Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə19/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

61
Məhdəviyyət haqqında nəzərlər
Şərqdə  ulduzun  çıxıb  işıq  saçması.  Sonra  iki  tərə inin  az 
qalsın bir-birinə toqquşacaq həddə qədər yaxınlaşması.
“Hərəsta” adlanan Şam bölgələrinin birində yerə batma.
Şam əhlinin öz aralarında  ikir ayrılığına düşmələri, Rama-
zan ayında təşvişə düşmək.
Şərq (Xorasan) istiqamətindən qara bayraqlıların üzə çıx-
ması, sonra Allahın xəlifəsi Mehdinin gəlməsi.
Cəzirədən Əshəbin, Şamdan Cürhuminin, Yəmən məntəqlə-
rindən Qəhətaninin çıxması.
Şamda üç nəfərin çıxması, onların hamısı hakimiyyət sev-
dasında olar: Çilli (yaxud ləkəli) bir nəfər, kürən bir nəfər və 
Əbu Süfyanın evindən olan bir nəfər.
Quru vadidən ciyər yeyən qadının oğlu Süfyaninin çıxması.
Orucluq ayının ortasında günəşin yaxınlaşması, tutulması. 
Ayın axırında isə Ay tutulması.
Ramazan ayının ortasında gecə ucalan səs. Bu səs yatanları 
oyadar, oyaqları isə qorxuya salar.
Yer əhlinə səmadan nida. Onu hər kəs öz dilində eşidrər.
Süfyani və ordusunun beş məntəqəyə hakim kəsilməsi.
Qirqisiyada döyüş baş verməsi. Belə ki, onların cəsədlərin-
dən səmanın quşları, yerin yırtıcıları doyar.
Şəvval ayında həngamə qopması, Zülqədə ayında döyüş baş 
verməsi, Zülhiccə ayında isə hacılara qarşı quldurluq edilməsi. 
Fitnə və əlamətlərin sonunda Nəfsi-Zəkiyyənin öldürülmə-
si, yəni rükn və məqam arasında Haşimi bir nəfərin öldürül-
məsi.
Mehdiylə vuruşmaq üçün Məkkəyə yollanan Şam ordusu-
nun Beydada yerə çökməsi.
Mehdi barədə Əhli-sünnə tezisinin müzakirəsi
Dörd məzhəb məktəbini, onların yaranma tarixini müxtəsər 
və sürətli təqdim etdik. Həmin məktəbin əsərləriylə tanış olub 
alimlərinin  ikirlərini öyrəndik. Beləliklə, Məhdəviyyət məsələ-


62
Müctəba Sadət
siylə əlaqədar dövr edən müxtəlif tənqid və dialoqlardan  bizə 
aydın olur ki, gözlənilən Mehdi barədə əqidə əhli-sünnə cəmiy-
yəti və alimlərinin yanında məqbul və sağlam möhkəm bir əqi-
dədir. Onlar Məhdəviyyətin əsas və kökünü təsdiq edir, düşü-
nürlər ki, Mehdiyə əqidə bəsləmək ümmətə vacib olan əməlin 
təfərrüatlarındandır. Ancaq imanın qurulmuş olduğu əqidələ-
rin  əsaslarından  deyil.  Mehdi  əqidələrdən  biri  deyilsə,  riayət 
olunması  vacib  olan  şeyrlərlə  əlaqədardır.  Etiqad  kimi  deyil, 
sadəcə onun barədə səhih  xəbər gəlib çıxmasına görədir. 
Biz əhli-sünnə nəzərində Məhdəviyyət tezisinin təfsilat və 
cövhərini araşdırdığımız zaman, onların düşüncələrinin, onun 
tərkib  hissələrinin  dərinliklərinə  daha  çox  vardıqda  görürük 
ki, Mehdi sünni təsəvvüründə belədir:
* Mehdi ümmətdən olan adi bir şəxsdir, o, Alul-beytə (əley-
himussəlam) nisbət verilir.
* Axirəzzamanda doğulacaq, o, təbii  həyat sürüb adi insan 
ömrü yaşayacaq.
* Allah onu hidayət etmək mənsəbinə seçəcək. Onun özü 
Mehdi olduğunu bilmir.
* Onun digər insanlardan hər hansı bir məziyyəti yoxdur. 
isməti var, nə də səma ilə bir əlaqəsi.
Bu  təsəvvürün  və  tezisin  diskussiyası,  düşüncələrinin 
tənqidi üçün bir sıra cövhəri sual və açıqlama əldə etməyə eh-
tiyac var. Ola bilər ki, ən bəsit suallar bunlardır: Bu şəxsiyyətin 
imkanları  və  bacarıqları  (Əhlül-ammə  nəzəriyyəsinə  əsasən) 
nədir? Ona bu imkanlar hər bir peyğəmbər və rəsulların, ömür 
və  bəşəriyyət  tarixini  boyunca  gerçəkləşdirməkdə  aciz  olan 
kəslərin  arzusunu  gerçəkləşdirmək  naminə  əzəmətli  nəaliy-
yətləri həyata keçirmək üçün lazımdır. Həm də bu, haqq-ədalət, 
tövhidi yer üzərinin hər bir yerinə yaymaq üçündür. Kim Məh-
dəviyyət tezisini, yaxud nəzəriyyənin tənqid və diskussiyasını 
istəyirsə, gərək əvvəlcə qaydalar və ideoloji əsaslarını tədqiq 


63
Məhdəviyyət haqqında nəzərlər
etməkdən başlayıb düşüncələrinin cövhərini araşdırsın, həm-
çinin metod, görüşləriylə tanış olsun.
43
 Sübut olunub ki, Məh-
dəviyyət tezisi barədə xəlifələr məktəbinin tabe olduğu metod 
müsəlmanların siyasi və tarixi gerçəyin axını ilə birlikdə gəlib. 
Həm də onların xilafət nəzəriyyəsi və Səqifə qanunu qoruyub 
saxlaması təsir edir. Məhdəviyyət məsələsiylə əlaqədar bütün 
ikirlər məktəbin əsaslarına münasib şəkildə izah olunub. Bu 
da onlara görə Məhdəviyyət nəzəriyyəsinin fərqli dəlil və bür-
hanlara parçalanmasına gətirib çıxarıb. Habelə düşüncələrdən 
əksəriyyəti alimlərin sözlərinə və onların ictihadına əsaslanıb. 
Bunların nəss və əqlə zidd olmasına baxmayaraq.
Əhatəli strateji görüşdən, bir sıra təhlil və tənqiddən olan 
xırdalıqlara əsasən, Mehdi barədə xəlifələr məktəbinin ayırmış 
olduğu bəzi təsəvvürləri diskussiya edəcəyik. Bununla da biz 
İslam mədəniyyəti, rəbbani təlimlər fəzasında tezisin imtiyaz 
verdiyi  doğruluq  və  gerçəkliyin  sərhədlərini,  habelə  Mehdi 
barədə olan nəzəriyyələrinin əsaslandığı prinsiplərin və qay-
daların doğruluğunun əhatəsini görəcəyik.
Birinci: Axirəzzamanda (gələcəkdə) doğulacaq
Əksər Əhlüs-sünnə nümayəndələri Mehdinin doğulmasını 
inkar  edir  və  söyləyirlər  ki,  o,  Axirəzzamanda  doğulacaq.  Bu 
mövzuda  onların  alimlərinin  sözlərini  və  adamlarının  ikir-
lərini səhifələyən kəs bu iddialarının sübutu üçün onlara aid 
hansısa  bir  şəri,  elmi  və  tarixi  istinad  mənbəyi  tapa  bilməz. 
Əksinə, hər bir dəlil, bürhan və rəvayətlər belə deyir: “Göndə-
riləcək, çıxacaq, zühur edəcək....” Biz Peyğəmbərin, yaxud sə-
43
 Əhlül-ammə cəmiyyəti ilə Məhdəviyyət mövzusu barədə dialoq və  dis-
kussiyaya  əsasən,  Məhdəviyyətlə  bağlı  on  iki  imam  şiəsinin  təsəvvürü 
üçün həmişə məsələnin tarixi köklərindən başlayırlar. Onların danışığı bu 
mehvərdə olur (Doğulma, atasının adı, sərdabə, uzunömürlük, qeyb dövrü, 
erkən yaşda imamlığa yetişmək və s.). Ancaq şiə tezisinin əsaslarının qay-
naqlarına nəzər salmırlar.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə