Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə16/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

52
Müctəba Sadət
ÜÇÜNCÜ FƏSİL:
ƏHLİ-SÜNNƏ DÜŞÜNCƏSİNDƏ İNTİZARI ÇƏKİLƏN MEHDİ
Vəd olunan xilaskar Mehdi və onun Axirəzzamanda zühur 
edəcəyinə əqidə bəsləmək bütün İslam  irqələrinin qəbul etdi-
yi mövzudur. Belə ki, bu barədə Peyğəmbər (sallallahu əleyhi 
və alih) xəbər verib, Əhli-beyt, səhabə və tabein də barəsində 
danışıb. Habelə hər bir dövrdə bu barədə alimlər yazıblar. Bu 
məntiqdən intizarı çəkilən imamın məsələsi qəti və yəqindir. 
İslam tarixində Mehdi düşüncəsi əksər İslam  irqələrində yayı-
lıb. Ona görə ki, düşüncə və əqidə qaynağı, mənbəyi Qurani-kə-
rim və şərafətli nəbəvi sünnənin çiynində olan islami şəriətdir. 
Əhli-sünnə məzhəbləri
İslam ümməti arasında  ikir ayrılığı və parçalanma Allahın 
Rəsulu (sallallahu əleyhi və alih) vəfat etdikdən sonra baş ver-
di. İmamət düşüncəsi müsəlmanlar arasında düşən ilk  ikir ay-
rılığı toxumu oldu. Ümməti bir və ya iki  irqəyə ayırdı. Bir  irqə  
xəlifələrin ardıcılı oldu, digər  irqə isə indiki zamana qədər Əli 
(əleyhissalam) və Əhli-beytin (əleyhimussalam) ardıcılı oldu-
lar.  Əhlul-ammə  (xəlifələrin  ardıcılları)  şəriət  və  üsul  barədə 
çox sayda məzhəblərə parçalandılar. Məsələn, Məkkədə Süfyan 
ibn  Uyəynənin,  Mədinədə  Malik  ibn  Ənəsin,  Kufədə  Əbu  Hə-
nifə və Süfyan Sövrinin, Bağdadda Əhməd ibn Hənbəl və Əbu 
Sövrün və sairlərin məzhəbləri... Həmin məzhəblərin əksəriy-
yəti camaat arasında davamlılığını itirdi və əhlüs-sünnənin ki-
tablarında həmin məzhəb əshabının  ikirləri öz yerini tutdu.
30
 
Həmin məzhəblərdən yalnız dörd tanınmış məzhəb qaldı. Bu 
məzhəblərin yaranma səbəbinə və daha çox yayılmasına gəlin-
30
 Məsailu xila iyyətin harə  iyha Əhlüs-sünnə, Şeyx Əli Ali Muhsin, s.118.


53
Məhdəviyyət haqqında nəzərlər
cə, bu barədə yazılan xüsusi qaynaqlara müraciət etməklə mə-
lumat əldə edə bilərsiniz. Bunlar geniş şəkildə izah olunub.
31
 
Onlar meydana çıxma baxımından aşağıdakı ardıcıllığa malik-
dirlər:
1 – Hənə i məzhəbi. Bu məzhəb Əbu Hənifə Nöman ibn 
Sabitə (h.80-150) nisbət verilir. O, tabeinlərdən olub. Məzhəbi 
İraqda təsis edib. Hal-hazırda da müxtəlif İslam dövlətlərində 
yayılıb. Şimali Misir, Orta Asiya, Türkiyə, İraq, Əfqanıstan, Pa-
kistan, Şimali Hindistan və Suriya bu ölkələrdəndir.
2 – Maliki məzhəbi.  Bu  məzhəb  Malik  ibn  Ənəsə  (h.93-
179) nisbət verilir. O bu məzhəbi Hicazda (Mədineyi-Münəv-
vərədə) hicrətin ikinci əsrinin əvvəllərində təsis edib.  Ondan 
sonra şagirdlərinin əli ilə  ikirləri yayılmağa başlamış, Abbasi 
səltənətinin göstərdiyi dəstək nəticəsində Bağdadda da yayılıb. 
Bəsrədə Hicazda yayılma tarixindən beş əsr keçdikdən sonra 
meydana çıxdı. İndiki zamanda Hicaz, Ərəb Qərbi ölkələrində, 
Sudan, Orta və Qərbi Afrikada mövcuddur.
3 – Şafei məzhəbi. Bu məzhəb Muhəmməd ibn İdris Şafe-
iyə nisbət verilir (h.150-204). O, bu məzhəbi İraqda təsis edib. 
Hal-hazırda əksər Şam ölkələrində, Fələstində - Çünki Şafeinin 
doğum yeridir, xüsusilə Qəzza - Misirdə, İndoneziyada, Malazi-
yada, Şərqi Afrikada, Cənubi Hindistanda və s. İslam ölkələrin-
də yayılıb.
4 – Hənbəli məzhəbi.  Məzhəb  Əhməd  ibn  Muhəmməd 
ibn Hənbələ (h.164-241) nisbət verilir. O, bu məzhəbi İraqda 
təsis  edib.  Hənbəlin  oğlu  bütün  sünnənin  ha izi  olub  və  onu 
toplamağa çalışıb. Odur ki, nəticədə öz dövrünün böyük mü-
həddislərindən birinə çevrilib. Bu səbəbdən bəziləri (məsələn, 
Təbəri) onu fəqih deyil, mühəddis hesab edib. Onun məzhəbi 
31
 Məsələn, Şeyx Cəfər Sübhaninin “Əl-Miləlu vən-nihəl” kitabındakı bəhs-
lərdə tapa bilərsiniz.


54
Müctəba Sadət
hal-ahzırda Nəcddə, Körfəzdə, Misirdə və Şam şəhərlərində ya-
yılıb.
Bu  məzhəblər  Əhlül-ammənin  hər  bir  yerdə  əsaslandığı 
məzhəblərdir  ki,  onlarda  təqlid  sərhədləşəndən  indiki  döv-
rümüzə qədər davam etməkdədir. Bu dörd alim o kəslərdir ki, 
tam cəhətlərilə bütün Əhli-sünnə onların imaməti üzərində cəm 
olub. Onlar  iqhi əsasların hamısında yekdil  ikirdə olmuş, yalnız 
bir sıra təfərrüatlarda  ikir ayrılığına düşüb. Həmçinin təfərrüat 
məsələlərdə  yaranan  bu  ixtilaf  dörd  iqhi  məzhəbinin  forma-
laşma məsələləridir. Əhlül-ammənin bütün məzhəb və  irqələr 
arasında ittifaqda olduqları məsələlərdən biri Məhdəviyyət tezi-
sidir. Biz Məhdəviyyət əqidəsində düşüncə və nəzəriyyə, habelə 
vahid tezis olaraq hamılıqla onlara diqqət ayırmışıq. 
Əhli-sünnə etiqadında intizarı çəkilən Mehdi
(Əhlül-ammədən olan) hər bir İslam  irqəsi Məhdəviyyət 
əqidəsinin səhihliyilə etiqadın əsası üzərində yekdil  ikirdədir-
lər. Onlar bu əqidəni inkar etməyi cəhalət hesab edirlər. Müttə-
iqdirlər ki, Mehdi Əhli-beytdəndir (əleyhimussəlam). Habelə 
onun dövləti baş verməsi qəti olan məsələdir. Bu dövlətin bey-
nəlxalq nüfuzu olacaq. Bu isə ilahi bir vəddir ki, Quran nəssinə 
əsasən  sabit  olub.  Habelə  müttə iqdirlər  ki,  zühuru  yaxınla-
şan zaman birbaşa olaraq müxtəlif hadisələr vasitəsilə bir sıra 
əlamət və müqəddimələrin baş verməsi qaçılmazdır.
Əhli-sünnə təfəkküründə Mehdi çox və mühüm yer tutmur. 
Belə ki, bu, onların nəzərinə əsasən, böyük Qiyamət əlamətlə-
rindən  biridir  və  zühurun  ardınca  İsanın  (əleyhissəlam)  en-
məsi,  Dəccalın  çıxışı  baş  verəcək.  Onların  etiqadına  əsasən, 
nəslərdən heç birində gəlməyib ki, Mehdini gözləməklə ibadət 
etmiş sayılırlar. Əksinə, onlar öz həyatlarını yaşayır, adi şəkildə 
ibadət və əməlləriylə məşğul olurlar. Onun varlığı barədə bun-
dan artıq bir şeyə mükəlləf deyillər. Əgər belə bir saleh insan 
tapılsa və qəti dəlilləri üzə çıxsa, onlar tabe olacaqlar.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə