R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə33/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   29   30   31   32   33   34   35   36   ...   177

71 
 
məhv olmuş, şəhərin divarları, demək olar ki, təma milə dağılmışdı (62, p. 186). Bu  
səbəbdən  1723-25-ci  illərdə  türklərin  Təbrizə  hücumları  za manı,  ş əhərin 
müdafiəçiləri böyük çətin liklə ü zləşirlər. 
Təbrizin böyük ticarət əhə miyyəti və varlılığ ı haqqında Tavernye yazırdı 
ki,  burada  «Asiyanın  heç  bir  başqa  hiss əsində  olmayan  qədər  pullar  hərəkət 
(dövriyyə - R.D.) edir» (219, s. 520). 
1671-c i ildə J.Şarden Təbriz haqqında yazırdı: « Bu,  həqiqətən çox böyük 
və  əlahiddə  şəhərdir;  həm  səviyyəsinə,  böyüklüyünə,  varlılığ ına,  ticarət  
dövriyyəsinə və həm də əhalisinin sayına görə İranda ikinci (paytaxt İsfahandan 
sonra  -  R.D.)  şəhərdir».  Təbrizin  bər-bə zəkli  deyil,  pra ktik,  sadə  stilli  şəhər 
olmasma  işarə  edən  J.Şa rden  göstərir  ki,  «burada  15000  ev  və  15000  dükan  
vardır.  Mən  Təbrizdə  ço x  sayda  saray  və  dəbdəbəli  evlər  görmədim.  Lakin  
burada, Asiyanın hər yerində olduğu kimi, böyük bazarlar (yarmarka) vard ı.  Bu  
bazarlar  genişliy i,  böyüklüyü,  gözəlliy i...,  tağları,  bütün  gün uzunu  burada  olan 
adamların  sayı,  saysız-hesabsız  dükanları,  içərisində  olan  malların  çeşidi  ilə 
adamı  heyran  edir»...  Təbrizdə  250  məscid,  300  karvansaray  və  550000  əhali 
vardır»(219, s. 520). 
Ümü miyyətlə, təkcə Azərbaycanda deyil, həmçinin bütün Yaxın Şərqdəki 
şəhərlər arasında həm zənginliyi, həm də ticarətinə görə istisna təşkil edən Təbriz 
özünün  çoğrafi  və  strateji  mövqeyi  sayəsində  «şərq  və  qərb  arasında  yeganə 
rahat yol» kimi səciyyələndirilirdi.  Ərazisindən keçən böyük iqtisadi əhəmiyyətə 
malik karvan yolları onun orta əsrlərdə inkişafında mühü m ro l oynamışdır. 
«1721 -ci il martın  26-da baş verən zəlzələ nəticəsində Təbrizdə 100000-ə 
yaxın adam həlak o lduğunu» qeyd edən C. Hanvey (61, c.  2, s.  114) böyüklüyü 
etibarilə  Təbrizi  «ikinci  ş əhər  və  cənub-qərbi  Azərbaycanın  paytaxtı»  kimi 
səciyyələndirir (61, c. 2, s. 114). 
1717-c i  ildə  Təbrizdə  olmuş  rus  səfıri  A.P.Volınskin in  yazdığ ına  görə, 
şəhərdə  36000-ə  yaxın  daş  və palçıqdan  tikilmiş  ev  mövcud  olmuşdur  (206,  s. 
17). 
M.Heydərov da göstərir ki, «XVII əsrin sonunda Təbrizin əhalisi 250  min  
olmuş,  lakin  XVIII  əsrin  əvvəlində  xeyli  azalmışdı.  Böyüklüyünə  görə 
Azərbaycanın  ikinci  ş əhəri  olan  Ərdəbildə  XVII  əsrdə  təqribən  50-60  min, 
Naxçıvan, Mərənd,  Şəki, Urmiya, Tasuc və digər orta şəhərlərin hər birində 10-
15 min əhali yaşayırdı» (133, s. 15).  
Britanika 
ensiklopediyasında 
Bakı 
ilə 
əlaqədar 
göstərilir: 
«...kor  üçbucaq  formasında  qeyri-məhsuldar  təpə  üzərində  salınmışdır,  Böyük 


72 
 
Pyotrun hakimiyyəti za manı (rus işğalı  za manı  XVIII əsrin I rübündə - R.D.) inşa 
edilmiş 2 qat divar və xəndəklə müdafiə olunur...» (53.1, s. 258). 

Bir  ço x  orta  əsr səyyahları  karvan  yollarının  üstündə  yerləşən, gözəl təbii 
limana malik Bakının «yüksək keyfiyyətli ağ və qara neft, eləcə də duz və zəfəranla 
zəngin olduğunu» göstərirlər (47, s. 50; 46, s. 379-383). «Bakıda ləzgi, Buxara və hind 
(multani) karvansarayları var idi... Bakının XVIII  əsrə aid planlarında ötən əsrlərdən 
mövcud  olan  8  karvansaray,  habelə  bir  neçə  dağılmış  və  ya  su  altında  qalmış 
karvansaray qeyd olunmuşdur» (133, s. 24).     
XVIII əsrin əvvəllərində Bakıda olmuş fransız missionerləri şəhərin sərvətləri 
barədə  belə  yazırlar:  «Onun  (Bakın ın)  ətrafı  yumşaq  torpaqdan  ibarətdir  və 
zəfəranla  çox  zəngindir,  lakin  onun  əsas  neməti  faydalı  qazıntılardan  ibarətdir. 
Quyulardan... o qədər çox mənfəətli neft çıxarırlar ki, şahın (bu sahədə) ildə aldığı 
gəlir 12000 tümənə... bərabərd ir» (112, s. 35). 
Qabaqcıl    Qərbi  Avropa  ölkələrindən    gəlmiş    səyyahların  Bakı  nefti 
haqqında söylədiklərindən belə bir qənaətə gəlmək olur ki, Azərbaycanda hələ XVIII 
əsrin  əvvəllərində  yerli  əhalinin  nefti  ayırıb,  ondan  kerosin  aldığı  halda,  bəzi 
Avropa ölkələrində neft haqqında mükəmməl təsəvvür belə yo x idi. 
Şah Sultan Hüseynin 1711-ci ildə verdiyi fərmandan məlum olur ki,  Bakının 
neft və duz mədənləri icarəyə verilirmiş (112, s. 36). Korneli de Brüinin XVIII əsrin 
əvvəllərində  Bakı  haqqında  yazdıqları  xüsusi  əhəmiyyətə  malikdir:  «Bakı  şəhəri 
İranın  qərb  hissəsində  (şimal-şərqində  -  R.D.)  Şirvan  diyarında,  Xəzər  dənizi 
sahilində yerləşir və hələ də onun qədim divarları qorunub saxlanılmışdır. Burada 
dünyada  ən  yaxşı  sayılan  qoz  yağı  (nut oyl)  istehsal  olunur:  həm  qəhvəyi, həm  də 
acı...  Məni  əmin  etdilər  ki,  şəhərdən  iki  və  ya  üç  (leaguls)  aralı,  torpaq 
dayanmadan yanır, çünki tərkibi neft duzları ilə zəngindir...» (47, c. 1, s. 150). 
Əsərinin II cildində K.Brü in Bakı hakimləri və şəhərin müdafiəsi haqqında 
bunları yazır: «Bu vilayətin (Şirvan - R.D.) hakimləri qısa zaman ərzində varlanmaq 
imkanını  heç vəchlə  fötvə vermirlər.  Bu  da  onların  (rus)  dominantlığı  dövründə 
çar  həzrətlərinə xeyli rəğbətli  münasibətdə olmalarını əsaslandırırdı. Müəyyən dövr 
ərzində  hər  hansı  hakimiyyət subyektinə  çevrilməsi  (zəbt  olun ması  -  R.D.)  şəhər 
üçün  böyük  əhəmiyyət  kəsb  edirdi,  belə  ki,  hər  dəfə  fəth  olunarkən,  onun 
müdafiəsi möhkəmləndirilir, yeni qalalar tikilirdi» (47, c. II, p. 163).  
Dərbəndlə  bağlı  Britanika  ensiklopediyasında  belə  göstərilir:  «Dərbənd  - 
...  fa rsca  adı,  çox  gü man  ki,  V  əsrin  sonu,  VI  əsrin  əvvəllərində,  Sasanilər 
sülaləsindən  olan  Qubad  tərəfindən  bərpa  edild ikdən  sonra  işlədilməyə 
başlayıb... 1722-ci ildə səbatsız İranla (burada Səfəvi dövləti -  R.D.)  müqayisədə 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə