R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə25/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   21   22   23   24   25   26   27   28   ...   177

54 
 
L.Lokhart  1700-1701-ci  illərdə  Səfəvi  dövlətində  olmuş  Pol  Lukas  adlı 
fransızın  yol  mühafızə  dəstələrinin  özbaşınalığı  və  qəddarlığından  şikayətləndiyini 
qeyd  edir.  Pol  Lukasın  dediyinə  görə, şah  karvanları  soymaqla  məşğul  olanların 
qarşısını  almaq  üçün  saxladığı  cəza  dəstələrinə  soyğunçuları  qətlə  yetirməyi  əmr 
edərkən, «tədbirli» mühafizəçilər bir neçə soyğunçunu öldürüb, başlarını kəsib şaha 
gətirir  və  mü kafat  istəyirlər;  bundan  əlavə,  daha  bir  neçə  qarətçinin  də başlarını 
göndərəcəklərinə  şahı  əmin  edərək  xeyli  ənam  qoparırlar.  Lakin  bu  işdə 
həddindən  çox  canfəşanlıq  göstərən  mühafızəçilərin  yalanları  tezliklə  faş  olur. 
Be lə ki, bir dəfə soyğunçu adı ilə  kəsilib göndərilmiş başlar içərisində, təsadüfən, 
şahın  xid mətində  olan  zərgərin  - Jord  adlı  fransızın xid mətçisi olan zəncinin kəlləsi 
aşkar olunur (246, s. 45). K.Brüin bu barədə yazırdı: «...Əhəmiyyətli yollar əvvəllər 
yüksək səviyyədə qorunduğu halda, indi oğrular və soyğunçularla dolu idi» (47, s. 
211). Hə min  müəllif göstərir ki, Şama xıda «qoşunlara uzun müddətdən bəri məvacib 
ödənilmədiyindən,  əsgərlər  yalnız  qarətlər  hesabına  dolanırdılar»  (16,  s.  49-51). 
T.Kruşinski  iddia  edir  ki,  həmin  dövrdə  bir  çox  hakimlər  soyğunçu  dəstələr  ilə 
əlaqədar idilər və qarət olunmuş mallardan bac alırdılar (62.1., s. 114). T.Kruşinski 
həmç inin  göstərir  ki,  tacirlə r  ço x  za man  tama milə   qarət  olunma maq  üçün 
soyğunçuların başçıları ilə sövdələşərək, müəyyən miqdar pul ödəyirdilər (62.  1, s. 
117). 
Səfəvi dövlətindən keçən ticarət yollarının təhlükəliliyi  məsələsinə toxunan 
M.Heydərov göstərir  ki:  «XVII-XVIII  əsrlərin  hüdudlarında  karvan yolları  xüsusilə 
təhlükəli olmuşdu». Bunun səbəbini müəllif «mərkə zi siyasi hakimiyyətin zəifləməsi 
və bunun nəticəsində  mərkə zi  və  yerli  dövlət  orqanların m  funksional  atrofıyaya 
uğramasında» görür (133, s. 62). 
J.Şarden  XVII  əsrin  70-ci  illərində  yollarda  baş  verən  qarətlərdən  bəhs 
edərkən,  Təbrizdən gələn  2000  nəfər  tacir  və  200  mühafizəç idən  ibarət  karvanın  
soyulması və 300000 tümən lik malın qarəti barədə məlumat verir (45. 1., s. 348-349; 
133, s. 62). 
Ticarət  yollarının  xeyli  u zun  və  əziyyətli  olması,  quldurlar,  çox  va xt  isə 
feodal  hakimlər  tərəfindən  qarət  olunma  ehtimalı  tacirlərdən  güclü  təşkilatlanmanı 
tələb  edirdi.  Bundan  ötrü  iri  tacirlərin  başçısı  mə lik  ət-tuccar  tərəfindən  idarə 
olunan  xüsusi  tacir  təşkilatları  fəaliyyət  göstərirdi.  J.Şarden  bütün  şəhərlərdə 
məlik  ət-tuccarların  mövcud  olduğunu  (45.4,  s.262;  133,  str.  64),  V.Minorski  isə 
həmin başçının tacirlərin yığıncağında seçildiyini qeyd edir (250 a, s. 149). 
Rusiyadan  Səfəvi  dövlətinə  Azə rbaycan  şəhərlərindən  keçərək  gedən 
karvanlar  İ.Lerxin  məlu matına  görə,  aşağıdakı  marşrut  üzrə  hərəkət  edirdi: 


55 
 
Həştərxan  - Qızla r  - Ta rku  -Dərbənd - Bakı - Şa ma xı  -  Cavad - Lənkəran -  Rəşt 
(21, s. 56).  La kin  XVIII  əsrdən  etibarən  Rusiyanın  Xəzər  dənizindəki  fəa liyyəti 
genişləndikdən  sonra  Azərbaycana  gələn  karvan  yollarının  əhəmiyyəti  nisbətən 
azaldı.  Dəniz  yolu  karvan  yollarına  nisbətən  təhlükəsiz  olduğu  və  ucuz  başa 
gəldiyi  üçün  Rusiya  dövləti  hələ  Xəzər  boyu  əyalətləri  ələ  keçirməzdən  əvvəl bir 
sıra ticarət gəmiləri tikdirmişdi. «XVIII əsrin 20-ci  illərində Xəzər dənizində üzən  
böyük gəmilərin, demək olar ki, hamısı rus dövlətinə mənsub idi..., azərbaycanlı 
tacirlər  (öz  növbələrində  -R.D.) ...rus gəmi sahiblərinə yol xərci vermək şərti ilə öz 
mallarını Xəzərin istədikləri limanına apara bilirdilər». Onların haqqında «Həştərxan 
quberniyası  dəftərxanasından  şimali  rus  şəhərlərində  ticarət  etmək  üçün  pasport 
verilmiş Bakı və Salyan tacirlərinin siyahısı» adlı sənəddə məlumat verilir (113, s. 78). 
Təbriz ba zarlarında ən iri sıralarda sənətkarlıq məhsulları satılırdı.  C.Kareri 
göstərir  ki,  Təbriz  keysariyyəsində  (şah  bazarında)  xüsusi  piştaxtalar  sırasında 
zərgərlik və gümüş mə mu latları satılırdı (133, s. 41).  
Bundan əlavə, hər hansı sahə üzrə ixtisaslaşmış bazarlar və ticarət  cərgələri 
olurdu.  Bəzi  tacir-sənətkarlar  təkcə  öz  sənət  məhsulları  ilə  deyil,  ö zgələ rin  
istehsal etdiklərini satmaqla da məşğul olurdular. Rafael dü Man göstərir ki, bunun 
üçün  həmin  şəxsin  müəyyən  miqdar  kapitalı  -  mahiyəsi  (maya)  olmalı  idi.  Bu 
olmadığı  halda  həmin  şəxs  öz  sahəsinin  dəllalına  çevrilirdi  ki,  bu  da 
«emalatxanadan  daha  gəlirli  olu rdu».  Rafael  dü  Man  pərakəndə  satışla  məşğul 
olanları üç kateqoriyaya ayırır: dəllallar, xurda furuşilər (xırdavat ticarəti ilə məşğul 
olanlar) və əfrabnişinlər (açıq hava altında, piştaxtasız alver edənlər). Topdansatışla 
məşğul olan tacirlər  isə başqa  ölkə və şəhərlərlə ticarət  edərək,  yerli  bazarı  gətirmə 
mallarla təchiz edirdilər. (133, s. 48) 
M.Heydərov göstərir ki, «karvansaraylar bütün ş əhər va qəsəbələrdə var idi. 
Bəzi  xırda  şəhərlərdə  tikilmiş  karvansaraylar  iri  şəhərdəkilə rdən  heç  də  geri 
qalmırdı.  Məsələn,  M iyanə  karvansarayı  Səfəvi  dövləti  ərazisində  ən  yaxşılardan 
biri sayılırdı. Zəncandakı karvansaray memarlıq, bədii tərtibat cəhətdən çox gözəl 
idi... Əsasən topdansatış ticarətin aparıldığı məkan olan karvansaraylarda... mü xtəlif 
ölkə  və  şəhərlərdən  gəlmiş  tacirlər  qalırd ılar.  Karvansaraylar  adətən  bazar 
meydanlarına yaxın yerləşirdi. Vacib əhəmiyyətli ticarət mərkəzlərində müxtəlif ölkə 
tacirlə rin in öz ka rvansarayları olurdu...  Səfəvi dövlətini  XVII əsrdə ziyarət etmiş 
əcnəbilərin, demək olar ki, hamısı bu dövlətdəki karvansarayların ticarət üçün ən 
rahat və şərqdə ən gözəl olduğunu vurğulayırlar.  Karvansaraylar ş əhərlərdə tacir 
malları üçün ən təhlükəsiz yerlər sayılırdı» (133, s. 24-25). 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə