kişaf 
etməsinə  şərait  yarat ma lı»  o lduğu  halda,  Şərq  dövlətlə rində  və  o  cü mlədən 
Səfəvi  dövlətində  bu  baş  vermədi.  Odur  ki,  «son  feodalizm  dövründ ə  Asiya 
şəhəri  (o  cümlədən,  Səfəvi  imperiyasının  şəhərləri  -  R.D.)  ö z  in kişafına  görə 
Qərbi Avropa şəhərindən geri qalırdı» (125, s. 10) 
Nəticə  etibarilə,  Sə fəvi  dövlətində  ölkənin  iqtisadi  qüdrətinin  istənilən 
səviyyəsi təmin olun madı  ki, bu da  imperiyanın süqutunu şərtləndirən cəhətlərdən 
oldu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


78 
 
 
III FƏS İL 
SİYASİ VƏ SOSİAL HƏYAT 
 
§1. Siyasi vəziyyət 
Səfəvi  dövlətinin  XVII  əsrin  sonu—XVIII  əsrin  əvvəllərində  siyasi 
vəziyyətinin təhlilinə keç mə mişdən əvvəl, şah I Abbasın ölümündən sonra siyasi 
səhnədə  baş  verənlərə  nəzər  salmağa  ehtiyac  var.  Be lə  ki,  a rtıq  yu xa rıda  
göstərildiy i  kimi: «Müasir Azərbaycan tarixşünaslığ ında indiyədək...I Abbasdan 
sonrakı  Səfəv ilərin...hakimiyyəti  dövrünə  ...  dair  monoqrafik  tədqiqat  ...»  o  
cümlədən  «XVII  əsrin  II  yarısının  siyasi  tarixinə  dair  araşdırma  mövcud  deyil» 
(99, s. 8, 246, qeyd 160). La kin yenə də yu xarıda qeyd olunduğu kimi, ingilisdilli 
tarixşünaslıq  nümunələrində  Səfəvi  dövlətinin  siyasi  tarixinə  dair  xey li  faktiki 
materia l  və  subyektiv  mü lahizələ r  mövcuddur  ki,  bu  da  həmin  tarixşünaslıq 
nümayəndələrin in,  ümu mən,  siyasi  problemlərə  daha  çox  önəm  vermələrindən 
irə li  gə lir.  Bir  sözlə,  bu  bölümün  işlənilməsi  za man ı  fakt ik  materia l 
kasadlığından  şikayətlən mək  düzgün  olmazdı.  Lakin  bu  bölümə  dair  ən  zəngin  
mə lu matla ra  L.Lo khartın araşdırmala rında rast g əlindiyi qeyd olun malıdır ki, bu 
da Ke mbric professorunun tədqiq etdiyi dövrün araşdırdığımız dövrün  xronoloji 
çərçivələri ilə üst-üstə düşməsi ilə şərtlənir. 
Zənnimizcə,  tədqiqat  prosesində  iqtibaslardan  geniş  istifadə  olunması, 
yuxarıda  qeyd  olunan  boşluğu  aradan  qaldırmaq  məramına  xid mət  etdiyindən, 
habelə  araşdırma mızın  tarixşünaslıq  ba zasında  aparılması  mövqeyind ən  başa 
düşüləndir. 
Be ləliklə,  L.Lo khart göstərir ki: « Şah Abbas 1629-cu ilin yanvarında son 
dəfə  gözlərini  yu manda,  onun  iki  oğlu  art ıq  vəfat  etmişdi,  üçüncü  oğlu  is ə  kor 
olduğundan hakimiyyət  üçün  yararsızlığı  səbəbindən, seçim  Səfi  Mirzənin  oğlu 
Sa m  Mirzənin  ü zərində  dayanır.  18  yaşlı  bu  şahzadə  hərə mxanadan  gətirilərə k 
boş qalmış taxtda əyləşdirilir, bir qədər sonra atasının adını götürür - I Səfi. Şah  
Səfi  (1629-1642)  tezliklə  özünün  görkə mli  dövlət  xadimi  olan  babasının  layiqli 
varisi  olmad ığını  aşkarcasına  nümayiş  etdirir.  Ço x  keçmədən  o,  son  Səfəvi 
hökmdarlarının  hamısının  mübtəla  olduğu  bəlanın  -  hərəmxananın  qeyri-məqbul 
həyat tərzinin  qurbanına  çevrilir.  Şahın  dövlət  işlərinə  marağının  getdikcə  azaldığı 
bir şəraitdə ixtiyar, nəzarət nazirlərinin əllərində cəm olmağa başlayır» (246. s. 26-
27). 


79 
 
L.Lo khartın  fikrincə,  Şah  Səfi  «ço x  qəddar,  zalım  və  qaniçən  hökmdar 
olmuşdur»  (246,  s.  27).  O,  öz  hakimiyyəti  illərində  bir  sıra  görkəmli  hərbi 
xadimləri  fiziki  cəhətdən  məhv  etmişdi.  Hərçənd  ki,  A.Bakıxanov  Şah  Səfini 
«cəsarətli  və  türklərə  qarşı  müharibədə  ağıl-dərrakəsi  ilə  seçilən»  şəxs  kimi 
səciyyələndirir. (2.1, s. 121)  Rus tarixşünaslığında da göstərilir  ki: «...I Abbasın ən 
bacarıqlı silahdaşlarını özündən uzaqlaşdıran I Səfi adi bir şübhəyə görə onlardan 
ən qabiliyyətlisini, Hörmüzün fatehi İmamqulu xanı edam etdirir». (123, s. 297-298). 
Bacarıqlı  və  təcrübəli  hərbçilərin  aradan götürülməsi səbəbindəndir  ki,  Türkiyə  ilə 
müharibə qızışanda gərgin, böhranlı vəziyyət yaranır, 1638-ci  ildə Bağdad itirilir, 
bundan bir il əvvəl isə moğol imperatoru Qəndəharı tutur. 1639-cu ildə bağlanmış 
Zuhab sülhü Türkiyə ilə u zun çəkən  müharibələr silsiləsinə son qoyur. Yaran mış 
sülh  şəraitində  Şah  Səfi  ö zünün  baş  vəziri  Sarı  Tağının  təkid li  «təkliflərinin» 
təzyiqi  altında  mülk  torpaqlarını  tədricən  xassəyə  çevirməyə  başlayır. 
Uzunmüddətli  sülh  şəraiti,  öz  növbəsində,  Səfəvi  ordusunun  keyfiyyət cəhətdən 
mənfi  dəyişikliyə  uğramasına,  mənəvi  və  niza m-intiza m  cəhətdən  aşınmaya 
mə ruz qalmasına səbəb olur. 
1642-ci  ildə  həddindən  artıq  şərab  qəbul  etmək  ucbatından  vəfat  edən 
Səfinin yerinə onun 10 yaşlı oğlu Abbas taxta çıxır. II  Abbasın (1642-1666) belə  
erkən  yaşında  hərəmxana  təlim-tərbiyəsindən  aralanıb şahlıq  taxtına  yiyələnməsi 
çox  mütərəqqi  təsirə  malik  olur.  Rus  tarixşünaslığında  is ə  II  Abbasın  «saray 
intriqanlarının iradəsi ilə idarə olunduğu» fikri vurğulanır. (123, s. 298) 1648-ci ildə 
Şah  II  Abbas  Qəndəharı  moğollardan  geri  almağa nail olur. Sonralar o, ordunun 
əvvəlki  döyüş  qabiliyyətini  bərpa  etməyə  cəhdlər  etsə  də,  ölümü,  başladığı  işi 
yarımçıq  qoyur.  L.Lokhart  göstərir  ki,  «təbiətən  qəddar  şəxs  olan  II  Abbas, 
ümumilikdə, ölkəni ağılla və ədalətlə idarə edirdi. Atası və gələcək xələfləri kimi o  
da  tüfeyli  həyat  tərzinə  mey l  göstərsə  də,  hakimiyyət  bu xovlarını  əlindən 
buraxmırdı»  (246,  s.  28).  A.  Bakıxanov  da  «ədalətlilik,  ciddilik  və  poeziyaya 
məhəbbətin»  II  Abbasın  s əciyyəvi  cəhətləri  olduğunu  qeyd  edir  (2.1,  s.  121). 
C.Ma lko lm  isə  Şah  II  Abbas  barəsində  yazır:  «Şəraba  aludəçilik  bu  şahzadəni 
tez-te z  eksess  vəziyyətlərə  salır,  onun  hakimiyyətinə  xə lə l  gətirird i.  Məh z  belə  
anlarda  o.  ço x  dəymədüşər,  əsəbi  və  ədalətsiz  o lurdu.  Bu  növ  eksesslər  əsasən 
saray divarları daxilində baş verdiyindən, ölkə əhalisi onu İranda bütün dövrlərdə 
hakimiyyətdə olmuş padşahların ən görkə mlisi və ədalət lisi  kimi tanıyırdı. O (II 
Şah Abbas - R.D.), dövlət  məmurlarına qarşı sərt, camaata qarşı  isə mü layim və 
səbrli  id i,  ö z  təbəələrinin  həyat  və  tərəqqisini  lazımınca  tə min  edirdi.  Abbas, 
adını daşıdığı böyük babası kimi bütün dinlərə münasibətdə dözümlülük nümay iş 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə