Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə28/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

88
Müctəba Sadət
dan sonra Allahın hökmlərini izah etsin. Quran bir neçə ayə-
də imamət məqamını, onun əhəmiyyətini qeyd edib. Məsələn, 
vilayət  ayəsində  buyurub:  “Sizin  himayədarınız  yalnız  Allah, 
Onun Elçisi və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz 
qılar və rüku halında ikən zəkat verərlər”.
76
 İtaət ayəsində bu-
yurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən 
olan  ixtiyar  (əmr)  sahiblərinə  itaət  edin!”
77
  Həmçinin  təthir, 
mübahilə, inzar, təbliğ və digər ayələr buna aiddir. Peyğəmbər 
imamət  məsələsinə  böyük  önəm  vermiş,  bir  çox  hədislərdə 
onun əhəmiyyətini və yerini bildirib. Məsələn, səqəleyn (Kitab 
və itrət), dövrün imamı (cahiliyyət ölüsü), mənzilət, teyr, ğədir, 
sə inə və s. çoxlu şərafətli nəbəvi hədisləri bura aid etmək olar. 
Bu nəslər imamiyyə ilə məhdudlaşmır, əksinə əhlül-ammə bu 
kimi  hədisləri  və  ayələrin  təfsirlərini  öz  qaynaqlarında  qeyd 
etmiş, hökmün səhihliyini vacib etməsi şəklində imamiyyə ilə 
birlikdə ittifaq etmişlər. Habelə Allahın Rəsulundan çoxlu say-
da rəvayətlər nəql olunub ki, on iki imamların adları bir-bir çə-
kilib. Bu rəvayətlərdən biri Cabir ibn Abdullahın nəql etdiyidir 
ki, “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan 
ixtiyar (əmr) sahiblərinə itaət edin!” ayəsində - itaət edilməsi 
vacib sayılan kəslər barədə Peyğəmbərə sual verdi. Peyğəmbər 
buyurdu: “Onlar mənim xəlifələrimdir. Ey Cabir, onlar məndən 
sonra müsəlmanların imamlarıdır. Onların birincisi Əli ibn Əbu 
Talib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra 
Muhəmməd ibn Əli – Tövratda Baqir kimi məşhur olan və sən 
onu tezliklə görəcəksən. Ey Cabir, gördükdə ona məndən salam 
deyərsən. Sonra Sadiq Cəfər ibn Muhəmməd, sonra Musa ibn 
Cəfər, sonra Əli ibn Musa, sonra Muhəmməd ibn Əli, sonra Əli 
ibn Muhəmməd, sonra Həsən ibn Əli, sonra isə adı adımdan, 
76
 Maidə, 55
77
 Nisa, 59


89
Məhdəviyyət haqqında nəzərlər
künyəsi künyəm olan, Allahın yer üzərində höccəti, bəndələri 
arasında saxladığı Əlinin oğlu Həsənin oğludur”.
78
Yığcam  şəkildə  qeyd  olunanlardan  anlaşılır  ki,  Əhli-beyt 
məktəbində imamətin dəyəri ucadır və İmamın ali bir məqa-
mı  vardır  (Ümumi  başçılıq,  dini  mərcəiyyət,  kamil  vilayət).
79
 
İmamda gərək üç xüsusiyyət olsun. Bu da onu itaət edilməsi 
vacib olan imam edir. Onlar aşağıdakılardır:
1 – Allah tərə indən təyin olunmalıdır, Peyğəmbər və özün-
dən əvvəlki imam tərə indən barəsində nəss söylənilməlidir.
2  –  İlahi  elmlə  dəstəklənməlidir.  Belə  ki,  daha  insanların 
elminə ehtiyac duymamalı və insanlar onun elminə möhtac ol-
malıdırlar.
3 – Məsum olmalıdır.
80
 Belə ki, nə xəta etməlidir, nə də mə-
siyyət. Belə ki, bu, eynilə peyğəmbərlərin vəziyyəti kimidir.
Kimdə  bu  şərtlər  bir  yerdə  cəm  olsa,  imam  sayılır.  Əgər 
şərtlərdən biri onda olmasa, o zaman imamlıqdan çıxmış sa-
yılır. 
Müxtəlif  İslam  məktəbləri
81
  arasında  ikir  ayrılığı  bu 
məsələnin kimə aid olması barəsində deyil. Bu şəxsin varlığı-
78
 Ğayətul-məram, s.267, c.10, İsbatul-hudat, c.3, s.123; Yənabiul-məvəddət, 
s.494
79
 İmamın məqamlarından biri əməllərə şahidlik etmək (orta ummət), hi-
dayət (bizim əmrimizlə yol göstərirlər), feyz vasitəsi (Qədr gecəsində), xi-
lafət (yer üzündə xəlifə edirəm)
80
 İsmət: Nəfsdə kök atan psixoloji bir vərdişdir. İnsanı mütləq surətdə gü-
naha mürtəkib olmaqdan saxlayır, beləcə heç bir məsiyyətə bulaşmır. Hətta 
onun haqqında düşünmür və ətrafında gəzmir (halını da dəyişmir). Başqa 
bir mənada isə təqvadan yüksək dərəcədir
81
 Sosioloq və tarixçi İbn Xəldun imamət barədə iki – şiə və sünni nəzəriy-
yələrinin  həqiqətini  aydın  etməyə  çalışıb.  İbn  Xəldunun  müqəddiməsinə 
bax, c.1, fəsil 27, s.373. Müxtəsər şəkildə desək, xəlifələr məktəbinin yanın-
da  imamət  ümumi  məsləhətlərdəndir  ki,  ümmətin  nəzərinə  buraxılıb  və 
oraya idarəçi onların təyini ilə qərarlaşır. Sonra deyir ki, şiələrin arasında 
imamət dinin rüknü və İslamın əsasıdır. Peyğəmbərə bundan qa il olmaq, 


90
Müctəba Sadət
nın  əsası  barədədir.  Əhli-beyt  məktəbi  dinin  mərcəiyyətinin 
(imamətin  bir  hissəsi)  İmam  Əli  və  ondan  sonrakı  imamlar 
üçün sabit edib. Onun hökmləri bir zaman Peyğəmbərdən əldə 
olunduğu  kimi  onlardan  alınır.  Belə  ifadə  olunur  ki,  imamlar 
Peyğəmbərdən  sonra  hər  bir  hökmü  bəyan  ediblər.  Onların 
əlində  ortaya  çıxan  yeni  məsələlərin  hamısının  kifayət  qə-
dər həll yolu vardır. İstər bu, Kitab və nəbəvi sünnəyə birba-
şa müraciət etmək yolu ilə olsun, istərsə də imamlar yolu ilə. 
Allah-təala naqis bir din nazil etməyib. Əksinə, kamil, tam və 
nümunəvi bir din nazil edib. Belə ki, buyurmuşdur: “Bu gün di-
ninizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım 
və  bir  din  olaraq  sizin  üçün  İslamı  bəyənib  seçdim”.
82
Habelə 
Peyğəmbər bunu kamil şəkildə çatdırıb. Lakin hökmlərin kamil 
formasını Peyğəmbər ümumi camaata təbliğ etməyib. Bunun 
üçün İmam Əlini və özündən sonrakı imamları aid edib. Buna 
ehtiyac duyduqları zaman bəyan etmələrini onlara tapşırıb. Bu 
o deməkdir ki, peyğəmbər Allah tərə indən, imam isə peyğəm-
bər tərə indən çatdırandır. Dini mərcəiyyəti izah etmək üçün 
bu istiqamətdə bir neçə əsas məqam vardır:
* Quranın ehtiva etdiyi hökmlər, yalnız çox müxtəsər hökm-
lər sayılır. Bununla yanaşı həm də olması külliyyatdır (ümumi 
xarakter daşıyır). 
*  Nəbəvi  sünnəsi  yolu  ilə  gələn  hökmlər  də  müxtəsər  və 
yığcamdır. Həmçinin ehtiyac duyulan dərəcədə məhdud və ye-
nilənəndir və vaxtından öncə olan deyil.  
onu ümmətə tapşırmaq caiz deyil. Əksinə, ona ümmət üçün imam təyin et-
mək vacibdir. Bu imam isə böyük və kiçik günahlardan məsum olmalıdır.
Müxtəsər ifadə ilə izah edək ki, şiələrin nəzərində imamət risalətin bərqə-
rar olması və vəzifələrininin davamlı olmasıdır. O, ilahi bir mənsəbdir. İmam 
rəsulun bütün vəzifələrini öz öhdəsinə alır. Sünnilərdə isə imamət yalnız 
səltənət və siyasət mövqeyiylə inhisarlaşıb və ümmətə tapşırılıb.
82
 Maidə, 3


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə