R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə29/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   25   26   27   28   29   30   31   32   ...   177

62 
 
vəzifəsi  düşmüş  Nadir  yeni  pulların  kəsilməsini  «ölkənin  (Səfəv i  dövlətinin  - 
R.D.) ma liyyə və iqtisadiyyatımn tənəzzülü bahasına olsa da etdi» (97, s. 230). 
A.Müller  isə  məsələni  bir  qədər  başqa  rakursdan  işıqlandıraraq  yazır: 
«...Nad ir ...nəin ki döyüş meydanında qəhrəman id i, həm də görkəmli, uzaqgörən 
ağla  malik şəxs idi; o,  İran şahlığ ında idarəetmənin və  iqtisadi vəziyyətin qeyri-
qənaətbəxş  olduğunu  anlayır...  İran  ticarətin i  yenidən  canlandırmaq  üçün 
ürəkdən  çalışırd ı...;  onun,  Abbas  (şah  I  Abbas  -  R.D.)  kimi  donanma  yaratmaq  
cəhdi uğursuz olsa da, onun hər şeyi yaxşı başa düşməsindən xəbər verir»  (165, 
s. 414). 
2.1.1.  İxrac.  İran  tarixin in  Kemb ric  versiyasının  müəlliflərinin  fikrincə, 
Səfəvi  dövlətin in  əsas  ixrac  məhsulu  ipək  idi.  İpək  əsasən  Mazandaran,  Gilan, 
Gü rcüstan  və  nisbətən  az  həcmdə  Xorasan  və  Yəzddə  istehsal  olunurdu.  İpək 
istehsalı  XVI əsrin son rübündə Səfəvi - Türkiyə  müharibələri nəticəsində  xeyli 
tənəzzül  et mişdisə  də,  şah  I  Abbasın  səyləri  sayəsində  istehsal  yenidən 
genişlənmişdi.  1618-ci  ilin  məlu matına  görə  həmin  il  125  ton  (232000  mans) 
ipək  istehsal  olunmuşdu.  A.Olearinin  20  il  sonra  üçün  verdiyi  mə lu mata  görə, 
Gilanda  8000  tay,  Şirvanda  3000  tay,  Xo rasanda  3000  tay,  Mazandaran  v ə 
Qarabağda  isə  birlikdə  2000  tay,  bütövlükdə  192  ton  ipək  istehsal  olunmuşdu. 
J.Şardenin haqqında məlu mat verdiyi dövrdə isə istehsal daha da artmış, 270 ton 
olmuşdu; Y.Streys bir qədər şişirdilmiş  məlu mat verərək istehsal olunmuş ipəyin 
miqdarın ı 30000 tay göstərmişdir (271, s. 478). Məlu mat üçün bildirək ki, Səfəvi 
dövlətinin  süqutundan sonra  ipək  istehsalı  40%  aşağı  enmişdi.  Belə  ki,  1740-cı 
ilin  sonunda  C.Hanveyin  verdiy i  mə lu mata  görə  istehsal  edilmiş  ipəyin  həc mi 
cəmi 160 ton olmuşdu. 
C.Kerzon  özünün  «İran  və  İran  məsələsi»  əsərində  Səfəvi  dövlətində 
XVII-XVIII  əsrlə rdə  ipək  ixrac ının  həc mi  ilə  bağlı  məlu mat ları  aşağıdakı 
sxe mdə ü mu miləşdirmişdir: 
 
İ
İllər 
 
   Müəllif 
İran 
üzrə  
istehsal 
 
Gilan üzrə istehsal 
Mazandaran 
üzrə istehsal 
1
1637 
 
A.Olea ri 
 
 
8.000 tay  
 
  2.000 tay 
 
1
1670 
 
1670 
 
J.Şarden 
 
22.000 tay 
 
10.000 tay 
 
2.000 tay  


63 
 
 
  
1744 
 
C.Hanvey 
 
  30.000 batman  
 (hər biri 12 Lbs.) 
 
                                                                                                           (219. s. 367) 
   Qeyd  etmək  la zımdır  ki,  bu  dövrdə  Səfəvi  dövlətinin  ixrac  etdiyi  ipə k 
Avropa  bazarlarında  orta  və  əla  keyfiyyətli  hind,  italyan  ipəklərin in,  türk   
bazarlarında   isə   Suriya   və   yunan ipəklərinin rəqabəti ilə qarşılaşırdı. 
Gilan  ipəyi  xüsusi  mövqeyə  malik  idi.  V.Bartoldun  göstərdiyi  kimi, 
«...Gilanın  iqlim  xüsusiyyəti  onun  iqtisadi  əhəmiyyətini  şərtləndirir...,  gilanlıların 
gəliri  ipəkçilikdən...  formalaşırdı»  (93,  s.  272).  Şərbəssi  (sharbassee)  və bir  qədər 
ondan ucuz olub, əsasən Şirvanda  istehsal  olunan  ərdəssi  (ardasset)  ipək  növləri 
əla  keyfiyyətli  sayılır  və  Avropaya  ixrac  olunurdu.  Digər  ipək  növləri  -  xadkuda 
pəsənd  (khadkuda  pasand),  karvarı  (carvari)  v ə  kanarı  (canari)  bir  qədər  aşağı 
keyfiyyətli  sayılırdı.  «İpək  ixracının  həcmi  siyasi  faktorlarla  yanaşı,  iqlim,  hava 
şəraiti və tut ağaclarının  xəstəliyə tutulma faktorlarından da asılı id i. Məsələn, şah 
I Səfi 1631-ci  il  müqaviləsində nəzərdə tutulan qədər ipək ixracının tut ağaclarının 
qeyri-qənaətbəxş vəziyyəti və  barama  qurdlarının  xəstəlik  nəticəsində  kütləvi  məhv 
olması  səbəbindən  baş  tutmaması  ilə  əlaqədar  şəxsən  rica  diləmişdi.  1721-ci  ildə 
ingilis  rezidenti  Ouen  Filipsin  verdiyi  məlumatda  isə  göstərilirdi  ki,  həmin  il  baş 
vermiş  zəlzələ  zamanı  xeyli  sayda  tut  ağacı  və  barama  qurdunun  məhv  olması 
ucbatından ipəyin qiyməti bahalaşmışdır» (271, s. 479). 
İran  tarixinin  Kembric  versiyasında  göstərilir  ki,  Avropa  ko mpaniyaları 
ipək  ixracı  sahəsində hər  hansı  razılaş ma  -sövdələşmələr  ə ldə  etmə k  məqsədilə  
bilavasitə sarayla əlaqə yaradır, rəs milərlə u zunsürən, üzücü danışıqlar aparmaq  
və ya rüşvət vermək məcburiyyətində qalır, mü xtə lif hadisələ r -monarxların ta xta  
çıxması,  təyinatlar,  Novruz  şənlikləri  münasibətilə  qiymətli  hədiyyələr  təqdim 
edirdilər.  İpəyin  qiyməti  tələbatdan  asılı  olaraq  tez-tez  dəyişirdi.  Belə  ki, 
hollandların,  Holşteyn  səfirliyinin  gəlişi  ilə  əlaqədar  ipəyin  qiyməti  qalxmışdısa, 
səfirliyin  ölkədən  çıxıb  getməsindən  sonra  qiymətlərin  qalxması  dayanır  (271,s. 
479). 
İxrac  prosesində  yükdaşıman m  q iy məti  ilə  əlaqədar,  yenə  də  həmin  
mənbədə  göstərilir  ki,  1617-ci  ildə  İsfahandan  Bəndər-Abbasadək  550  mil 
məsafəni  dəvələr  45  günə,  ulaqlar  40  günə,  mullar  isə  30  günə  qət  edirdilə r  və 
hər bir heyvan üçün 38 şahı ödənilirdi. 1639-cu ildə isə hər b ir yüklən miş heyvan 
üçün  25  şahı  ödənilird i.  Liman  şəhərində  yükün  gəmiyə  yüklən məsi  ingilislərə 
20 funtsterlinqə, yəni  75 şahıya başa gəlird i  (271, s.  479-480).  Qiy mət lərin te z-


64 
 
tez artması ölçüdə, çəkidə, b ir sözlə, vəzndə aldatmalar, gömrük verg iləri, gəmi 
xərc ləri,  ma lla rın  yolda  çirklən məsi  və  s.  bu  kimi  səbəblər  üzündən  bəzən  ipək 
ticarəti ə lverişsiz,  xeyirsiz olurdu.  Odur ki,  məsələn, hollandla rın Səfəvi ipəyinə  
olan marağı getdikcə azalırdı. 
İxrac  məhsulları  arasında  ipəkdən  sonra  ikinci  yerdə  yun  dayanırdı. 
Kirmanda  istehsal  olunan  yüks ək  keyfiyyətli,  habelə  az  miqdarda  Məşhəddə 
istehsal  olunan  yun  Avropa  kompaniyaları  tərəfindən  Livan  vasitəsilə  ixrac 
olunurdu.  İngilis  Şərqi-Hind  ko mpaniyası  ilk  dəfə  1659-cu  ildə  yerli 
müəssisədən  yun  almış,  10  il  ərzində  hər  il  10000-12000  mans  miqdar  olmaqla 
yun  ixrac  etmişdi.  1670-ci  ildə  150  tay  yun  ixrac  edilmişdi.  1669-1677-ci  illər 
ərzində  Londonda  Səfəvi  dövlətindən  gətirilmiş  yunun  qiyməti  3  dəfə  artmışdı. 
1693-cü  ildə  392  tay,  1697-ci  ildə  254,  1698-c i  ildə  isə  338  tay  yun  ixrac  
olunmuşdu.  Əfqan  işğalı  ərəfəsində  ingilis  fabriklərində  18000  mans  yun 
toplanmışdı (271, s. 480). 
Hollandlar da Səfəv i dövlətindən xey li  miqdarda yun ixrac edirdüər.  Yun  
istehsalı  1670-ci  ildə  yerli  to xuculuq  sənayesinin  inkişafını  stimullaşdırırd ı. 
Nəticədə Avropa ko mpaniyaların m yun təchizatına  zərbə dəyird i. « Bu ə mtəənin  
emalı  ilə  məşğul  olmaq la  çörəkpulu  qazananların  sayının  ilbəil  artması,  nəticə 
etibarilə, ona gətirib çıxa rır ki,  1680-c i illərin ortalarında avropalıla r yun emalını 
məhdudlaşdırırla r» (271, s. 480).  
«Formal olaraq, Səfəvi yurisdiksiyasında olan Bəhreynin mirvari sənayesi 
praktiki  olaraq,  XVI  əsrdə  güclü  dəniz  dövləti  o lan  Portuqaliyan m,  XVII  əsr 
ərzində  isə  Məsqət  ərəblərin  nəzarəti  altında  idi.  (Odur  ki)  mirvari  ixracından 
Səfəvi  xə zinəsinə  ço x  az  gə lir  da xil  o lurdu.  Ən  ya xşı  mirvari  ha mar,  yumru, 
təmiz,... bəyaz olanı sayılırdı. 
XVIII əsrin əvvəlində  mirvari a xtarışı  ilə  məşğul olmaq  məqsədilə sualtı 
qurğudan  -  submarindən  istifadə  edilməsi  ideyasının  yaranması  ço x  maraqlıdır. 
Şərqi-Hind  ko mpaniyası  Londonda  bu  ideyanın  reallaşdırılmasına  yaxınlaşır: 
mühəndislərin ixtira etdiyi qurğu sınaqdan keçirilir. Bu qurğunun köməyilə adamlar 
bir  neçə  saat...  dərinlikdə  qala  bilirdilər.  Onların  fərziyyəsinə  görə,  bu  qurğunun 
köməyilə Hörmü z yaxınlığında mirvari əldə etmək mü mkün olmalı idi. 
Fransız  tacir  və səyyahı  Bilin  de  Kansevils də  XVIII  əsrin  ərəfəsində oxşar 
ideyanın müəllifi olmuşdu. Belə ki, o, marsellilərin qəzaya uğramış gəmilərinin batmış 
xə zinələrini çıxarmaq üçün istifadə edilən sualtı qurğudan balıq ovunda...da istifadə 
etməyi  təklif  etmişdi.  Mirvarilərdən,  həmçinin  bahalı  parçaların  dekorativ 
bəzədilməsində istifadə edilirdi» (271, s. 481). 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə