R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə27/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   23   24   25   26   27   28   29   30   ...   177

58 
 
Bazarlarda  ölçü  vahid ləri  də  mü xtəlif  id i  ki,  bu  da  ölkədə  vahid  ö lçü 
sisteminin  olmad ığından  irəli  gəlirdi.  «İsfahanda  şah  arşını  rus  arşınından  6,5 
qarış,  Təbriz  arşını  8,5,  Şamaxı  arşını  isə  6  qarış  qədər  uzundur...  Hər  kəs  alıb-
satdığı  malı...  öz  arşını  ilə  ölçürdü...  Əsas  çəki  vahidi  batman  və ya  man  hesab 
olunurdu.  Lakin  hər  şəhərin  özünə mə xsus...  batman ı  var  idi.  Şahın  bat manı 
başqalarına  nisbətən  hamısından  ağır  id i.  Şah  batmanı  14  rus  funtuna,  Şamaxı 
batmanı  9,5,  Təbriz  batman ı  isə  7,2  rus  funtuna  bərabər  idi...  Ən  kiçik  ölçü  
vahidi misqal id i, təqribən qra ma bərabər» (113, s. 53). 
Şah hökuməti ölkən in çətin iqtisadi durumunda belə vecsiz hərəkət edirdi. 
T.Kruşinskinin sözlərindən  məlu m olduğu kimi, 1706-cı ildə şah Sultan Hüseyn 
60000  nəfər  ada mla  müqəddəs  ziyarətgahları  -  Qu m  şəhərində  Fatimey i-
Məsumənin  məqbərəsini,  Səfəv i  şahların ın  mavzo leyin i,  İma m  Rzanın  
Məşhəddəki  məqbərəsini  ziyarət  et mə k  məqsədilə   paytaxt ı  tərk  et mişdi.  Bu  
ziyarət  o  dərəcədə  möhtəşəm,  yüksək  səviyyədə,  qənaətsiz,  bəd xərc liklə  təşkil 
olunmuşdu  ki,  T.Kruşinskinin  sözləri  ilə  desək,  «nəinki  nəzərdə  tutulan 
məb ləğdən  çox  məsrəf  olun muşdu,  həmçin in  əra zisindən  keçilən  bütün 
əyalətlərin  var-yo xdan  çıxmasına  səbəb  olmuşdu...  Buna  çəkilən  xərcin  yarısı 
Qəndəhar üsyançılarına qarşı ekspedisiya göndərilməsinə bəs edərdi» (62, s. 92). 
1717-c i  ildə  şah  xə zinəsinin  hədsiz  dərəcədə  boşalması  haqqında  və  şah 
hökumətin in  bu  maliyyə  böhranını  aradan  qaldırmaq  üçün  gördüyü  fövqəladə 
tədbirlər  haqqında  A.P.Volınskin in  aşağıdakı  f ikirlə ri  təsəvvür  yaradır:  «(Şah) 
sərəncam  verdi  ki,  Qu mda  basdırılmış  keç miş  hökmdarları  (şahların  
məqbərə lərini -  R.D.) və oradakı qəndil, şamdan və digər əşyalarda olan qızıl və  
gümüşü götürüb, İsfahana gətirsinlər.  Eləcə də zati-aliləri... qızıl, gümüşdən olan 
qabları  və  digər  əşyalarının  hamısın ı  yığıb,  onlardan,  ixtiyarında  olacaq 
qoşunların  məvacibin i  vermək  üçün  pul  kəsdirilməsini  əmr  etdi,  belə  ki,  indi 
xə zinə boşalıb və qoşunlara ödəməyə pul yoxdur. Dey ilənə görə, ...(Təbrizdə) nə 
qədər  qoşun  toplayırla rsa  da,  məvacib  verilməd iyindən  hamısı  qaç mağa  üz 
qoyur» (32, s. 318, 318 ob). 
Torpaq  məsələsinə  gəlincə,  V.  N.  Leviatov  yazır  ki,  Sə fəvi  dövlətində 
«şah  hökuməti  mərkəzləş miş  idarəetməni  qoruyub  saxlamaq  və  yerli  hakim 
sahibkarların  asılılığın ı  bərqərar  etmək  məqsədilə  bütün  dövlət  torpaqları 
üzərində  şahın  ali  mü lkiyyətçiliyi  mövqeyindən  çıxış  edirdi.  Dövlət  aparatının  
gücünə  istinadən  hökumət  inadla  özü  üçün  bu  vacib  siyasi  prinsipi  həyata 
keçirməyə çalışırdı. Bununla əlaqədar hər hansı torpaq mülkiyyətçiliyi şahın izni 
sayəsində  mümkün  olmuş  kimi  görünürdü.  Bu  rəsmi  ba xış  torpaq  mülkiyyəti 


59 
 
məsələ lərinə  dair  bütün  s ənədlərdə  öz  ə ksini  tap mışdır»  (138,  s.  24-25). 
«Asiyanın  əksəriyyət  ölkələrində  feodalizmin  vacib  xüsusiyyətlərindən 
biri...torpaq  üzərində  dövlət  mü lkiyyətinin  üstünlük  təşkil  etməsidir. 
Ümu miyyətlə, bütün Asiyada dövlət, monarxın simasında bütün torpaqların əsas 
mü lkiyyətçisi  hesab  olunurdu...»  (125,  s.8)  O.Əfəndiyev  öz  növbəsində  göstərir 
ki:  «Səfəvilər  dövlətinin  yaranması  ilə  dövlət  torpaqlarının  (divani)  və  şah 
ailəsin in  şəxsi  mülklərinin  (xassə)  durmadan  art ması  müşahidə  edilir»  (110,  s. 
185). A.Lə mbtonun qənaətinə görə, divani (dövlət) və xassə (səltənət) torpaqları 
arasında  «həqiqi  bölgü  şah  I  Səfin in  dövründə dəqiqləşmişdir  (yəni  onadək  bu 
formalar  arasında  elə  bir  fərq  mövcud  olmamışdı  -  R.D.)»  (242,  s.  108). 
V.M inorski də J.Şardenə istinadən  xassa idarəsinin ilk dəfə şah I Səfin in (1629-
1642)  dövründə  tətbid  edildiyini  göstərir  (250  a,  s.  26).  R.Seyvori  də  öz 
növbəsində,  XVI  əsrdə,  ilk  Səfəvilər  dövründə  dövlətin  ərazisinin  məməlik  vs 
xassələrə bölünməsini mü mkünsüz sayır. 
Səfəvi  dövlətində  «ən  geniş yayılmış  torpaq  bağışlanması  fo rması    tiyul  
idi  ki,   bu  da  bağışlanmış  torpaq  üzərində ya müddətli,   ya  ömürlük,   ya  da  
irsi   mülkiyyət   hüququ,   həmin torpaqlardan gələn gəlirlərin hamısın ı və ya bir 
hissəsini  almaq  hüququ  verirdi.  Tiyuldar  bu  torpağı  satmaq,  bağışla maq  v ə  ya  
başqasına vermək  hüququna  malik  deyild i,  lakin  tiyulu  vermiş  şaha  və  ya  xana 
bunun müqabilində hər hansı xid mət göstərməli id i. Tiyul sahibi torpaqdan renta 
almaqla  yanaşı,  həmin  torpaqda  yaşayan  əhali  üzərində  idarəetmə  hüququna 
malik id i.  Bu növ geniş hüquqlar... təmin edən tiyul bəzən əvvəllər o lduğu kimi 
soyurqal  adlandırılırdı,      lakin      XVIII      əsrdə      bu     termin      artıq  istifadədən 
çıxırd ı» (138, s. 25). 
«...Daha bir torpaq  mülkiyyəti forması olan « mülk» ... onunla fərqlənirdi 
ki,  mülk  sahibi  onu  tam  və  ya  qismən  sata,  bağışlaya  və  ya hər  hansı  şərtlərlə 
kiməsə  verə  bilərdi.  Bu,  mülkiyyətin  daha  tam  (mükə mməl  -  R.D.)  forması  id i. 
Əvəzində hər hansı məb ləğin divana (xəzinəyə -  R.D.)  keçirilməsi və ya  xid mət 
göstərilməsi  tələb  olunan  adi  mülklə  yanaşı,  onun  borc  və  vergilərdən  azad 
edilmiş forması - « mü lk-xalisə» də mövcud idi» (138, s. 25). 
L.Lo khart  göstərir  ki:  «XVII  əsrin   sonuna  yaxın  mü lk  torpaq  forması 
dövlət  ərazisin in  yalnız  bir  hissəsində  mövcudiyyatını  saxlamışdı,  qalan  hissə 
xassə  torpaqlarına  çevrilmişdi.  Ümu milikdə  sərhədyanı  ərazilə rdə  yerləşən 
vilayətlər  xassə torpaqlarına çevrilmişdi ki, bu da onların düşmən hücumlarından 
qorunması məqsədilə atılmış bir addım id i» (246, s. 14). 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə