Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə25/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

79
Məhdəviyyət haqqında nəzərlər
ifadə olunur. Belə ki, zehin on iki imam, yaxud Cəfəriyyəyə sarı 
gedir.  Çünki  onlar  say  baxımından  digər  şiə  toplumlarından 
daha  çoxdurlar.  Bu  cür  ona  görə  adlanıblar  ki,  İsmailiyyə  və 
Zeydiyyədən fərqləndirilsinlər. Həm də onlar belə etiqad edir 
ki, Peyğəmbər (sallallahu əleyhi və alih) özündən sonra on iki 
xəlifə imam təyin edib. Onlar İmam Əlidən (əleyhissəlam) baş-
layır və İmam Mehdi ilə sona çatır. İmamət əqidəsi başqa İslam 
toplumlarından əsas imtiyazlı əqidədir.
Lüğətdə şiə: Müşayiət, yoldaş və arxa çıxma anlamlarında-
dır. Yəni ardıcıl və köməkçi. 
Terminoloji baxımdan şiə: İmam Əlinin (əleyhissəlam) ar-
dıcıllarıdır.  Yəni  Əlinin  ardınca  gedənlər,  onu  sair  səhabələr-
dən öndə tutanlar. Onlar etiqad bəsləyir ki, Əli Allahın Rəsu-
lundan (sallallahu əleyhi və alih) sonra imamdır. Bu isə birbaşa 
olaraq onun buyuruğu və vəsiyyətinə, həmçinin ilahi iradəyə 
görədir.
58
Şiəliyin  ortaya  çıxması  siyasi  ayrıseçkilik,  yaxud  ikri  çə-
kişmə, yaxud kəlami cidal sayəsində olmayıb. Əksinə, o, İslam 
dininin  əqaidi  düşüncəsi  üçün  həqiqi  üfüqdür.  Habelə  İslam 
risaləti  üçün  düzgün  davamlılıqdır.  Odur  ki,  şiəlik  Allah  Rə-
sulunun  (sallallahu əleyhi və alih) zamanından başlayıb. Şə-
rafətli nəbəvi rəvayətlərində sabit olub ki, Peyğəmbər (sallal-
lahu  əleyhi  və  alih)  şiə  sözünü  Əlini  sevən  və  ardınca  gedən 
kəs barəsində işlədən birinci şəxs olub. Bunu müxali lər etiraf 
edib təsdiqləmişlər. İbn Həcərin Səvaiqində Peyğəmbərin belə 
buyurduğu qeyd edilib: “Ey Əli, sən və şiələrin Allah qarşısına 
razı qalan və razı olunan şəkildə gələcəksiniz”.
59
Süyutinin  “Durrul-mənsur”  kitabında  Peyğəmbərin  (sal-
lallahu əleyhi və alih) Əliyə (əleyhissəlam) işarə edərək belə 
buyurduğu qeyd edilib: “Bu və şiələri Qiyamət günü nicat ta-
58
 Əş-Şiə  it-tarix, Seyid Əbdürrəsul Musəvi, s.12
59
 Əs-Səvaiqul-muhriqə, s.92


80
Müctəba Sadət
panlardır”.
60
  Təbərinin  təfsirində  “Bəyyinə”  surəsinin  təfsiri 
barəsində Muhəmməd peyğəmbərin (sallallahu əleyhi və alih) 
belə  buyurduğu  qeyd  edilmişdir:  “İman  gətirib  yaxşı  əməllər 
edənlər isə yaradılmışların ən yaxşılarıdır”
61
 ayəsinin təfsirini 
açıqlayarkən  dedi:  “Onlar  sən  və  şiələrindir,  ey  Əli”.
62
  Habelə 
tarix boyu sabit olub ki, “şiə” adı Peyğəmbərin (sallallahu əley-
hi  və  alih)  dövründə  işlədilib  və  tərəfdar,  ardıcıl  toplumuna 
dəlalət  edirdi.  Bu,  islami  dəvətin  başlanğıcında  səhabələrin 
ləqəbi idi. Onlar Əbuzər Ğifari, Salman Farsi, Əmmar ibn Yasir, 
Miqdad ibn Əsvəd, Cabir ibn Abdullah Ənsari, Hüzeyfə Yəmani, 
Əbu Əyyub Ənsari, Səhl ibn Hüneyf, Əbülheysəm ibn Teyhan, 
Əbüttufeyl və s. kəslər, həmçinin Bəni-Haşimin hamısı idi.
63
Allah Rəsulunun dövründən sonra şiələr İmam Əlinin üslu-
bu əsasında hərəkət edirdilər. Çünki o, Peyğəmbər və risaləti-
nin təbii davamı idi. Odur ki, imamiyyə belə etiqad bəsləyir ki, 
şiəlik həqiqi İslamın özüdür. Onlar təkid edir ki, şiə məzhəbi 
Peyğəmbərin vəfatından sonra ortaya çıxmayıb, əksinə şiə ta-
rixi Muhəmmədi risalət dövrünə qayıdır. Bu isə İslamın özüdür. 
Həmçinin Peyğəmbər (sallallahu əleyhi və alih) özü sağlığında 
bunun  əsasını  qoyub.  Habelə  ölümündən  öncə  Ğədir-xumda 
özündən sonra Əlinin vilayətini elan edərkən öz uca tapşırığı 
ilə bunu möhkəmlədib. Habelə belə rəvayət edirlər ki, digər İs-
lam  irqələri və cəmiyyəti daha sonra yaradılmış, əsası hakim, 
sultan və s. kəslərin əli ilə daha sonralar qoyulub. Belə ki, bəzi 
alim və fəqihlərin camaat yanında uca məqamı olsun. Yəni on-
lar dində imamdırlar və bununla da nəzərləri Əhli-beyt imam-
larından kənara çəksinlər. 
60
 Əd-Durrul-mənsur, 8:589
61
 Bəyyinə, 7
62
 Təbəri öz təfsirində, Hakim Həskani “Şəvahidut-tənzil”, c.2, s.256-da qeyd 
edib.
63
 Əş-Şiə ruvvadul-ədli vəs-səlam, Şeyx Məcid Saiğ, s.32, s.81


81
Məhdəviyyət haqqında nəzərlər
Burada bir sıra başqa dəlillər də vardır ki, şiəliyin Peyğəm-
bər  zamanında  nəşət  tapmasına  dəlalət  edir.  Buna  Əllamə 
Qərəşi
64
 işarə etmişdir ki, biz bir hissəsini qeyd edirik:
1 – Dəvətinin və risalətinin kamal xüsusiyyətlərindən biri 
də  odur  ki,  özündən  sonra  məsələni  qarışıq  şəkildə  buraxıb 
getməsin, xilafət işlərini yüngül saymasın.
2 – Ümmətə başçılıq etməyin tələb olunan xüsusiyyətlərin-
dən biri Peyğəmbərin onlar üçün özündən sonra başçı və imam 
seçməsidir.
3  –  Allah  Rəsulundan  çox  sayda  xəbər  və  səhih  hədislər 
nəql olunub. Mənzilət və Ğədir hədisi buna aiddir. Peyğəmbər 
bununla İmam Əlinin özündən sonra ümmətə rəhbərlik etmək 
üçün başçı olduğuna işarə etmişdir.  
4  –  Seçkin  səhabələr  birinci  xəlifəyə  beyət  etməkdə  ikir 
ayrılığında  olublar.  Onlar  dəlil  gətiriblər  ki,  Allah  Rəsulunun 
məqamına Əli digərlərindən daha ləyaqətlidir.
5 – Peyğəmbər Əliyə vəsiyyət edib ki, özündən sonra xəlifə 
odur və bu, birinci əsrdə İslamın yayıldığı yerlərdə yayılmışdı. 
Bunların hər biri dəlalət edir ki, şiəliyin yaranması Peyğəm-
bərin sağlığında ikən olub və özündən sonra xəlifə olaraq İmam 
Əlini seçməklə onun əsasını qoyub. 
Şiələr hansısa bir şəxsi müəyyən bir ailədən olduğuna görə 
imam hesab etmirlər. Şiələr Quran və Peyğəmbərin “Əhli-beyt” 
adlandırılan  kəslərin  ardınca  gedir,  onları  vəli  hesab  edirlər. 
Buna əmr edən şəriət qanunları vardır. Şiələrin Əhli-beytdən 
yapışma səbəbinə gəlincə isə, Seyid Əbdülhüseyn Şərəfüddin 
belə  deyib:  “Şəriət  dəlilləri  bizim  boynumuzdan  tutaraq  nü-
buvvət Əhli-beytindən olan imamların məzhəbinin yapışmağa 
səbəb olub. Belə ki, onlar risalətin qoyulduğu, mələklərin get-
gəl etdiyi, vəhyin və tənziln nazil olduğu yerdir. Biz dinin prak-
64
  Həyatul-İmam  əl-Baqir  (əleyhissəlam),  Şeyx  Baqir  Şərif  Qərəşinin  tə-
dqiqatı və təhlili, c.2, s.96–102


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə