52
Müctəba Sadət
ÜÇÜNCÜ FƏSİL:
ƏHLİ-SÜNNƏ DÜŞÜNCƏSİNDƏ İNTİZARI ÇƏKİLƏN MEHDİ
Vəd olunan xilaskar Mehdi və onun Axirəzzamanda zühur
edəcəyinə əqidə bəsləmək bütün İslam irqələrinin qəbul etdi-
yi mövzudur. Belə ki, bu barədə Peyğəmbər (sallallahu əleyhi
və alih) xəbər verib, Əhli-beyt, səhabə və tabein də barəsində
danışıb. Habelə hər bir dövrdə bu barədə alimlər yazıblar. Bu
məntiqdən intizarı çəkilən imamın məsələsi qəti və yəqindir.
İslam tarixində Mehdi düşüncəsi əksər İslam irqələrində yayı-
lıb. Ona görə ki, düşüncə və əqidə qaynağı, mənbəyi Qurani-kə-
rim və şərafətli nəbəvi sünnənin çiynində olan islami şəriətdir.
Əhli-sünnə məzhəbləri
İslam ümməti arasında ikir ayrılığı və parçalanma Allahın
Rəsulu (sallallahu əleyhi və alih) vəfat etdikdən sonra baş ver-
di. İmamət düşüncəsi müsəlmanlar arasında düşən ilk ikir ay-
rılığı toxumu oldu. Ümməti bir və ya iki irqəyə ayırdı. Bir irqə
xəlifələrin ardıcılı oldu, digər irqə isə indiki zamana qədər Əli
(əleyhissalam) və Əhli-beytin (əleyhimussalam) ardıcılı oldu-
lar. Əhlul-ammə (xəlifələrin ardıcılları) şəriət və üsul barədə
çox sayda məzhəblərə parçalandılar. Məsələn, Məkkədə Süfyan
ibn Uyəynənin, Mədinədə Malik ibn Ənəsin, Kufədə Əbu Hə-
nifə və Süfyan Sövrinin, Bağdadda Əhməd ibn Hənbəl və Əbu
Sövrün və sairlərin məzhəbləri... Həmin məzhəblərin əksəriy-
yəti camaat arasında davamlılığını itirdi və əhlüs-sünnənin ki-
tablarında həmin məzhəb əshabının ikirləri öz yerini tutdu.
30
Həmin məzhəblərdən yalnız dörd tanınmış məzhəb qaldı. Bu
məzhəblərin yaranma səbəbinə və daha çox yayılmasına gəlin-
30
Məsailu xila iyyətin harə iyha Əhlüs-sünnə, Şeyx Əli Ali Muhsin, s.118.
53
Məhdəviyyət haqqında nəzərlər
cə, bu barədə yazılan xüsusi qaynaqlara müraciət etməklə mə-
lumat əldə edə bilərsiniz. Bunlar geniş şəkildə izah olunub.
31
Onlar meydana çıxma baxımından aşağıdakı ardıcıllığa malik-
dirlər:
1 – Hənə i məzhəbi. Bu məzhəb Əbu Hənifə Nöman ibn
Sabitə (h.80-150) nisbət verilir. O, tabeinlərdən olub. Məzhəbi
İraqda təsis edib. Hal-hazırda da müxtəlif İslam dövlətlərində
yayılıb. Şimali Misir, Orta Asiya, Türkiyə, İraq, Əfqanıstan, Pa-
kistan, Şimali Hindistan və Suriya bu ölkələrdəndir.
2 – Maliki məzhəbi. Bu məzhəb Malik ibn Ənəsə (h.93-
179) nisbət verilir. O bu məzhəbi Hicazda (Mədineyi-Münəv-
vərədə) hicrətin ikinci əsrinin əvvəllərində təsis edib. Ondan
sonra şagirdlərinin əli ilə ikirləri yayılmağa başlamış, Abbasi
səltənətinin göstərdiyi dəstək nəticəsində Bağdadda da yayılıb.
Bəsrədə Hicazda yayılma tarixindən beş əsr keçdikdən sonra
meydana çıxdı. İndiki zamanda Hicaz, Ərəb Qərbi ölkələrində,
Sudan, Orta və Qərbi Afrikada mövcuddur.
3 – Şafei məzhəbi. Bu məzhəb Muhəmməd ibn İdris Şafe-
iyə nisbət verilir (h.150-204). O, bu məzhəbi İraqda təsis edib.
Hal-hazırda əksər Şam ölkələrində, Fələstində - Çünki Şafeinin
doğum yeridir, xüsusilə Qəzza - Misirdə, İndoneziyada, Malazi-
yada, Şərqi Afrikada, Cənubi Hindistanda və s. İslam ölkələrin-
də yayılıb.
4 – Hənbəli məzhəbi. Məzhəb Əhməd ibn Muhəmməd
ibn Hənbələ (h.164-241) nisbət verilir. O, bu məzhəbi İraqda
təsis edib. Hənbəlin oğlu bütün sünnənin ha izi olub və onu
toplamağa çalışıb. Odur ki, nəticədə öz dövrünün böyük mü-
həddislərindən birinə çevrilib. Bu səbəbdən bəziləri (məsələn,
Təbəri) onu fəqih deyil, mühəddis hesab edib. Onun məzhəbi
31
Məsələn, Şeyx Cəfər Sübhaninin “Əl-Miləlu vən-nihəl” kitabındakı bəhs-
lərdə tapa bilərsiniz.
54
Müctəba Sadət
hal-ahzırda Nəcddə, Körfəzdə, Misirdə və Şam şəhərlərində ya-
yılıb.
Bu məzhəblər Əhlül-ammənin hər bir yerdə əsaslandığı
məzhəblərdir ki, onlarda təqlid sərhədləşəndən indiki döv-
rümüzə qədər davam etməkdədir. Bu dörd alim o kəslərdir ki,
tam cəhətlərilə bütün Əhli-sünnə onların imaməti üzərində cəm
olub. Onlar iqhi əsasların hamısında yekdil ikirdə olmuş, yalnız
bir sıra təfərrüatlarda ikir ayrılığına düşüb. Həmçinin təfərrüat
məsələlərdə yaranan bu ixtilaf dörd iqhi məzhəbinin forma-
laşma məsələləridir. Əhlül-ammənin bütün məzhəb və irqələr
arasında ittifaqda olduqları məsələlərdən biri Məhdəviyyət tezi-
sidir. Biz Məhdəviyyət əqidəsində düşüncə və nəzəriyyə, habelə
vahid tezis olaraq hamılıqla onlara diqqət ayırmışıq.
Əhli-sünnə etiqadında intizarı çəkilən Mehdi
(Əhlül-ammədən olan) hər bir İslam irqəsi Məhdəviyyət
əqidəsinin səhihliyilə etiqadın əsası üzərində yekdil ikirdədir-
lər. Onlar bu əqidəni inkar etməyi cəhalət hesab edirlər. Müttə-
iqdirlər ki, Mehdi Əhli-beytdəndir (əleyhimussəlam). Habelə
onun dövləti baş verməsi qəti olan məsələdir. Bu dövlətin bey-
nəlxalq nüfuzu olacaq. Bu isə ilahi bir vəddir ki, Quran nəssinə
əsasən sabit olub. Habelə müttə iqdirlər ki, zühuru yaxınla-
şan zaman birbaşa olaraq müxtəlif hadisələr vasitəsilə bir sıra
əlamət və müqəddimələrin baş verməsi qaçılmazdır.
Əhli-sünnə təfəkküründə Mehdi çox və mühüm yer tutmur.
Belə ki, bu, onların nəzərinə əsasən, böyük Qiyamət əlamətlə-
rindən biridir və zühurun ardınca İsanın (əleyhissəlam) en-
məsi, Dəccalın çıxışı baş verəcək. Onların etiqadına əsasən,
nəslərdən heç birində gəlməyib ki, Mehdini gözləməklə ibadət
etmiş sayılırlar. Əksinə, onlar öz həyatlarını yaşayır, adi şəkildə
ibadət və əməlləriylə məşğul olurlar. Onun varlığı barədə bun-
dan artıq bir şeyə mükəlləf deyillər. Əgər belə bir saleh insan
tapılsa və qəti dəlilləri üzə çıxsa, onlar tabe olacaqlar.
Dostları ilə paylaş: |