Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə20/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

64
Müctəba Sadət
habəyə, hətta tabeinlərə də mənsub hansısa bir hədis və ya ən 
azı bir rəvayət (istər zəif, yaxud müxtəlif, ya da təkzib edilmiş) 
belə, tapmırıq ki, “Axirəzzamanda doğulacaq” – söyləsin. Tələb 
olunan  yalnız  bircə  şəri  dəlildir  ki,  bunu  sübut  etsin,  yaxud 
dəstəkləsin. O, ən aşağı olan həddir, bununla belə, tapılmır. Biz 
bilmirik ki, xəlifələr məktəbi gələcəkdəki doğuluş və düşüncə 
barəsində nəyə əsaslanır?!! 
Aydındır ki, məsələ arxasındakı düşüncə və əqidə imamət-
lə  əlaqədar  mövqedən  asılıdır.  Dörd  məzhəb  məktəbini  məz-
həbi məsləhət, həmçinin Səqifə, xilafət və şuraya aid şəriət və 
doğruluqdan yapışmaq Məhdəviyyət məsələsini gələcək baxışı 
ilə qəbul etmək məcburiyyətinə salıb. Məsələn, Axirəzzaman-
da doğulacaqdır. Onlar bu yolla Əhli-beytin (əleyhimussəlam) 
imamətini qəbul etməkdən qaçır, xilafət nizamı qanunlarının 
çökməsindən qorxurlar.
Qarşısında  İmam  Mehdinin  (əleyhissəlam)  doğulması  və 
varlığı ilə əlaqədar çoxlu dəlillər və həqiqətlər olan kəsin üz-
rünü  necə  qəbul  edə  bilərik?  Əhlül-ammə  cümhuru  inkarçı-
lıq mövqelərində heç bir müəyyən şəri dəlilə istinad etmirlər. 
Heç  bir  dərin  əqli  təhlilə  arxalanmırlar.  Heç  bir  sağlam  elmi 
həqiqətlərə  söykənmirlə.  Odur  ki,  onlar  aşağıdakı  xətalara 
mürtəkib olurlar:
44
* Dəlilsiz həqiqətlərdən üz döndərmək.
* Çoxlu şəriət dəlilləri ilə qəbul etməmək.
Sahibəzzəmanın (əccələllahu fərəcəh) doğulması və varlı-
ğının həqiqəti tarixi bir məsələ deyil. Əksinə, elə bir məsələdir 
ki, gələcəklə bağlılığı vardır. Gələcək nəticələr isə burada tarixi 
həqiqətləri qərarlaşdırır.
44
 Biz “Ən-Nurul-ğaib vəl-iddia`atul-kazibə” kitabında onlarla şər`i, əqli və 
tarixi dəlillər qeyd etmişik ki, İmam Mehdinin (əleyhissəlam) doğulmasını 
və varlığını sübut edir.


65
Məhdəviyyət haqqında nəzərlər
İkinci: Mehdinin xilafətə təyini
Gözlənilən  Mehdi  haqqında  əhli-sünnə  tezisi  ətrafında 
müxtəlif çətinliklər və suallar var. Bəzən bu sual həmin çətin-
liklərin ümdə sütun və əsaslarından biri olur. Çünki məktəbin 
kök və cövhərinə toxunur, məzhəbin (dörd məzhəbin) üzərin-
də durduğu düşüncə əsaslarını sarsıdır. Xəlifə ardıcılları mək-
təbinin Mehdisi şura vasitəsilə seçilirmi, yoxsa Allah sübhan və 
təalanın ixtiyar və müəyyən etməsi ilə olur? Sözlərinizə dəlil 
nədir? Mehdi məsələsi ümmət fərdlərinə tapşırılıb ki, onu şura 
vasitəsilə  seçsinlər?  Əgər  cavab  “bəli”  olsa,  həm  də  haqq  və 
doğru sayılırsa, o zaman nə üçün elə indidən ittifaq edib onu 
seçmirik?! Zülm və haqsızlığın indidən daha çox artmasınımı 
gözləyirik, yoxsa İslam ümmətinin vəziyyəti bizi təəccübə sa-
lır?!  Burada  bir  şəriət  dəlili  varmı  ki,  şura  vasitəsilə  seçilir? 
Məktəbin əlində olan səhih və aydın hədislərə əsasən, hər bir 
dəlil və bürhan təkid edir ki, Mehdinin işi Allah sübhan və təa-
lanın əlindədir. Necə ki, səhih və mötəbər rəvayətlərdən ibarət 
bir neçə birbaşa bildirişdə qeyd edilib ki, onu Allah göndərə-
cək.
45
 Deməli, Mehdinin təyin olunması və seçilməsi Allah tərə-
indən baş verir. Bu barədə ümmətin heç bir işi yoxdur. Ancaq 
bu, onların məzhəbinin əsasları ilə ziddiyyət təşkil edir, onların 
45
 Buna misal: Bəhsin əvvəlində İmam Əli ibn Əbu Talib tərə indən nəql olu-
nan hədisə müraciət et. Orada qeyd edilib ki, Allah əhli beytimdən bir nəfər 
göndərəcək.
Həmçinin  İbn  Məsud  Peyğəmbərdən  (sallallahu  əleyhi  və  alih)  belə  nəql 
edib: “Əgər dünyanın sonuna bircə gün qalmış olsa belə, Allah həmin günü 
o qədər uzadar ki, əhli-beytimdən bir nəfəri məb`us edər. Onun adı adımla 
eyni  olar”.  “Sunənu-İbn  Davud”  (2:106,  h.4282.)  və  “Mustədrəkul-Hakim” 
kitablarında deyilib ki, səhihdir, Zəhəbi də onu müva iq bilib. 
Habelə  Əbu  Səid  Xudridən  belə  nəql  edilib:  “Allahın  Rəsulu  (sallallahu 
əleyhi və alih) buyurub: “Yer üzü mütləq zülm və haqsızlıqla dolacaq. Elə 
ki zülm və haqsızlıqla doldu, Allah məndən və adı adımdan olan bir nəfər 
göndərəcək”. Bunu Bəzzar, Hakim, İbn Udey, Əbu Nəim və Əhməd öz Müs-
nədində qeyd edib.


66
Müctəba Sadət
siyasət baxımından ilk nəzərləriylə, xilafət barədə əqidələriylə 
müxalifdir.
Bunu olduqca qəribə hesab edirik!!! Yüz illər sonra Allah 
tərə indən Mehdinin seçilməsi və təyin olunması necə baş verə 
bilər?! Axı o, imam və xəlifələrin sonuncusudur.
46
 İslam yara-
nanda Axirəzzamana qədər, ondan əvvəlki on bir xəlifədən hər 
hansı  biri  təyin  olunmayıb,  ya  da  seçilməyib.  Bu  mövzu  Əh-
lül-ammə məktəbini öz təfsirlərində, Məhdəviyyətin həqiqili-
yinin ayırd edilməsində çətinliyə salıb. Əlavə olaraq bu hədis 
ona dəlalət edir ki, Allah Rəsulunun (sallallahu əleyhi və alih) 
işarə etmiş olduğu on iki nəfərin imamət və xilafət dövrü İslam 
tarixinin bütün və gələcək dönəmlərini əhatə edir.
Xəlifələr məktəbi başlanğıcdan Səqifənin qanuniliyi, xilafət 
nizamına iman bəslədikləri, habelə təyin və seçilmənin Allah 
tərə indən  olmasını  rədd  etdikləri,  məktəbin  kəlami  və  iqhi 
mirasını bu əsasda qərarlaşdıqları, qarşı-qarşıya gələn hər bir 
şeyi yozma məcburiyyətində qaldıqlarına görə onların on iki 
xəlifənin  kimlik  və  şəxsiyyətini  müəyyənləşdirmək  üçün  öz 
rəylərində məşəqqətlə qarşılaşırlar. Elə çuxurlara düşüb ki, ad-
ları çəkilərkən ordan çıxmaq naminə bəhanələr axtarmağa ça-
lışır. On iki xəlifə hədisi Məhdəviyyət mə humunun cövhəridir. 
Mehdinin də bu hədislə bağlılığı var və sübut olunur. Ona görə 
də Əhli-beyt (əleyhimussəlam) məktəbinin  bağlı olduğu Məh-
46
 “Məndən sonrakı xəlifələr on ikidir, onların hamısı Qureyşdəndir”, həmçi-
nin “Bu din – ona on iki nəfər vəli olduqca ayaq üstə olacaq. Onların hamısı 
Qureyşdəndir” – hədisi. Bu hədis mütəvatirdir. Onu fərqli yollarla Səhih və 
Müsnəd  kitabları  rəvayət  edib.  Aralarında  mətn  baxımından  azca  fərqlər 
olsa da müraciət edə bilərsiniz: Səhihil-Buxari, Kitabul-əhkam, Babul-istix-
laf (9:101); Səhihi-Müslim, Kitabul-imarəti, Babul-istixlaf (4:6); Musnədu 
Əhməd  (5:90,  93,  97);  həmçinin  Davud  öz  Sünənində  (2:207),  əl-Mehdi 
kitabında “Bu din sizin üzərinizdə on iki xəlifə olan müddət ərzində daim 
ayaq üstə olacaqdır...” – ləfzi ilə. Bəli, əhlül-ammə onun yozumunda  ikir ay-
rılığına düşmüş və özlərini çətinə salmışlar


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə