R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə21/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   17   18   19   20   21   22   23   24   ...   177

44 
 
Səfəvi  dövləti  tarixin in  öyrənilməsində  keç miş  SSRİ  a limlə rin in 
Azərbaycanın orta əsrlər tarixinə və ü mu mən İran tarixinə dair tədqiqatları böyük 
əhəmiyyət  kəsb  edir.  Bunların  içərisində görkəmli  sovet şərqşünasları  V.V.Bartold 
(91-93) və İ.P.Petruşevskinin (177-180) xidmətləri xüsusi qeyd olunmalıdır. Ya xın və 
Orta Şərq xalqlarının tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və dininə aid 400-dən 
çox  əsərin  müəllifı  olan  akademik  V.V.Bartoldun  «İran.  Tarixi  icmal»  (93), 
«Müsəlman  dünyasının  tarixində  Xəzəryanı  vilayətlərin  yeri»  (92)  əsərlərində 
Səfəvi dövlətinə dair maraq lı materiallar vardır.  
İ.P.Petruşevskinin araşdırmaları  ilə əlaqədar Y.Mahmudov çox haqlı olaraq 
göstərir  ki,  məh z  onun  «fundamental  elmi-tədqiqat  işləri  Azərbaycan  və  qonşu 
ölkələrin tarixşünaslığında... Səfəvi tarixi ilə bağlı elmi araşdırmaların genişlənməsinə 
mühüm təkan vermişdir» (150, s. 17). 
Səfəvi  dövləti  tarixin in  mü xtəlif  aspektlərin in  işıqlandırılması  baxımından 
sovet  tarixşünaslığında  M.R.Arunova  (83,  K.Z.Əşrəfyanla  birgə),  P.P.Buşev  (101-
103), K.Z.Əşrəfyan (84),  V.N.Leviatov (138),  V.P.Lıstsov (139), R.M.Maqomedov 
(142),  N.D.Miklu xo-Maklay  (159),  A.P.Novoseltsev  (169,  170),  M.A.Polievktev 
(183-184),  N.A.Smirnov  (189),  N.N.Tumanoviç  (199),  E.S.Zevakin  (206-207), 
A.A.Zonnenştral-Piskorskiy  (208)  və  b.-nın  əsərlərinin  adı  xüsusi  çəkilməlidir.  Bu 
əsərlərdən ayrılıqda götürülmüş problemin həllinə həsr olunmuş tədqiqat işləri arasında 
səciyyəvi,  Rusiya-Səfəvi  ticarət  və  siyasi  münasibətlər  tarixini  geniş  şəkildə 
işıqlandırması  ilə seçilən  P.P.Buşevin  (101-103)  əsərlərini  və  ingilis  kapitalının  İran 
körfəzi  rayonuna  daxil  olma  prosesi,  orada  möhkəmlənməsinə  və  s.  dair 
araşdırmaların  aparıldığı  N.N.Tumanoviç  (199),  E.L.Şteynberq  (196)  və  V.  V. 
Ştokmerin  (197)  əsərlərini  xüsusi qeyd  etmək  olar.  Müəllif  kollektivləri  tərəfindən 
yaradılmış ümumi  xarakterli tədqiqat işlərini (31,106,  118,121,122, 124,125, 171,172, 
200 və s.) də ayrıca qeyd etmək lazımdır. 
Tədqiqat  obyekti  bilavasitə  Səfəvi  dövləti  olmayan  bəzi  müəlliflərin,  o 
cümlədən  P.P.Çerkasov  (105),  M.V.Fexner  (114),  O.P.Markova  (140),  A.F.Miller 
(158), 
Q.A.Nekrasov 
(166), 
L.A.Nikitina  (167),  A.D.Noviçev  (168), 
A.P.Novoseltsev  (170),  E.A.Pa xomova  (174),  S.A.Pokrovskiy  (182),  M.N.Sobolev 
(190), E.V.Spiridonova (192), B.N.Za xoder (204-205) və b. əsərlərində əksini tapmış 
fikir  və  mülahizələr  bizim  tədqiqat  işimiz  üçün böyük  əhəmiyyət  kəsb  edir.  Hə min  
əsərlərdə İran, Osmanlı Türkiyəsi, Rusiya, İngiltərə və d igər ölkələrin tarixinə dair 
mə lu matla rı  diqqətlə  analiz  edərək,  biz  bilavasitə  araşdırdığımız  mövzunun 
mü xtəlif problemlərini daha obyektiv işıqlandırmaq imkanı əldə etmişik. 
 


45 
 
 
 
II FƏSİL 
İQTİSADİ HƏYAT 
§1. Ümumi iqtisadi vəziyyət 
Ümumiyyətlə,  ingilisdilli  tarixşünaslıq  nümayəndələrinin  siyasi  tarix 
məsələlərinə daha çox diqqət ayırmağa meylli olmaları bu fəslin yazılmasına dair adı 
çəkilən  tarixşünaslıqda  məlumat  qıtlığ ını  şərtləndirir.  Lakin  tədqiq  etdiyimiz 
dövrdə  Səfəvi  dövlətinin  ümumi  iqtisadi  mənzərəsini  yaratmaq  məqsədilə  biz 
Azərbaycan və rus tarixşünaslıqlarında məsələ ilə bağlı mövcud məlumatları  diqqətə 
çatdıraraq,  ara-sıra  ingilisdilli  müəlliflərin  və  müxtəlif  avropalı  səyyahların  bu  və 
ya  digər  proble mə  münasibətlərini  əks  etdirməklə  kifayətlənmək  məcburiyyətində 
qalmalı olmuşuq. Bununla, elmi tədqiqatın ingilisdilli tarixşünaslıq nümayəndələrinin 
fikirləri  əsasında  qurulması  məra mından  bir  qədər  uzaqlaşmağımızın  fərqindəyik. 
Lakin, fikrimizcə, obyektiv reallıq b izim nə zər-nöqtəmizə bəraət qa zandırır. 
Qeyd  etmək  lazımdır  ki,  ümumən,  Asiyada  yaradılmış  mərkəzləşdirilmiş 
dövlətlər «Avropanın XVI-XVII əsrlərdəki mütləq monarxiyalarından onunla fərqlənirdi 
ki, onlarda iqtisadi və qismən feodal pərakəndəliyi tam aradan qaldırılma mışdı;  əksər 
ölkələrdə natural təsərrüfat dominant olaraq qorunub saxlanmışdı» (125, s.  9). Bütün 
bu deyilənləri Səfəvi dövlətinə də şamil etmək olar. 
XVII  əsrin  son  rübündə  Səfəvi  dövlətinin  iqtisadi  vəziyyəti  ilə  bağlı 
A.Müller J.Şardendən belə bir iqtibas gətirir ki, «o vaxt (söhbət 1677-ci ildən gedir - 
R.D.) Şirazdan tutmuş özbəklərin ölkəsinin ucqarlarınadək hər yanda iş aparan hind 
tacirlərinin sələmçiliyi ucbatından bütün nəğd pullar İrandan qopardılmışdı  (Məlu m 
olduğu kimi, « .,.XI əsrin əvvəllərində İran, gümüş böhranı ilə əlaqədar qızıl pul 
sisteminə  keç mişdi  ...la kin  monqolla rın  za manında  qızıl  sikkə lər  bura xılması 
dayanır  və  yalnız  XVIII  əsrdə  bərpa  olunur»  -  93,  s.  254.--  Bu  o  deməkdir  ki, 
araşdırdığımız dövrdə Səfəvi İranının tədavülündə gümüş pullar dövr edirdi - R.D.); 
qərblə və şimali-şərqlə əlaqələr türklər və özbəklərin düşmən sərhədləri ilə kəsilmişdi: 
beləliklə,  nəinki  heç  bir  şey  ölkənin  iqtisadi  dirçəlişinə  yardım  etmirdi,  hətta  onun 
(iqtisadi inkişafın - R.D.) varlığı üçün hər hansı şərait belə yox idi» (165, s. 407-408). 
M.Heydərov  öz  növbəsində  göstərir  ki,  «şəriət  sələmç iliyi  qəti  qadağan 
etdiyindən (müsəlman şərqində), bu tam inkişaf edə, başqa  ölkələrdə  olduğu  kimi 


46 
 
rol  oynaya  bilmird i.  Buna  baxmayaraq,  zaman-zaman  müsəlman  şərqinin  bəzi 
yerlərində, o cümlədən Azərbaycanda (bütün Səfəvi dövlətində - R.D.) sələ mçilik 
şəriətə rəğmən özünə pərdələnmiş yollarla da olsa yol aça bilirdi. Sələmin Quranda 
qadağan olunması (II surə, 276 ayə) artıq erkən orta əsrlərdən başlayaraq, iqtisadi 
reallıqla ziddiyyət təşkil etməyə başlamışdı. İnkişaf etmiş və son feodalizm dövründə 
müsəlman şərqində əmtəə-pul münasibətlərinin inkişafı həmin ziddiyyətləri daha da 
qabartmışdı.  Sələmçilik  ilk  monqol  hökmdarlarının  dövründə  islamın  hakim 
ideologiya  kimi  mövqelərinin  zəifləməsi  ilə  əlaqədar  geniş  inkişaf  edir.  Səfəvilər 
dövründə  sələmçiliyin  (leqal  və  qeyri-leqal  formaları)  növbəti  vüsəti  isə  islamın 
zəifləməsi  ilə deyil,  əmtəə-pul  münasibətlərinin  inkişafı  ilə  ə laqədar  olur»  (133,  s. 
52). 
A.Oleari  göstərir  ki,  Səfəvi  dövlətində  sələmlə  məşğul  olanları  (sudxorları) 
cəzalandırırdılar:  Ərdəbildə  50%-lə  borc  pul  vermiş  şəxsin  çəkiclə  bütün  dişlərini 
vurub sındırmışdılar (67, s. 370). 
Pula  olan  kəskin  ehtiyac sələmçiliyin  rolunu  artırır,  onun  müxtəlif  yollarla 
bərpa  olunmasına  gətirib  çıxarırdı.  Şah  I  Abbasın  dövründə  Səfəvi  dövlətindən 
qiymət li  meta lla rın  çıxarılmasına  ciddi qadağa qoyulduğu halda, şah II Abbas və 
şah  Süleymanın dövründə  ticarət  fəaliyyəti sahəsində böyük  azadlıqlara  malik  hind 
tacirlərinin sayəsində ölkədən həmin metalların a xını güclənir. 
«Xarici  ticarətdə  Yeni  Culfadan olan  erməni  tacirlərinin  mövqelərini  xeyli 
zəiflət miş  hind  tacirləri  Səfəvi  dövlətinin  maliyyə  vəziyyətinə  güclü  təsir 
göstərirdilər. Bebliklə, hind tacirlərinin qiymətli metalları Səfəvi dövlətindən ixrac 
etmələri  XVII  əsrin  II  yarısında  pula  ehtiyacın  art ması  fonunda  sikkə  aclığ ını 
şərtləndirən əsas amillərdən biri olur» (133, s. 53). Sələmin leqal  formaları haqda 
Rafael  dü  Man  maraq lı  hiylə  faktların ın  mövcudluğunu  göstərir.  Digər  tərəfdən, 
şəriətin qadağası qeyri-müsəlmanlara şamil edilmird i; sələmlə ermənilər, yəhudilər 
və  hindlilər  məşğul  olurdu.  J.Tavernye  göstərir  ki,  varlan mış  hind  tacirlərinin 
sələmçilik fəaliyyəti bir çox şəhər və kəndlərin əhalisini var-yoxdan çıxa rmışdı (133, 
s. 54-55). 
Ticarət sahəsinə dövlətin münasibətinə gəlincə, V.Bartold doğru olaraq qeyd 
etmişdir  ki,  «biz  fransız  və  ya  ingilis  ticarətini  İngiltərə  və  ya  Fransaınn  siyasi 
hökmranlığı  olmadan  təsəvvür  edə  bilmərik:  bunların  biri  digəri  ilə  sıx  bağlıdır. 
Müsəlman dünyasında isə tacirlərin dövlət hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur» 
(92, s. 700). 
«Tarixi  mənbələrin  nədənsə  taun,  vəba  kimi  xəstəliklər  və  dağıdıcı  təbiət 
hadisələri barədə az məlu mat verməsi və ya bu mövzunun üstündən sükutla keçməsi 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə