55
Məhdəviyyət haqqında nəzərlər
Əhli-sünnə iman bəsləyir ki, Mehdi Alul-Beytdən (əleyhi-
mussəlam) olan saleh bir kişidir. O, Axirəzzamanda doğulacaq,
adi insan ömrü yaşayacaq, camaat arasında təbii həyat sürəcək,
onların məktəb və universitetlərində dərs oxuyacaq. Ancaq
onun məsum olmasına, səma ilə əlaqəsinə inanmırlar. Əksinə,
onu adi, bir sıra günah və üsyankarlıqlara bulaşan bir insan
kimi qəbul edirlər. Necə ki, digər insanlar bu cürdür. Əgər Al-
lah-təala Mehdini xilafətə seçmiş olsa, tövbəsini qəbul edib onu
azğınlıq və günahdan xilas edərək hidayət edəcək. Allah onun
məsələsini bir gecədə həll edəcək. Bu ikri əsaslandırmaq üçün
aşağıdakı rəvayəti dəlil gətirirlər: “Mehdi biz Əhli-beytdəndir,
Allah onun işini bir gecədə qaydasına salacaq”.
32
Əhlül-ammə
belə düşünür ki, Mehdi doğulacaq, təbii həyat sürəcəkdir. Onlar
etiqad bəsləyir ki, Mehdi idarəçiliyi öhdəsinə almamışdan, xi-
lafətə yiyələnməmişdən bir neçə il öncə dünyaya gələcək.
33
On-
ların alimlərinin ictihadına əsasən, hədislərdə qeyd edilməyib
ki, hansısa bir şeyə görə Mehdi digər insanlar üzərində - istər
bu imtiyaz uzunömürlülük olsun, yaxud uzun qeyb dövrü, ya
da camaatdan gizlənmək – imtiyaza sahib olsun.
Əhli-sünnə nəzərində Mehdinin kimliyi, xüsusiyyət və
sirəsi
İmam Mehdinin kimliyi. Onlar inanır ki, Mehdi (əleyhis-
salam) Peyğəmbərin (sallallahu əleyhi və alih) ailəsindəndir.
Həmçinin Qüreyş soyundan, Bəni-Haşimdən və Fatimə ilə Əli-
nin (əleyhiməssəlam) övladlarındandır. Onun adı Peyğəmbərin
(sallallahu əleyhi və alih) adı Muhəmməd, yaxud Əhməd, atası-
32
Sunənu İbn Macə, c.2, 4085; Əl-Havi lil-fətava, 2:78. Ancaq “Onun işini bir
gecədə qaydasına salacaq” ifadəsinin mənası onlardan gizli qalıb. Belə ki,
bu ifadədə məqsəd odur ki, bir gecədə Hicaz ölkələrində dövlətin təchizat-
larına idarəçiliyi əlinə almaq imkanı qazanacaq.
33
İyirmi ilə bərabər zaman.
56
Müctəba Sadət
nın adı isə Abdullahdır.
34
Burada Əhli-sünnədən onun Hüseyn
ibn Əlinin sülaləsindən olmasını üstün bilənlər də var. Onun
künyəsi Əbu Abdullahdır. O, Allah Rəsulunun (sallallahu əleyhi
və alih) Buxarinin rəvayət etdiyi hədisdə qeyd etmiş olduğu on
iki qüreyşli xəlifələrdən biridir.
35
Xüsusiyyətləri. Əhlül-ammənin sələ lərinin kitablarında
qeyd edilən bir sıra müxtəlif rəvayətlərdə onun xüsusiyyətləri
belə qeyd olunub: Mehdi zahiri və əxlaqi baxımdan Peyğəmbərə
bənzəyir, onun siması parlaq ulduz kimidir, alnı açıq, burnu dik-
dir, ön dişləri daha fərqlidir (yaxud iridir). Xüsusiyyətlərindən
digəri, budlarının geniş və bir-birindən aralı olmasıdır. Rəngi
ərəblərə xas rəngdir, üzərində iki qətvani əba vardır. O zühur
edərkən başı üzərində bir bulud olar. Həmid buludda bir mələk
belə nida çəkər: Bu, Mehdi Allahın xəlifəsidir, ona tabe olun”.
Sirəsi: Məkkədə ona beyət olunar, sonra Şama, Xorasana
və s. yerlərə doğru gedər. Sonra onun qərarlaşdığı yer Bey-
tül-müqəddəs olar. Rükn və məqam arasında tələb etmədiyi
halda ona beyət olunar. Məşriq tərəfdən qəlbləri dəmir par-
çasıtək olan qara bayraqlar arasında gələr, zaman (ümid) kə-
sildikdə və itnələr üzə çıxdıqda zühur edər. Onun bəxşişi xoş
olar, xəzinələri çıxarar, yer üzü öz bitkilərini çıxarar və səma öz
qətrələrini yağdırar. Allah leysan yağışla onu sirab edər. Hey-
vanlar çoxalar, yer və göy əhli, göydəki quşlar onun xilafətin-
də razı qalar. Allah camaata bol yağış göndərər. Ümmət onun
zamanında elə bir nemətə qərq olar ki, heç vaxt beləsi onlara
34
Sünəni-Əbu Davuda istinadən, “Onun adı mənim adım, atasını adı isə, ata-
mın adıdır”.
35
Cabir ibn Səmurədən nəql olunan hədisdə deyilir: “Allah Rəsulunun (sal-
lallahu əleyhi və alih) belə buyurduğunu eşitdim: “On iki nəfər onlara ha-
kimlik etməyənədək camaatın işi irəli getməz”. Buyurdu: “Onların hamısı
Qüreyşdəndir”. Bunu Buxari öz Səhihində (3/311), Səhihi-Müslim (3/1452,
1453, 1454), Sunəni-Əbi Davud (4/106), Cameut-Tirmizi (5/501), Musnə-
du Əhməd (5/86-108) qeyd etmişdir.
57
Məhdəviyyət haqqında nəzərlər
verilməyib. Malı tam verər, onu bəxşişlə paylayar. Kimsə onu
saya bilməz. Onları bərabər şəkildə bölüşdürər. İlk zühuru
Məkkədə olar. Peyğəmbər edən ki, o da Axirəzzamanda dini
bərqərar edəcək. Böyük hadisələr onun əli ilə baş verəcək,
İslamı üzə çıxarıb yer üzünü ədalətlə dolduracaq. Beş, yeddi,
yaxud doqquz il hakimiyyət edəcək, Zülqərneyn və Süleyman
kimi dünyaya sahib olacaq. O, elə bir tayfanın əmiri olacaq ki,
haqq üzərində daim müharibə aparacaq, nəhayət, Məsih İsa
ibn Məryəm nazil olacaq, onun arxasında sübh namazını qıla-
caq, sonra Dəccalı öldürəcək.
Əhli-sünnədə Mehdi barədə hədis və rəvayətlər
Axirəzzamanda Mehdinin gəlişiylə bağlı Mustafadan (sal-
lallahu əleyhi və alih) nəql olunan rəvayətlər çoxluq təşkil edir,
xəbərlər də təvatürdür. Habelə buyurmuşdur ki, o, öz əhli-bey-
tindəndir, yer üzünü ədalətlə dolduracaq. Mehdi barədə nəql
olunan hədis və əsərlər əhli-sünnədə olduqca çoxdur. Belə
ki, əhli-sünnədən olan hədis imamlarından bir dəstəsi Mehdi
barədə hədisləri çıxarış edib. Onlardan bəziləri bunlardır: Əbu
Davud, Tirmizi, İbni Macə, Əhməd, Bəzzar, Hakim, Təbərani,
Əbu Yə`la Mosuli. Həm də bu xəbərləri səhabələrdən olan bir
dəstəyə istinad etmişlər. Hətta Hakim, Mehdi barədə iki şeyxə
(Buxari və Müslim) görə bir sıra hədisləri tamamlamağa çalı-
şıb. O deyib: İki şeyxin şərtinə əsasən, səhihdir, ancaq onu qeyd
etməyib. Bunu Zəhəbi öz Təlxisində təsdiqləyib.
36
Bir çox alim-
lər düşünür ki, Mehdi barədə hədislər mənəvi təvatür həddinə
yetişib.
37
Əbdüləlim Əbdüləzim Bəstəvi “Əl-Əhadisul-varidətu
36
Gözlənilən Mehdi kitabı, İbrahim Məşuxi, s. 35.
37
Mənəvi təvatür odur ki, hətta adətin qarşısını alan, yalanda sözü bir yerə
qoyan kəslər tərə indən rəvayətlər ixtila lı olsa belə, mənanın deyilməsi ilə
qaneedici olur. Hədislər müxtəlif olur, lakin istədiyimiz məna üzərində itti-
faq edir. Bunun misalı qarşımızdadır. O da Mehdinin axirəzzəmanda zühu-
runa dair hədisdir.
Dostları ilə paylaş: |