R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə30/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   26   27   28   29   30   31   32   33   ...   177

65 
 
Hörmü zdən qırmızı oksid və duz da ixrac edilirdi. İxrac məhsulları arasında 
dərman, dərman bitkiləri, ədviyyələr də vardı. 
«Şiraz  şərabı  qadağalara  baxmayaraq,  saray  dairələrində  və  ölkədə  olan 
əcnəbilər arasında böyük hörmətə malik idi. Tavernyenin məlu matına görə, 1666-cı 
ildə  istehsal olunmuş ş ərabın miqdarı 4,125 barrel (çəllə k - hər birində 300 pint (1 
pint  =  0,5681)  şərab  olmaq la)  idi.  Bu  ş ərabın  1/4-i  Hindistana  ixrac  olun muş, 
daha  1/4-i  isə  sarayın  təchizatı  üçün  saxlanılmışdı.  Ən  yaxşı  şərab  üzümünün 
yetişməsi  üçün  şərait,  iq limin  ən  əlverişli  olduğu  yerlərdə  -  Azərbaycanda, 
Rizaiyyə gölü ətrafında, Qəzvində, Xorasanda, xüsusilə Nişapurda, Gürcüstanda və 
Ermənistanda, İsfahan, Yəzd və Şirazda istehsal olunurdu» (271, s. 481-482). 
Şiraz  şərabı  avropalıların  ən  çox  sevdiyi  şərab  idi.  Odur  ki,  onlar  XVII 
əsrin  əvvəllərindən  başlayaraq,  şərab  istehsalının  artımını  stimullaşdırırdılar. 
Bunun üçün avropalılar ermənilərlə sövdələşmələrdə bulunurdular. Tütün, marena, 
zəfəran,  küncüt  kimi  mü xtəlif  texniki  bitkilərin  becərilməsi,  habelə  meyvə  qurusu 
istehsalı  sahələri  əmtəə-pul  münasibətlərinə  cəlb  olunur,  istehsal  olunan  tütünün 
əsas hissəsi bazara çıxarıhrdı. Tavernye göstərir ki, tütün ticarətindən şah xəzinəsinə 
Təbrizdə  20  min,  İsfahanda  40  min,  Şirazda  12  min  tümən  gəlir  gəlird i  (76a ,  s. 
170).  Bu,  ço x  böyük  məbləğ  idi.  Müqayisə  üçün  deyək  ki,  şah  Süleymanın 
hakimiyyətinin sonuna yaxın, yəni  xaric i t icarətin tənə zzü l  keçirdiy i va xt Səfəvi 
dövlətinin İran körfəzi sahillərində üç iri gömrük məntəqəsi birlikdə xəzinəyə 65000 
tümən gəlir gətirə bilirdi  (133,  s.  134-135).  P.P.Melqunov  İrandan  Rusiyaya  ixrac 
olunan  mallar  arasında  aşağıdakıları  sadalayır:  «...Safyan  (zəfəran),  ipək 
materiyalar  (parçalar),  xalça  və  süfrələr,  qızıl  məmulatları,  silah...,  təbii 
məhsulla rdan  cila lan ma mış  qiymətli  daşlar,  mirvari  və  Hindistan  malla rı...»  
(157, s. 230). 
2.1.2. İdxal. Daxili tələbatın ödənilməsi, habelə reeksport üçün əsas idxal 
məhsulu  parça  idi.  Yun  parça  əsasən  İngiltərədən,  az  həcmdə  Venesiya,  Fransa 
və  Hollandiyadan  id xa l  edilirdi.  Şərq i-Hind  ko mpaniyasının  Bəndər-Abbas 
vasitəsilə  parça,  geyim  məhsullarının  satışını  genişləndirmə k  üçün  etdiyi 
cəhdlərə  baxmayaraq,  id xa l  əsas  etibarilə  Livan  vasitəsilə  reallaşdırılırd ı. 
Hindistandan  mü xtəlif  növ  parçalar  yerli  tacirlər,  Hollandiya  Şərq i-Hind 
ko mpaniyası  və  az  həcmdə  İngilis  Şərq i-Hind  ko mpaniyası  vasitəsilə  id xal 
edilird i.  Bir  müddət  hollandların  Hindistandan  Səfəvi  dövlətinə  parça  idxa lına  
qadağa  qoyulur.  Səfəvi  dövlətin in  süqutuna  doğru  hollandlar  yenidən  parça  və 
ədviyyat idxalını bərpa ed irlər (271, s. 482-483). 


66 
 
Səfəvi dövlətinə Hə ləbdən sabun, Mosuldan dəmir,  Orta Asiyadan la zur, 
Vandan  (Türkiyə)  qiy mətli  balıq  növləri  və  s.  gətirilirdi  (67,  s.  313).  Çindən 
saxsı  məmu latlar,  dərman  otlar,  ədviyyat  və  s.  idxal  ed ilird i  (67,  s.  242). 
Hindistandan  Səfəvi  dövlətinə  daha  çox  sənətkarlıq  istehsalı  üçün  lazım  olan  
metallar,  o  cü mlədən  yüksək  keyfiyyətli  polad  (fulad)  gətirilird i.  Səfəvi 
dövlətində bir parça belə polad  (2 q ılınc hazırlan masına  kifayət edən qədər) 4-5 
abbasıya satılırdı  (133, s. 88).  Əmtəə  mübadiləsinə gəlincə,  məlu mdur ki, Təbriz 
bazarına  Şirvan  və  Gilan  xam  ipəyi,  Marağa  sınovkası,  Xəzər  dənizi  və  Acı 
çayından balıq; Ərdəbil bazarına isə Talış və Gilandan balıq,  mü xtəlif tərəvəzlər 
gətirilirdi.  Na xç ıvan duzu və  Ba kı nefti həm Azə rbaycan şəhərlərinə və hə m də  
qonşu  dövlətlərə  daşınırd ı  (133,  s.49).  A.Oleariy,  Y.Streys  göstərirlər  ki, 
Ərdəbildən  başqa  (burada  qadağa  qoyulmuşdu)  hər  yerdə  şərab  məhsulları 
satılırd ı  (67,  s.  222-223;  33,  s.  245).  Zeytun  yağı  Səfəvi  dövləti  ərazisində  hər 
yerə ixrac olunurdu. Uzaq və Orta Şərqdən əsasən parça, meta l, qiy mət li daşlar, 
ətirli  maddələr  gətirilirdi.  Rusların  id xal  etdikləri  məhsullar  arasında  bahalı 
xə zlə r,  dəri  mə mu latla r,  metallar  (qalay,  mis)  əsas  yer  tuturdu.  «Qərbi 
Avropadan  gətirilən  məhsullar  arasında  ingilis  və  holland  mahudları,  Venesiya, 
alman,  isveç  və  holland  istehsalı  olan  mü xtəlif  şüşə  (güzgü)  və  dəmir  (yaraq, 
silah, iynə, sancaq və s.) məhsullar üstünlük təşkil edirdi» (133, s. 97). 
Mineral  sərvətlərə   gəlincə,  onların  ehtiyatlarından  istifadəyə  ilk  c iddi  
cəhd    şah  I  Abbasın  dövründə  edilir  (220,    s.    510).  J.Şardenə  görə,  onun 
diqqətini bu məsələyə çəkən,  minera l suların çağladığı yerlərdə torpağın təkində 
qiymət li  metalların aşkar edilmə fa ktı olmuşdu (220, s. 511). J.Şa rden, həmç inin  
Şahi-Kuhda  Kervan  (Kervan),  Kirman  və  Mazandaranda  gümüş  mədənlərinin, 
Hirkan,  Kü rdüstan,  Parfiya  və  Baktriyada  dəmir  mədənlərinin,  Sari  və  Qəzvin  
yaxınlığında  mis  mədənlərinin,  Kirman  yaxın lığında  və  Yəzddə  qurğuşun 
mədənlə rin in,  Mazandaran  Çalda  (Ərəb istan  ərazisi)  nafta  quyuların ın,  Nişapur 
və Firuzguhda firu zə mədənlə rin in olduğunu bildirir. Müəllif İran poladının «çox 
əla, kükürd lə zəngin, əzəmətli, ... lakin şüşə kimi kövrək» olduğunu bildirir (220, 
s. 511). 
§2. Şəhərlər 
Ümu miyyətlə,  məlu m o lduğu kimi, orta əsr şəhərləri  3 q ismə bölünürdü: 
öz  inkişafına  görə  monarxlar  və  ya  iri  əyanların  iqamətgahları  kimi  təşəkkül 
tapmış şəhərlər; bu və ya digər sənət sahəsinin  mərkəzi olan şəhərlər; emporiya 
şəhərlər  -  böyük  karvan  yollarının  düyün  nöqtələrində  yerləşən  və  ya  liman  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə