46
Müctəba Sadət
Əbu Əli ibn Əziz billah Nəzzar Əbu Mənsur ibn Muizz li-dinil-
lah Muədd Əbu Təmim ibn Mənsur billah Əbut-Tahir İsmail ibn
Qaim bi-əmrillahi Əbülqasim Muhəmməd ibn Mehdi billahi
Abdullah ibn Hüseyn ibn Əhməd ibn Abdullah ibn Muhəmməd
ibn İsmail ibn Cəfər Sadiq ibn Muhəmməd Baqir ibn Əli Zey-
nulabidin ibn Hüseyn Əbu Abdullah ibn Heydərətul-Kərrar Əli
ibn Əbu Talibdir. Onlara və atalarının hamısına ən üstün dua və
salam olsun.
Sual: Mehdinin zühurunu bildirən vaxt varmı ki, onu
müəyyənləşdirsin? Yaxud zühur vaxtı Allah sübhan və təalanın
sirlərindən biridir?
Cavab: Mənim məlumatlarıma əsasən, əlimizdə bir bilgi
yoxdur, Allah daha yaxşı bilir. Habelə Qaimin zühurunu müəy-
yən edən bəlirləyən bir tarix də bizdə mövcud deyil. Sadəcə bu,
Allah sirlərindən biridir ki, onu bəndələrindən istədiyi və seç-
diyi kəsə bildirər. Bu isə bir fəzilətdir ki, istədiyi kəsə onu verər.
Qasimiyyə Nəzzariyyə İsmailiyyəsi (Ağaxaniyyə) irqəsi
nəzərində Mehdinin kimliyi
Bu irqənin intellektual kəslərindən biri ilə xüsusi dialoq:
Sual: İsmailiyyə məzhəbinin övladları (xüsusilə, nəzzariy-
yə irqəsi) Axirəzzamanda Mehdinin zühurunu gözləyirmi?
Cavab: İsmailiyyə müsəlmanları Axirəzzaman Mehdisini
gözləmir. Biz ismailiyyə şiə müsəlmanları (Ağaxaniyyə) hesab
edirik ki, İmam hər zaman mövcuddur. Bu vücud varlığın baş-
lanğıcından sonunadək diridir. Hesab edirik ki, imam camaat
qarşısında məlum, tanınmış olmalıdır. Coğra i məkan baxımın-
dan məchul olmamalıdır. Bu isə diri ardıcılları üçün yoluna
birbaşa hidayət etməsinin tamamlanması üçündür. Ona görə
də bizim nəzərimizə görə yer üzü imamsız boş qala bilməz. O,
Allahın yer üzərində xəlifəsidir. Bu isə Allah-təalanın öz sözü
əsasındadır: “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xə-
lifə yaradacağam!”, – dedikdə onlar: “Biz Səni həmd-səna ilə tə-
47
Məhdəviyyət haqqında nəzərlər
ri ləyib müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib
qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi:
“Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
28
Bu ayə aydın şəkildə göstərir ki, yer üzərində Allah xəlifəsi-
nin xilafəti mövcuddur, davamlıdır və orada kəsilməzdir. İmam
Cəfər Sadiqdən (əleyhissəlam) Allah rəsulu Muhəmmədin (sal-
lallahu əleyhi və alih) “Kim zəmanəsinin imamını tanımayan
halda ölsə, cahiliyyətə xas ölümtək ölüb” sözü barədə soruş-
dular. O “Kim Ali-Muhəmməddən, yoxsa başqalarından olan
imamı tanımasa”, - dedi? İmam (əleyhissəlam) buyurdu: “Kim
imamı inkar etsə, Ali-Muhəmməddən olsun, yaxud başqaların-
dan cahiliyyət ölümünə uyğun şəkildə ölüb. (“Də`aimul-İslam”,
Qazi Nöman ibn Həyyunun kitabı, s.31, birinci hissə) Bu hədis
barəsində deyirik ki, İmamı tanımaq hər bir müsəlman kişi və
qadınla mömin kişi və qadına aydın şəkildə vacib bir işdir. Bu
isə Peyğəmbərin (sallallahu əleyhi və alih) sözünə əsasəndir. O,
bu sözü öz dövrünün diri imamı barəsində buyurub. Əgər ölsə,
onun ölümü cahiliyyət ölümünə xasdır.
İmamların tarixində bir neçə dövr keçib. Onlardan biri giz-
lilik dövrüdür. Qətlə yetirilməkdən qorxmaq üzündən, imam
düşmənlərin gözündən gizlənib. Ancaq burada dəvətçilər olub
ki, həmin kəslər imamın yerini tanıyıb davamlı olaraq onunla
əlaqə saxlayıblar. Onlar imamdan ardıcıllara məlumatlar çat-
dırıblar. “Qeyb” sözünün mənasına baxmayaraq, imam varlıq
aləmindən qeybdə olmayıb. Məsələn, İmam İsmail ibn Cəfər
Sadiqin (əleyhissəlam) dövrünə yetişmiş, sonra onun övla-
dı İmam Muhəmməd ibn İsmail, sonra övladı Abdullah “Vəfa”
ləqəbli Əhməd, sonra övladı Əhməd “Təqi” ləqəbli Muhəmməd,
sonra övladı Həsən “Rəziyuddin” ləqəbli Abdullah, sonra Ab-
28
Bəqərə, 30.
48
Müctəba Sadət
dullah “Muhəmməd Mehdi” ləqəbli kəsə keçib ki, onun əli ilə
ərəb qərbində, hicrətin 296-cı ildə Fatimiyyə dövləti qurulub.
Sual: Mehdi (əleyhissəlam) kimdir, onun nəsəbi nədir? Ata
və babasının adı nədir? Ləqəbləri nədir?
Cavab: Qaim İmama aid edilənə gəlincə, biz diri imamı
var olduğu zamanın qaimi hesab edirik. Hər bir diri imam öz
zəmanəsinin qaimidir. Zəmanənin sonunda Qaim, intizarı çə-
kilən Mehdi anlamlı bir imamımız yoxdur. Yer üzünü zülm ilə
dolduqdan sonra ədalətlə doldurmaq üçün gələcək kəs, habelə
hər bir zaman və əsrdə olan imamın nəsəbi İmam Əli ibn Əbu
Talib və Muhəmməd Mustafanın (sallallahu əleyhi və alih) qızı
Fatimə Zəhraya qayıdır. O kəslər ki, öz nəsəbləriylə İmam və
Rəsul İsmailin zürriyyəsindən İbrahim Peyğəmbərə yetişirlər.
Biz hal-hazırda mövcud İmam Kərim Şah Hüseyninin ardıcıl-
larıyıq. Həmin kəs ki, nəsəbi Əli ibn Əbu Talibə yetişir və o, bu
ümmətin Peyğəmbərinin əmisi oğludur. Ona salavat və salam
olsun. Peyğəmbər isə atamız İbrahimin nəslindəndir. Hər bir
imam olduğu zamanın yolgöstərəni və Mehdisidir. İmamət kə-
silmir. Onlar biri digərindən olan bir züriyyətdir. Allah sünnə-
sinin isə dəyişikliyi yoxdur.
Sual: Digər ismailiyyə irqələri də həmin şəxsi (Mehdini)
gözləyirmi və onun barədə yekdil ikirədirlərmi? Yoxsa onlar
arasında ikir ayrılığı vardır?
Cavab: Bu elə sualdır ki, ona digər ismailiyyə irqələri ca-
vab verərlər.
Sual: Burada Əhli-beyt (əleyhissəlam) yolu ilə zühurun
əlamətləri qeyd edilib ki, bizə Mehdinin zühur vaxtını bildir-
sin? Bu əlamətlərin ən bariz olanı nədir?
Sual: Elə bir kitab varmı ki, ismailiyyə məzhəbinin ideo-
logiyasına əsasən, Mehdini (əleyhissəlam) tanımaq üçün oxun-
masını bizə məsləhət görəsiniz?
Dostları ilə paylaş: |