R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə42/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   38   39   40   41   42   43   44   45   ...   177

90 
 
güclü  xarici  düşmənlərin  qarşısına  sipər  çəkilmişdi;  Osmanlı  imperiyası  kimi, 
dövrünün  ən  güclü,  əhəmiyyətli  hərbi  maşınına  malik  bir  dövlətə  qarşı  Orta 
Şərqdə yalnız İran (Səfəv i dövləti -R.D.) müqavimət göstərirdi» (271, s. 372). 
«Dövlət  ardıcıl  qaydada  düzülmüş  işlək  hissəciklərdən  ibarət  mexan izm 
olmalıdır»  deyən  L.Lo khart  Səfəv i  dövlətinin  son  dövründə  dövlət  idarəçiliyi 
sistemini araşdırarkən göstərir ki: «Bu  mənada, Səfəvi dövlətində XVII əsrin son 
illərində  əhəmiyyətli  çət inliklə r  mövcud  idi.  Məsələn,  eyni  bir  sahəyə  mü xtə lif 
şəxslərin  nəzarət  etməsi,  yəni  nəzarət  sistemində  bölgünün  qeyri-düzgünlüyü. 
İkincisi, bürokratik idarəetmə; nazirlər və dövlət rəsmiləri arasında hakimiyyətin 
bölüşdürülməsi  mexan izmi  elə  id i  ki,  onlardan  hər  hansı  biri  digərinin  
güclənməsinin, effektiv işləməsinin qarşısını alırdı.  Hətta hərfi  mənası «dövlətin 
dayağı» olan Etimadül-Dövlə, yəni  Baş vəzir belə digər dövlət rəsmiləri  ilə birgə 
fəaliyyət  göstərməyi  hakimiyyətin in  aza ldılması  kimi  qiy mət ləndirird i»  (246,  s. 
12-13). 
Şah yanında Baş nazir və baş məsləhətçi funksiyaların ı daşıyan Etimadül-
Dövlə,  b irincinin  fərman larının  icrasına  nəzarət  edən  rəsmi  şəxs  idi.  O,  din i, 
dünyəvi və hərbi  xadimlərdən ibarət  Dövlət Şu rasından yuxarıda duran bir ş əxs 
idi.  Etimadül-Dövlə  dövlətin  xarici  siyasətini  müəyyənləşdirir,  bütün  rəsmi 
dövlət  təyinatlarını  təsbit  edirdi.  O,  əraziləri  mü lk  (məmalik)  dövlət  torpağı 
sayılan  vilayətlərə  inzibati  vəzifələrə  təyinatlar  edir,  həmin  v ilayətlərin  
xə zinədarı  -  mustaufi  əl-mə mə lik  (mustaufı  al-ma ma lik)  ilə  birgə  bölgənin 
ma liyyə məsələlərinə nə zarəti həyata keçirirdi. 
«...Böyük şah möhürünün qoruyucusu olan...büdcəyə nəzarət edən, xarici 
əlaqələri  həyata  keçirən...baş  vəzir  Tü rkiyədəkindən  (Os manlı  dövlətindən  - 
R.D.) fə rqli o laraq.. mülki və zifə idi. (123, s. 292). 
Etimadül-Dövlədən  sonra  iyerarxiya  nərdivanında  dörd  hərbi  xadim  - 
əmirlər dayanırdı; Qorçubaşı, Qu llar-ağası, Tüfəngçi-başı, Topçu-başı. 
Din i sferada isə Şah Sultan Hüseynin hökmdarlığ ının erkən illəri də da xil 
olmaqla,  əsas  şəxs  Şey xülisla m  idi.  Məhz  Su ltan  Hüseynin  şahlıq  dövründ ə 
Mollabaşı institutu yaradılır. Məlu m olduğu kimi «ilk  Səfəvilər dövründə rəhbər 
vəzifələ r bunlar idi: vəkil, ə mir əl-ü mə ra, Qo rçubaşı, vəzir və sədr» (110, s. 225) 
Qanunların  icrasına  nəzarəti  Divanbəyi  həyata  keçirirdi.  Bəzi  hallarda  o, 
özündən  yüksəkdə  duran  rəsmilərlə  fəaliyyət  göstərirdi.  Daha  sonra  mülk 
vilayətlərin  b irgə  xə zinədarı  -  mustaufi  ə l-mə ma luk,  şah  yanında  iş  bölgüsünə 
nəzarət  edən  nazir-ə l-buyutat  («naziri-buyutat  şah  və  onun  ailəsinin,  həmç inin  
çoxsaylı  saray  əyanların m  yeməyə,  paltara,  bəzək  əşyalarına  və  s.  olan 


91 
 
tələbatının  ödənilməsinə  xid mət  edirdi»  (110,  s.  235),  xass ə  torpaqlarının  
xə zinədarı mustaufi-xassə və eşik-ağasıbaşı da dövlət iyerarxiyasında yer alırdı. 
Mehmandar-başı  xa ric i  ölkə  səfir  və  elç iliklərini  payta xtda  qarşılayır, 
onların qulluğunda durur və şaha təqdim edirdi. 
Şah  sarayı  ştatında  miraxu rbaşı,  quşçuağası,  süfrəçibaşı,  halvaçıbaşı, 
şərabçıbaşı,  münəccimbaşı,  ambardarbaşı,  xaceyi  saray  və  s.  vəzifələr  vard ı. 
«Mərkəzi  dövlət  aparatının  xeyli  dərəcədə  şişməsi  İran  və  Şərqin  bir  ço x 
dövlətlərinin feodalizmin in ü mu mi xüsusiyyəti idi» (123, s. 291). 
Dövlət  vilayətlərinin  başçısı  qismində  çıxış  edən  Etimadül-Dövlənin  
bilavasitə  rəhbərliyi  alt ında  daha  bir  vacib  rəsmilər  kateqoriyası  fəaliyyət 
göstərirdi.  Bunlar  -  valilər,  bəylərbəyilər  (general  qubernator),...  xan lar  və 
sultanlar idilər. 
Valilər ə mirlər o lub, əvvəlki  za manlarda  mərzbanla rın həyata keçird ikləri 
funksiyaları  daşıyırdılar.  «Şah  höku məti  özünün  güclü  vassalların ı,  Sə fəvi 
dövlətinin ucqarlarında yerləşən, irsi hökmdarlar tərəfindən idarə olunan ölkə və 
vilayətlərinin başçılarını valilər adlandırırdı» (123, s. 295).  Nüfuz cəhətcə valilər 
aşağıdakı  ardıcıllıqla  sıralan ırd ılar:  «Ərəbistan  valisi,  Luristan  valisi,  Gürcüstan 
valisi  (rus tarixşünaslığında  Kartli və  Kaxetiya valiləri ayrı-ayrılıqda sadalanır - 
123, s. 295), Kürdüstan (Ərdəlan) valisi  Güclü Bəxtiyari tayfasının başçısına vali 
titulu  verilmə məsinə  ba xmayaraq,  o,  Kürdüstan  valisindən  sonra  ilk  yerdə  
dayanırdı» (246, s. 14). Məlu m olduğu kimi «valilərin öz  idarəetmə orqanları, öz 
vassalları, büdcələri, qanunvericilikləri,  xüsusi vergi sistemləri, silah lı qüvvələri 
olurdu. Şah höku məti onların daxili işlərinə az müdaxilə edirdi. Onların (valilərin  
-  R.D.)  şah  şökumət indən  asılılıq ları  əsasən,  bac  əvəzinə  məcburi  qaydada, 
bəxşişlərlə  dolu  «şah  karvanı  göndərmək...və  müharibə  za manı  mə rkə zi 
hökumətin  hərbi  qoşununa  müəyyən  edilmiş  sayda  qüvvə  qatmaqda  ifadə 
olunurdu» (123, s. 295) 
XVIII  əsrin  əvvəllərində  Səfəvi  dövlətində  iyerarxiya  nərd ivanını 
A.Volınski  belə  təqdim  edir:  « Etimadül-Dövlə,  Qorçubaşı,  generalissimus  - 
spaselyar  Vaxtanq  (Hüseyn  xan),  qullarağası  (Rosti  Mirzə),  nazır  (dvoretskiy), 
eşikağası  (tseremoniy meyster),  tüfəngçiağası  başı,  divanbəyi  Səfiqulu  xan. 
darğa, miqşikarbaşı (baş ovçu), miraxo rbaşı (baş mehtər), çabatağbaşı (artilleriya 
başçısı),  mustaufeyiməlik  (şah  xəzinəsinə  nəzarət  edən),  vaqeənəvis  (dövlətin  I 
katibi),  mu mş ixl  məməlük  («kitabe  yazan  II  katib»),  mustafi  xassə  («kabinet 
katibi»), topçubaşı (top generalı),  xəzinədarbaşı («böyük xəzinədar)» və s. (102, 
s. 182). 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə